Səhifə yüklənir...

 

Ana SəhifəHamiləliyin təqibi

Hamiləliyin təqibiHamiləliyin 13-cü həftəsi

Hamiləliyin 13-cü həftəsi
13-cü həftə hamiləliyin sakit dövrünün başlanğıcıdır. Körpənin həyatı üçün təhlükəli olan qeyri-sabit birinci trimestr geridə qaldı, toksikoz artıq narahat etmir. Gələcək ana artıq yeni vəziyyətinə öyrəşib, doğuma hələ çox var. İndi hamiləlikdən zövq almağın əsil vaxtıdır.

Hamiləliyin 13-cü həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Orqanların təməli qoyulub, indi onlar böyüyüb inkişaf edir.
2-ci trimestrin fərdi cəhəti ondadır ki döl aktiv şəkildə uzununa böyüyür. Hamiləliyin 13-cü həftəsində dölün ölçüsü 6.5-8 sm-dir, çəkisi 15-22 qramdır. Baş nisbətən az, bədən isə daha intensiv böyüyür. Nəticədə dölün ölçüləri daha proporsional olur.
Düzdür, “düzgün” proporsiyalar üçün hələki çox tezdir: baş indi bədənin yarısını təşkil edir. Başın üz hissəsi də dəyişir. Gözlər arası məsafə kiçilir, gözlərin əvvəl yerləşdiyi nahiyyədə qulaqlar yer alır. Göz qapaqları möhkəm bağlanıb. Hələki körpənizin kimə bənzədiyini müəyyən etmək olmur, lakin üzündəki fərdilik daha aydın görünür.
Beynin inkişafı, skeletin sümükləşməsi davam edir, qabırğalar yaranır. Hamiləliyin 13-cü həftəsində bütün süd dişlərinin təməli qoyulur. Buda o deməkdir ki, kalsiumla bol olan qidaları qəbul etməlisiniz.
Balaca ürək dayanmadan çırpınır. İndi o, dəqiqədə 140-170 dəfə döyünür.
Çoxlu sayda qan damarlarının əmələ gəlməsi nəticəsində dölün dərisi nazik və qırmızıdır.
Əzələlər inkişaf edir. Üz əzələlərinin inkişafı nəticəsində üz mimikası mürəkkəbləşir, körpə sormaya bənzər hərəkətlər edir. Boyun əzələlərinin möhkəmlənməsi nəticəsində baş sinəyə əvvəlki kimi yapışmır.
Həzm sistemi inkişaf edir. Bağırsağın divarı artıq tamamilə düz deyildir. Üzərində nazık çıxıntılar, xovlar formalaşır, gələcəkdə qida maddələri bağırsaqdan xovların köməyi ilə körpənin orqanizminə daxil olacaq. Mədəaltı vəz insulin ifraz etməyə başlayır.
Cinsiyyət sisteminin inkişafı davam edir. Qızlarda yumurtalıqlar formalaşır. Oğlanlarda prostat vəzisi.

Məsləhət                                                                           
Təəccüblüdür ki, artıq 13-14-cü həftələrdə körpə dölyanı mayenin dadına qarşı həssasdır. Buna görə də, analara doğuşdan sonra pəhrizi kəskin şəkildə dəyişmək tövsiyə olunmur. Çünki, südün dadı, dölyanı mayenin dadı kimi qəbul etdiyiniz qidalardan asılıdır və prenatal dövrdə körpə müəyyən dadlara öyrəşir.

Hamiləliyin 13-cü həftəsi: anada hansı dəyişikliklər baş verir?
Qadınlar üçün gözəl əhval ruhiyyə dövrü başlayır. Əksər hallarda əvvəlki aylarda əziyyət verən toksikoz geri çəkilir. Ancaq, bəzi qadınlarda hələ də davam edir. Hamiləliyin 13-cü həftəsində toksikoz hələ də narahat edərsə nə etməli? Səbirli olun, bir və ya iki həftəyə əhvalınız yaxşılaşacaq.
Böyüyən uşaqlıq bədən cizgilərinizə təsir edir. Hamiləliyin 13-cü həftəsində qarın bilinməyə başlayır, əsasəndə çoxlu qida qəbulundan sonra və ya axşama doğru. Düzdür ətrafdakılar bu dəyişiklikləri hələ də görə bilmir. Lakin ekiz körpələr gözlədiyiniz zaman qarın bilinəcək dərəcədə böyüyür.
Uşaqlığın ölçüləri böyüməyə davam edir, o, çanaq nahiyyəsində yerləşmir və qarın boşluğuna tərəf qalxır. Uşaqlığın bağırsağı sıxması nəticəsində qəbz və köpmə halları ola bilər, bəzən  yanma hissi və təngnəfəslik olur. Artan çəki və əzələlərin dartılması bəzən ayaqlarda ağırlıq hissi yaradır və yorğunluğa səbəb olur.
Hamiləliyin 13-cü həftəsində ümumiyyətlə qarında hansısa hisslər olmur. Bir çox ananın körpənin hərəkətlərinə bənzətdiyi hisslər əslində bağırsağın fəaliyyəti ilə bağlıdır. Vaginada ağrı və ya qanaxma olmamalıdır. Qarın və bel nahiyyəsində cüzi ağrılar ola bilər. İfrazatlar şəffaf və az miqdarda olmalıdır. Şübhəli hallarda, mütəxəssisə müraciət edilməlidir.
Hamiləliyin 13-cü həftəsində planlaşdırılmış USM artıq keçirilmişdir. Bəzi səbəblərə görə bu müayinədən hələ də keçməmisinizsə, onu mütləq indi edin. Bu, dölün ölçüsünü müəyyən edəcək, orqanların inkişafındakı qüsurları təyin edəcək , hamiləliyin müddəti və doğum tarixini müəyyənləşdirən informativ üsuldur.
Ümumiyyətlə, hamiləliyin 13-cü həftəsi gələcək anaya sakitliq, rahatlıq və xoş gözlənti hissi verir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.