Səhifə yüklənir...

 

Ana SəhifəHamiləliyin təqibi

Hamiləliyin təqibiHamiləliyin 12-ci həftəsi

Hamiləliyin 12-ci həftəsi
12-ci həftədə ilk trimestr sona çatır. Ən təhlükəli dövr, körpənin ətraf mühitə qarşı yüksək həssaslığı  geridə qalır. Lakin, bu o demək deyil ki, siz istədiyiniz dərmanı qəbul edə və ya viruslardan qorunmaya bilərsiniz. Sadəcə bu zaman bütün orqanların formalaşması bitir, plasenta aktiv şəkildə körpəni qidayla təchiz edir, bu da o deməkdir ki, balacanın həyatına təhlükə yoxdur.

Hamiləliyin 12-ci həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Hamiləliyin 12-ci həftəsində körpənin ölçüsü 6-7 sm-dir, çəkisi 13-20 q-dır. Həftələr keçdikcə döl daha çox insanı xatırladır. Lakin, hamiləliyin 12-ci həftəsində körpənin hələ də bədənə nisbətən böyük başı var. Körpənin əl-ayaqları xırda və nazikdir, incə şəffaf dırnaqları olan barmaqları var. Bədəndə ilk tüklər əmələ gəlir.

Bilirsinizmi....
Körpənin bütün orqanları formalaşıb. Hal hazırda onların mükəmməlləşməsi və inkişafı baş verir. Bəzi orqanlar isə artıq 12-ci həftədən öz funksiyasını yerinə yetirməyə başlayır.
Körpənin ürəyi dəqiqədə 100-160 dəfə döyünür. Qan damarları əmələ gəlir. Yetişmiş çəngələbənzər vəz immuniteti qoruyan hüceyrələri, limfositləri yetişdirir. Həzm sisteminin ən böyük vəzi olan - qaraciyər öd ifraz etməyə başlayır. Az miqdarda orqanizmə daxil olan dölyanı maye dölün böyrəkləri vasitəsi ilə filtrasiya olunur və sidik halında bədəndən çıxır. Orqanizmin fəaliyyətini (boyümə, cinsi yetişkinlik və sair) tənzimləyən hormonların ifrazı başlayır.
Dölün skeleti hələ ki yumşaq qığırdaq toxumasından ibarətdir. Lakin sümükləşmə prosesləri intensiv sürətdə gedir. Həmçinin körpə yorulmadan hərəkət edir. O, barmaqlarını sorur, əl və ayaqlarını tərpədir, gözlərini sıxır, döş qəfəsi isə nəfəs almaya bənzər hərəkətlər edir. Əlbəttə ki, bütün bu hərəkətlər əlaqələndirilmir, lakin körpə çox aktivdir.
Təbiət ilk gündən oğlan və ya qız olacağını bilir. İndi sizdə bunu biləcəksiniz, çünki hamiləliyin 12 – ci həftəsində körpənin cinsiyəti USM zamanı müəyyən olunur.
Cinsiyyəti öyrənməkdən əlavə planlaşdırılmış USM vasitəsi ilə dölün ölçüsünü, inkişaf qüsurlarının olmamasını, plasentanın vəziyyətini, doğum tarixini aydınlaşdırmaq olur.
Hamiləliyin 12-ci həftəsində yalnız ultrasəs müayinəsini deyil, bəzi genetik xəstəlikləri istisna etmək üçün bir sıra hormonların müayinəsi edilir (qanın biokimyəvi analizi). Bu müayinələr ana və ya körpə üçün təhlükəli deyil, lakin çox informativ və vacibdir, buna görə də onları istisna etməyin.
Hamiləliyin 12-ci həftəsi: anada hansı dəyişikliklər baş verir?
Qadınların çoxsunda 12-ci həftədə toksikoz tamamilə keçir. Bu xoşagəlməz halın əsas səbəbi erkən dövrlərdə sarı cismin təsiridir. İndi o sorulur, progesteronun ifrazını isə plasenta yerinə yetirir.
Körpənin mövcudluğu ilə olan hissiyyatlar hələ ki, özünü biruzə vermir. Bəziləri tərpənişləri hiss etdiklərini deyir. Lakin bu bir az gec baş verəcək. İndi siz sadəcə bağırsağın fəaliyyətini hiss edirsiniz.
Uşaqlığın ölçüləri böyüməyə davam edir. Hamiləliyin 12-ci həftəsində onun ölçüsü 10 sm-dir. O artıq çanaq nahiyəsində yerləşmir və qarın boşluğuna tərəf qalxır. Uşaqlıq sidik kisəsinə az təzyiq edir, lakin bağırsağı sıxa bilər. Qadınlar əvvəlki kimi tez-tez sidik ifrazatından şikayətlənmir, lakin onları qəbz və köpmə halları narahat edir.
Hamiləliyin 12-ci həftəsində qarın hələ ki, bilinmir. Lakin qadınlar dar paltarlardan şikayətlənir. Süd vəzisi böyüyür. Hamiləlik müddəti üçün yeni geyimlər almağın vaxtı gəlib. Hamilə qadınlar üçün paltarlar, ətrafınızdakıları yeni vəziyyətiniz barədə məlumatlandırır.
Bilməniz faydalıdır
Gələcək analar üzdə və sinədə pigment ləkələrin əmələ gəlməsindən şikayətlənir. Göbəkdən aşağı qarının orta xəttindən tünd xətt əmələ gələ bilər. Həyəcanlanmayın: bunlar hormonların təsiri ilə baş verən müvəqqəti dəyişikliklərdir, doğuşdan sonra keçəcək. Bəzi qadınlar quru dəridən, saç tökülməsindən şikayət edir. Digərlərində saçlar qalınlaşır və daha parlaq olur. 
Hamiləliyin başlanğıcından ümumi çəki artımı 1,5-3,5 kq təşkil edir. Lakin, hamiləlikdən öncə artıq çəkisi olan bəzi xanımlarda çəki artımı olmaya bilər. İndi həftəlik çəki artımı 300-400 q-dan çox olmamalıdır.
Yeri gəlmişkən, hormonal dəyişiklik əhval ruhiyyəyə və həyat fəaliyyətinə təsir etməyə davam edir. Yorğunluq və yaddaş pozuntusu iş fəaliyyətinə mənfi təsir göstərə bilər.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.