Hamiləliyin 2 - ci həftəsi elə qısa müddətdir ki, qadınların əksəriyyəti hələ də hamilə olduğunu anlamırlar. Lakin baş vermiş hamiləliyi təsdiqləyə biləcək bəzi əlamətlər var. Onlara xüsusi diqqət yetirilmək lazımdır.
Hamiləliyin 2-ci həftəsində qadın orqanizmində baş verən dəyişikliklər
Rüşeym dövrünün ikinci həftəsi hestasiya dövrünün 4-5 ci həftələrinə təsadüf edir. Bu zaman hamiləliyin ilk əlamətləri görünür, testlər “iki xətt” göstərir.
Ovulyasiya aybaşı siklinin 10-12 -ci günlərinə təsadüf edir. Yumurtalıqda follikul yetişib partlayandan sonra, yumurta hüceyrəsi çıxır. Sonra Fallopi borusunun saçaq şəkilli çıxıntıları öz hərəkətləri ilə onu borunun içinə doğru hərəkət etdirir. Mayalanma məhz uşaqlıq borusunda baş verir.
Ovulyasiyadan əvvəl qadınların orqanizmində lüteinləşdirici, follikul stimuləedici və estrogen hormonlarının səviyyəsi artır. 1-2% hallarda yumurtalıqdan 1 ədəddən çox yumurta hüceyrəsi çıxır. Bu çoxdöllü hamiləliyə səbəb olur.
Lüteinləşdirici hormonun təsiri altında follikul sarı cismə çevrilir. Təxminən 10-12 ci həftəyədək o progesteron hormonu ifraz edir, sonradan bu hormonu cift ifraz edir.
Qanda xorionik qonadotropinin və progesteronun səviyyəsi artır. Progesteronun təsiri altında ovulyasiya prosesi dayanır, və xanımlar aybaşı gecikməsini müşahidə edir. Uşaqlığın selikli qişasında dəyişikliklər baş verir: o qalınlaşır və rüşeymi qəbul etməyə hazırlaşır.
Hamiləliyin belə qisa vaxtı (ikinci həftəsi) barədə danışanda həkimlər ilk növbədə cinsi orqanlarındakı dəyişikliklərdən xəbər verirlər. Uşaqlıq gün keçdikcə böyüməyə başlayır. O, tədricən, şəklini dəyişir - armud şəklindən oval şəklinə çevrilir. Bu zaman böyümə əsasən ön arxa istiqamətdə baş verir. Hamiləliyin ikinci həftəsində uşaqlığın ölçüsü gələcək ananın yumruğu boyda olur. Hormonal sistemin dəyişiklikləri süd vəzisinin böyüməsinə səbəb olur.
Hamiləliyin 2-ci həftəsinin əlamətləri:
Bu əlamətlər aybaşı öncəsi əlamətlərə bənzəyir:
• Süd vəzilərinin böyüməsi və şişməsi;
• Gilələrdə sancı hissi;
• Qarının aşağı hissəsində ağrılar;
• Qiciqlanma;
• İştahanın artması;
• Əhval dəyişiklikləri, əsəbilik.
Hamiləliyin ilk 2 həftəsi ümumi halsızlıqla yadda qalır. Yorgunluq, zəiflik hissi olur. Bu zaman daima yatmaq istəyi olur. Hormonal sistemdəki dəyişikliklər toksikoza səbəb ola bilər:
• Səhər saatlarında ürəkbulanma;
• Qusma;
• Baş ağrıları;
• İştahın pozulması;
• Başgicəllənmə.
Süd vəzilərində dəyişikliklər baş verir. O şişir, ödemli olur, ölçüləri böyüyür. Giləətrafı nahiyə qəhvəyi rəngdə olur, gilədə hissiyat artır. Təsadüfi toxunuş ağrı və diskomfort hissi yaradır. Ayrı hallarda gilədən ağ ifrazat çıxır.
2-ci həftədə embrionun görünüşü
2 həftəlik hamiləlikdə döl körpəyə heç bənzəmir. Bu zaman o blastosist mərhələsindədir - bu, gələcəkdə dölün cismini yaradan hüceyrə qrupudur. Dölün inkişafının bu mərhələsində, mərkəzi orqan və sistemlərin - ürəyin, ağciyərlərin, sümük-əzələ və sinir sisteminin təməlləri qoyulur.
Hamiləliyin ikinci həftəsində rüşeymin ətrafında amniotik maddəylə dolu olan dölətrafı kisə əmələ gəlir. Cift həmçinin inkişaf etməyə başlayır, gələcəkdə o dölə oksigenin və qida maddələrini çatdırılmasında iştrak edəcək.
2-ci həftədə hamiləlik testi
Bu dövrdə test edərkən obyektiv nəticə əldə etmək mümkün olmur. Bu, hamiləliyin 2-ci həftəsində hCG'nin hələ diaqnostik səviyəyə çatmaması ilə bağlıdır. Bu səbəbdən, hamiləliyin belə erkən dövründə test edən xanımlar bəzən səhv nəticə əldə edə bilirlər.