Hamiləlik təqibi
Hamiləliyin gedişatına müalicəvi-diaqnostik tədbirlərlə nəzarət edilir, hansı ki körpənin sağlam döğulmasına yönəldilir.Gələcək anaya hamiləliyin bütün dövründə nəinki tibbi, həmçinin informativ və psixoloji yardım edirik, doğuşa hazırlaşdırırıq və onunla körpəyə doğuşdan sonrakı dövrdə nəzarət edirik. Bura həmçinin bütün tibbi sənədlərin qeydiyyatı, o cümlədən mübadilə kartı, analıq xəstəlik vərəqələrinin verilməsi və doğum haqqında şəhadətnamə daxildir.
Ehtimal olunan riskləri, müsbət və ya mənfi tərəflərini nəzərə alaraq hamiləliyinizə nəzarət edəcək mama-ginekoloqun seçiminə böyük məsuliyyətlə yanaşmaq lazımdır.
Biz hamilə xanımlara peşəkar və qayğılı nəzarəti təmin edirik.
Artıq 15 ildən çoxdur ki Azərbaycanda fəaliyyət göstəririk. Bu müddət ərzində biz minlərlə insanların sağlamlığını geri qaytarmağa nail olmuşuq, minlərlə ailələrin sevincinə sevinc qatmışıq.
Bizimlə hamiləliyin gedişinə nəzarət proqramının üstünlükləri:
- Bizim qəbulumuza düşmək imkanınız (limitsiz sayda).
- Bizimlə 24 saatlıq əlaqə.
- Xüsusi diqqət anadangəlmə qüsurların prenatal (doğuş öncəsi) diaqnostikasına yetirilir.Bunun üçün, məsələn, ingibin A müəyyən edilir (Bakıda bir çox klinikanın buna bənzər təhlili aparmağa imkanı yoxdur).
- AFP, HCG, sərbəst estriolun qanda səviyyəsinə nəzarət edilir, hansılar ki dölün və ciftin patalogiyasının diagnostikasını təsdiqləmıyə yardım edir.
- USM 3D – vasitəsilə dölün patalogiyasını erkən mərhələlərdə aşkar etmək imkanı .
- USM 4D – dölün hərəkət zamanı üçölçülü görüntüsünü müşahidə etmək və bunu DVD-yə yazma imkanı.
- Dölün vəziyyətinin kardiotokoqrafik monitorinqi.
- Hamiləliyin bütün mərhələlərində xəstənin yanaşı xəstəliklərini müşahidə etmək üçün başqa sahələrdən olan həkimlərlə əlaqəli çalışma
- Klinikanın şəxsi müasir kliniki-diaqnostik laboratoriyası, hansıkı tez bir zamanda analiz nəticələrinin əldə edilməsinə imkan yaradır.
- Doğuşdan sonra bir ay müddətində xəstənin müşahidə olunması.
Biz analıq arzusunda olan xanımalara sağlam bir körpə bəxş etmək üçün əllərimizdən gələni edirik.
Fransada ixtisaslaşmış, PHD Cərrah Mama Ginekoloq Dr. İlahə Quliyeva
Hamiləliyinizin yüngül keçməsini və evinizdən körpə gülüşü arzulayırıq!