Hamiləlikdə USM diaqnostika
Müasir ginekologiyada ultrasəs müayinəsiz keçinmək mümkün deyil. Bizim müayinəmizdə USM-in bütün növlərinə rast gəlmək olar, o cümlədən 2D, 3D, 4D ulrasəs müayinələrinə. Bu üsullar həkimlərə diaqnostik səhvlərin qarşısını almağa kömək edir, analara isə körpəni bətndaxili izləməyə imkan yaradır.
Hamiləlikdə ultrasəs müayinəsi vizual olaraq, yüz faiz ehtimal ilə hamiləliyi təsdiqləyir, onun dəqiq müddətini, embrionun mövqeyini və onun inkişaf qüsurlarını təyin edir. Eyni zamanda, bu üsul bir çox üstünlüklərə malikdir:
- Qeyri-invaziv yolla (yəni, orqan toxumalarına daxil edilmədən) aparılması;
- Dölün təhlükəsizliyi;
- Asan istifadə qaydası (xanımlardan xüsusi hazırıq tələb etmir və tibbi göstərişlərə əsasən hər an keçirilə bilər);
- ·2D USM- iki müstəvidə təsvir olunan görüntü;
- ·3D USM –üç müstəvidə təsvir olunan geniş həcmli görüntü;
- ·4D USM- üç müstəvidə təsvir olunan geniş video görüntü;
2D USM dölü və uşaqlıq boşluğunu 2 ölçüdə təsvir edir, üfuqi və şaquli, nəticədə səthi iki ölçülü ağ-qara təsvirlər əldə olunur.
Bir çox hallarda tibbi müəsisələrdə xanımlara 2D USM təyin olunur:
- ·Dölün proporsiaları və böyüməsinə əsasən hamiləliyin müddətini təyin etmək məqsədiylə;
- ·Çoxdöllü hamiləliyi təyin və ya istisna etmək məqsədiylə;
- ·Plasentanın və dölün uşaqlıq boşluğunda yerləşdiyi mövqeyi aşkar etmək üçün;
- ·Dölün daxili orqanlarının inkişaf qüsurunu təyin etmək məqsədiylə;
- ·Dölün damarlarında, uşaqlıqda qan dövranını müayinə etmək üçün;
- ·Dölün ürək döyüntulərini izləmək üçün.
Xanımalırın istəklərinə əsasən 3D və 4D US müayinələri aparıla bilər. 4D USM zamanı videogörüntü CD diskinə köçürülüb pasientə təqdim olunur.
Hamiləlikdə 3D USM
3D ultrasəs müayinəsi dölü və onun orqanlarını sürətli və dəqiq şəkildə vizualizasiya edir. Daha çox 11-28 həftəlik hamiləlik zamanı istifadə olunur, bu həftələrdə döl amniotik mayedə sərbəst hərəkətlər edir. Sonrakı həftələrdə döl daha az hərəkətlər edir və uşaqlığın arxa divarina söykənir, buda həcmli görüntü almağa mane olur.
3D USM vasitəsi ilə dölün bədənin müxtəlif hissələri ətraflı şəkildə müayinə olunur: başı, onurğa sütunu, dayaq-hərəkət sistemi, boynu, üzü və s.
3D USM zamanı boyun qatının qalınlığı 2D USM-lə müqaisədə daha dəqiq ölçülür (30% dəqiqliklə), bu da genetik anomaliyaları aşkar etməyə kömək edir, üz sümüyünün anomaliyaları (“qurd ağızlıq”) və burun sümüyünün inkişaf qüsuru (“dovşan dodaq”) təyin olunur. Həmçinin, artıq ilk trimestrdə, sinir sisteminin anomaliyalarını istisna etmək üçün imkan yaranır (beyində mədəciyin vizualizasiyası), ürək-damar sisteminin mövcüd qüsürları aşkarlanır.
Bundan əlavə hamiləliyin 15-ci həftəsində dölün cinsiyyətini təyin etmək imkanı yaranır.
3D Ultrasəs müayinəsi 3 rejimdə aparılır:
- ·Skelet rejimi;
- ·Qarışıq rejim;
- ·Səthi rejim.
Hamiləlikdə 4D USM
4D USM video görüntü əldə etməyə imkan yaradır. USM-in təsirinə görə digər növlərdən seçilmir, buna görə də ana və körpə üçün təhlükəsizdir. Əslində buda 3D USM kimidir, lakin, görüntüləri ayrı-ayrı təsvirlərlə deyil video şəklində əldə etmək olur.
4D USM dölü, onun üzünü, hərəkətlərini və mimikasını vizualizasiya edir.
Həkim üçün hamiləlikdə 4D USM-də qiymətli məlumatlar daşıya bilər, çünki, hərəkət zamanı dölün üz sümüyünü, proporsiyalarını izləyərək onun aktivliyi barədə nəticə əldə olunur.