Səhifə yüklənir...

 

Ana SəhifəHamiləliyin təqibi

Hamiləliyin təqibiHamiləliyin 14-cü həftəsi

​​​​Hamiləliyin 14-cü həftəsi
Hamiləliyin 14-cü həftəsində toksikoz halları azalır, dölün bütün orqanlarının təməli qoyulur, plasenta dölü qoruyur və qidalandırır. Hamiləlikdən zövq almağın əsl vaxtıdır- körpənizlə ünsiyyət qurmağa başlayın, yavaş-yavaş onun gəlişinə hazırlaşın.

Hamiləliyin 14-cü həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Körpə əvvəlki kimi intensiv şəkildə böyüməyə davam edir. İndi onun uzunluğu 8-11 sm-dir, çəkisi isə 22-25 qramdır.

Yanaqlar, qulaqlar və burun formalaşır.
Sümük-əzələ sistemi inkişaf edir, sümüklər dahada möhkəmlənir. Körpənin vaxtlı inkişafı üçün müntəzəm olaraq kalsiumun qəbulu vacibdir. Bu müddət ərzində hamilə qadının kalsiuma olan ehtiyacı vitamin-mineral kompleksləri ilə qarşılanmırsa, körpənin diş və dirnaqlarında problemlər yarana bilər.

Körpənin aktivliyi əzələ kütləsinin böyüməsi ilə əlaqəlidir. Körpə əvvəlki kimi aktiv şəkildə hərəkət edir, lakin, indi hərəkətləri bir növ ardıcıldır. O, döl kisəsinin divarlarına toxunaraq ozünü itələyir, başını döndərir, dodaqlarını büzür, barmağını sorur, qaşlarını qaldırır, hətta bəzən gülümsəyir. 
Hamiləliyin 14-cü həftəsində, dölün dərisi hələ də nazik və şəffafdır. Çoxlu sayda qan damarlarına görə o qırmızı rəngdədir. Körpənin dərisi onu dölyanı mayedən, travmatizasiyadan və hipotermiyadan qoruyan xüsusi  mum kimi maddə ifraz edir, bədənin səthində həmin maddəni qoruyan xırda tüklər əmələ gəlir - lanuqo. Lanuqo doğuşdan əvvəl, 30-cu həftəyə yaxın dəridən təmizlənir. Həmçinin, bu dövrdə tər vəziləri əmələ gəlir.
Tənəffüs sistemi: körpənin döş qəfəsi dəqiqədə  40-70 dəfə nəfəs alıb verməyə bənzər hərəkətlər edir.
Həzm və ifrazat sistemləri qismən işləyir, fermentlər ifraz edərək və amniotik mayeni filtrləşdirir.

Hamiləliyin 14-cü həftəsi: anada hansı dəyişikliklər baş verir?
14-15-ci həftəlik hamiləlik zamanı yumrulaşan qarın ətrafdakıların diqqətini çəkir. Əgər hamilə olduğunuz barədə yaxınlarınıza və həmkarlarınıza xəbər verməmisinizsə, indi bunu etməyin əsl zamanıdır. Körpənin inkişafında sakit bir dövr başlayıb, onun həyatı üçün heç bir təhlükə yoxdur. Bədəninizin forması sizin hamilə olduğunuzu açıq şəkildə nümayiş etdirir.
14 həftəlik hamiləlik zamanı ümumi çəki artımı təxminən 2-3 kiloqramdır. Bu, qan və limfanın , həmçinin dərialtı piy təbəqəsinin artımıyla əlaqəlidir.
Hamiləliyin 14-cü həftəsində qarındakı hissiyyatlar hələ ki körpə barədə xəbər vermir. Sözsüz ki, siz diqqətlə körpənin tərpənəcəyi anları izləyirsiniz, lakin bunu ancaq əvvələr doğuş keçirmiş analar edə bilər, o da hər zaman deyil. Əgər siz ilk övladınızı gözləyirsinizsə, tərpənişləri hiss etmək üçün əlavə bir neçə həftə gözləməlisiniz.

Bilməniz faydalıdır
Böyüyən uşaqlıq bədəninizin, ağırlıq mərkəzini dəyişir, bu da sizin yerişinizə təsir edə bilər. Buna görə də daha rahat ayaqqabılar geyinməniz məsləhətlidir. Çünki  təmiz havada daha çox gəzməlisiniz.
Hamiləliyin 14-cü həftəsində nədən qorunmaq lazımdır?
Bu dövrdə qadınların əksəriyyətində ürək bulanması və ya qusma halları olmur. Həmçinin, artan yuxusuzluq və əhval dəyişikliyi artıq narahat etmir. Qadınlar səbirsizliklə körpənin gəlişini gözləyir. Lakin, hamiləliyin 14-cü həftəsində qarnın böyüməsi müxtəlif halsızlıqlara səbəb ola bilər – yanma hissi, nəfəs darlığı, qəbz halları. Ağlamaq hissi isə hamiləliyin sonuna qədər davam edə bilər.
Tənəffüs yolları infeksiyaları və ya xroniki xəstəliklərin şiddətlənməsi birinci trimestrdə olduğu kimi qorxulu deyil. İndi qəbul edə biləcəyiniz dərmanların siyahısı daha genişdir. Amma, bacardıqca dərman qəbulunu minimuma endirmək lazımdır və bütün dərmanlar mütəxəssis tərəfindən təyin olunmalıdır.

Məsləhət
Hamiləliyin 14-cü həftəsində qida rasionunuzda dəyişikliklər edilməlidir (əgər daha əvvəl bunu etməmizinizsə). Dölün intensiv şəkildə inkişafı, daha çox zülal mənşəli qidaların qəbuluna ehtiyac yaradır. Buna görə də ət, balıq, kəsmik yeməyiniz məsləhətlidir. Turş süd məhsulları, tərəvəzlər və meyvələr bağırsağın fəaliyyətinə müsbət təsir göstərir, sizi və körpənizi vitaminlərlə təchiz edir. Şirniyyatlardan, fastfuddan, konservləşdirilimiş və hisə verilmiş qida məhsullarından, imtina etməyiniz məsləhətlidir. Yüksək kalorili məhsullar çəki artımına və doğüşdan sonra körpənizdə allergiyaya səbəb ola bilər.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.