Səhifə yüklənir...

 

Ana SəhifəHamiləliyin təqibi

Hamiləliyin təqibiHamiləliyin 16-cı həftəsi

Hamiləliyin 16-cı həftəsi
Hamiləliyin 16-cı həftəsi – ikinci trimestrin başlanğıcıdır.
Dölün əzələ sistemi mükəməlləşir, indi körpə daha çox əl və ayaqlarını oynadır. Əl barmaqlarında dırnaqlar böyüyür. Əl və ayaqların sümükləri inkişaf edir, bədən uzununa böyüyür. Üz əzələləri inkişaf edir.

Hamiləliyin 16-cı həftəsi: anada hansı dəyişikliklər baş verir?
İkinci trimestr toksikozun bitməsi ilə yadda qalır. Qadınların çoxsunda ilk həftələrdə yeməklərə qarşı ürəkbulanma olur, qida qəbulundan sonra qusma halları narahat edir. 16-cı həftədə iştah düzəlir, gələcək ana istədiyi şirniyyatları yeyə bilər. Lakin hisə verilmiş, duzlu, şirniyyat məhsullarından uzaq durmaq tövsiyyə olunur.     
Həmçinin çiy və az bişmiş qidalardan uzaq durmaq məsləhətlidir. Məsələn, suşidəki çiy balıq infeksiya mənbəyi ola bilər. Özünüzü və körpənizi riskli qidalardan qoruyun, çünki hamiləlik zamanı infeksiyaların müalicəsi arzuolunmazdır. 
Bəzi hallarda 16-cı həftədə xanımların iştahı pozulur. Bu zaman mütəxəssis tərəfindən təyin olunan qida və vitaminlər qəbul edə bilərsiniz.
Hamiləliyin 16-cı həftəsində yuxu rejimi, qarındakı hissiyyatlar səbəbindən dəyişir. Kürək üstə yatmaq məsləhətli deyil, həmçinin qarın üstə yatmaq qadağandır. Analar çəki artımını hiss edə bilər, çünki 16-cı həftədə qarın nəinki böyüyür, həmçinin bədən çəkisini 3 kg qədər artırır. Əgər xanımlar arxası üstə yatmağa davam etsələr, qarında diskomfort hisslər yaranacaq və bu da narahat yuxuya səbəb olacaq. Diskomfortu aradan qaldırmaq üçün sağ böyrü üstə uzanıb ayaqları bükmək məsləhətlidir. Həmçinin bu vəziyyətdə yatmaq dölün rahat mövqe tutmasına kömək edir.
Ola bilsin ki, 16-cı həftədə sizin yumrulaşmış qarnınız hələ ki,  yoxdur. Belə hallar həqiqətən mövcuddur. Lakin tezliklə qarın bilinməyə başlayacaq və həftələr keçdikcə böyüyəcək.

Məsləhət
16-cı həftədə sinə böyüməyə davam edir. Rahat paltarlar geyinməyiniz məsləhətlidir, hansılar ki, süd vəzilərini sıxmayacaq. Süd verən analar üçün alt paltarlardan geyinmək olar.
Çox vaxt bu müddətdə vaginadan ifrazatlar gəlir. Qəhvəyi rəngdə, qanlı ifrazatlara diqqət yetirin. Qəribə qoxusu və rəngi olan ifrazatlar infeksiyalardan xəbər verir, bu zaman mütəxəssisə müraciət edilməlidir.
Bəzən 16-cı həftədə dölün tərpənişləri hiss olunur (ikinci və ya təkrar hamiləlik keçirmiş xanımlarda). Əgər bu sizin ilk hamiləliyinizdirsə, siz körpənin tərpənişini yalnız 18-ci həftədən sonra hiss edəcəksiniz.

Hamiləliyin 16-cı həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Tezliklə gələcək valideynlər USM vasitəsi ilə körpələri barədə ən vacib suallara cavab tapacaqlar. Düzdür, 16-cı həftədə hər zaman dəqiq məlumat əldə etmək olmur. Çox vaxt bu müddətdə USM uşağın cinsiyyətini dəqiq  təyin edə bilmir. Lakin, iki uşağa hamiləsinizsə, 16-cı həftədə USM bunu təsdiq edəcək.
Qeyd etməliyik ki, planlaşdırılmış ilk əsas USM hamiləliyin 12-ci həftəsində keçirilir, ikincisi isə - 22-ci həftələrində. Buna görədə 16-cı həftədə USM xanımların istəklərinə görə və ya hamiləliyi aparan mütəxəssisin təyinatı ilə aparılır.

Bilməniz faydalıdır
Hamiləliyin 16-cı həftəsində dölün ölçüləri 13-14 sm, çəkisi isə 90-100 q-dır.
Hamiləliyin 16-cı həftəsi təhlükəsiz həftə sayılsa da döl üçün hələ də risk var, buna görə də vaxtlı olaraq mütəxəssisə müraciət etməniz məsləhətlidir.
Bu müddətdə körpənin artıq dırnaqları var, sümükləri, sidik-cinsiyyət sistemi və bağırsaqları formalaşıb. Ana hələ ki bunu hiss etməsə də körpə artıq hərəkətlər edir.
İnfeksiyaların qarşısını almaq üçün düzgün qidalanmanızı, rahat və yüngül paltarlar, yastı daban ayaqqabılar geyinməyinizi, konsultasiya üçün vaxtında mütəxəssisə müraciət etməyinizi və bütün vacib analizlərdən keçməyinizi tövsiyyə edirik. Bu qaydalara riayət etməyiniz hamiləliyin komfortlu keçməsi və dölün sağlam inkişafı üçün önəmlidir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.