Səhifə yüklənir...

 

Ana SəhifəHamiləliyin təqibi

Hamiləliyin təqibiHamiləliyin 15-ci həftəsi

Hamiləliyin 15-ci həftəsi
Hamiləliyin 15-ci həftəsində bəzi qadınlar dırnaqlarının sınmasından, saçlarının tökülməsindən, quru dəridən şikayətlənir. Lakin, döl aktiv şəkildə böyüməyə davam edir.
Hamiləliyin 15-ci həftəsində qadınların kalsiuma və başqa minerallara olan ehtiyacı artır, sadəcə vitamin qəbuluyla yararlanmaq olmaz, qidanıza da diqqət yetirməniz önəmlidir. Hamiləliyin bu həftəsində kalsiumun çatışmazlığını gecələr ayaqda yaranan qıcolmalardan anlamaq olar. Kalsium çatışmazlığını bərpa etmək üçün səhərlər təbii kəsmik yeyilməlidir. Gün ərzində 2 litrə yaxın su içilməlidir, həmçinin meyvə suyu da qəbul edilməlidir ki, bu da qış mövsümündə soyuqdəymənin qarşısını alır.
Bu dövrdə tez-tez sidiyə getmə halları artıq narahat etmir, çünki uşaqlıq qarın boşluğuna tərəf böyüyür və 15-ci həftədə onun sidik kisəsinə təzyiqi azalır. Lakin, bağırsaqla bağlı problemlər hələ də narahat edə bilər, çünki uşaqlıq bağırsaqa təzyiq edir, buna görə də qidanıza diqqət yetirməlisiniz. Qəbz hallarının qarşısını almaq üçün: tərəvəzlər, meyvələr, düyü, turş süd məhsulları və s.  qəbul edilməlidir.
Dövr edən qanın həcminin artması ilə orqanizmin dəmirə olan ehtiyacı artır, hamilə qadınlarda dəmir çatışmazlığı anemiyaya səbəb ola bilər.

Hamiləliyin 15-ci həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Hamiləliyin 15-ci həftəsində dölün çəkisi 70-80 q, uzunluğu isə 10-12 sm-dir. Xarici cinsiyyət orqanları differensasiya olunub, bu səbəbdən USM vasitəsi ilə uşağın cinsiyyətini təyin etmək olar.
Körpənin gözləri arasındakı məsafə azalır, ayaqlar inkişaf edərək əllərdən uzun olur, qulaqlar isə mükəmməlləşir. Hamiləliyin 15-ci həftəsində hipofizin, tər və piy vəzilərinin fəaliyyəti artır, körpənin bədənində tüklərin artımı müşahidə olunur. Döl hələki qirmizi rəngdədir, lakin dərisi əvvəlki kimi şəffaf deyil. Bu dövrdə körpəniz daha aktiv olur, tezliklə siz onun tərpənişlərini hiss edəcəksiniz.

Hamiləliyin 15-ci həftəsi: anada hansı dəyişikliklər baş verir?
Hamiləliyin 15-ci həftəsində bəzi xanımlarda fikir dağınıqlığı və yaddaş pozuntusu olur, narahat olmağa dəyməz, çünki 15-ci həftə üçün bu tamamilə normal haldır. İntellektual əməkdən imtina etmək lazım deyil, çünki öyrəndiklərinizin və oxuduqlarınızın çoxu uzun müddət yaddaşınızda qalacaq. Bəzi qadınlarda ruh yüksəkliyi və aktivlik müşahidə olunur, buda normal haldır, lakin fiziki  hərəkətləri çox aşırı dərəcədə etməyin, istirahət və yuxu barədə unutmaq lazım deyil.
Hormonların təsiri nəticəsində dərinin piqmentasiyası artır. Üzdə və bədənin bəzi nahiyələrində müxtəlif ləkələr əmələ gəlir. Lakin bu sizi narahat etməsin, çünki bu ləkələr müvəqqətidir və hamiləlikdən sonra keçir.

Hamiləliyin 15-ci həftəsinə məxsus hallar
Giləətrafı nahiyyə bir az da tündləşir, sinə daha da böyüyür və alt geyimləri bədənə dar olur.
Həmçinin, gecələr qadınları boğulma hissləri narahat edə bilər, lakin bu qorxulu deyil. Bu uşaqlığın diafragmaya təzyiqi nəticəsində olur. Bəzi xanımlarda burundan və ya damaqdan qan axa bilər, bu, orqanizmdə qanın miqdarının artması ilə əlaqəlidir.
Hamiləliyin 15-ci həftəsində dar paltarlar geyinmək məsləhətli deyil, çünki qarın böyüyür, buna görə də bu nahiyyədə heç bir diskomfort olmalı deyil.
Bu dövrdə hamilə qadının sağlamlığına daha da  çox nəzər yetirməyi məsləhət görürük.  Müəyyən halsızlıqlar zamanı mütəxəssisə müraciət edilməlidir. 

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.