Səhifə yüklənir...

 

Ana SəhifəHamiləliyin təqibi

Hamiləliyin təqibiHamiləliyin 18-ci həftəsi

Hamiləliyin 18-ci həftəsi (2-ci trimestr)
Hamiləliyin 18-ci həftəsində xanımlar artıq toksikozu hiss etmirlər, lakin digər xoşagəlməz hisslər keçirə bilərlər - başgicəllənmə kimi. Başgicəllənmə təzyiqin aşağı düşməsiylə əlaqəlidir, 2-ci trimestrin ortalarında arterial təzyiq çox aşağı düşə bilər. Lakin, ümumilikdə bu hal qorxulu deyil, buna ən çox hamiləlikdən öncə aşağı təzyiqi olan xanımlar meyillidirlər.
Hamiləliyin 18-ci həftəsində qarın daha da böyüyür, hamilənin yerişi dəyişir, beldə sancılar ola bilər. Həmçinin hamilələr yan və qarın nahiyəsində ağrılardan şikayətlənir, bu ağrılar böyüyən uşaqlıqlığın yaxınlıqda yerləşən sinir kələflərini sıxması ilə yaranır. Uyğun geyim seçmək çox önəmlidir, hansı ki yumru qarını fiksasiya edəcək və sıxmayacaq. 
Böyüyən qarın və körpəyə görə artan həyəcan yuxuyla bağlı problemlər yarada bilər. Yuxu üçün rahat mövqeyi seçmək və gərginliyi aradan qaldırmağa hamilələr üçün düzəldilən xüsusi yastıqlar kömək ola bilər. Bu yastıqlar doğuşdan sonra da lazım olur, ana körpəsinə süd verən zaman.

Hamiləliyin 18-ci həftəsi: körpədə hansı dəyişikliklər baş verir?
Hamiləliyin 18-ci həftəsində körpənin boyu 15-16 sm, çəkisi isə 150 qrama yaxındır. Bu zaman körpədə hansı dəyişikliklər baş verir:

  • ·Körpənin üzü müxtəlif ifadələr ala bilir;
  • ·Barmaqların ucunda dırnaqlar görsənir;
  • ·Bir əl digər əli tuta bilir;
  • ·Körpə sizin emosional vəziyyətinizə reaksiya edir: qorxu, sevinc, əsəb hissləri;
  • ·Barmaqlarını yumur, əlləriylə üzünə toxunur.
  • ·Barmaq izləri formalaşır. Əl və ayaq barmaqlarının uclarında yerləşən piy təbəqələri fərqli xəttlər əmələ gətirir.
  • ·Həzm sistemi inkişafına davam edir. Körpə dölyanı mayeni udur, hansı ki, mədədən bağırsağa ötürülür. Bu maye bağırsaqdaki ölü hüceyrələrlə və ifrazatlarla qarışır və mekoniya əmələ gətirir. Mekoniya – qara qatrana bənzər maddə (uşaq bezini ilk dəfə dəyişəndə görəcəksiniz).
Körpəyə olan münasibətiniz onun gələcəkdə özünə olan münasibətin təməlini qoyur. Ananın narahatlıq hissləri, xroniki həyəcanlar, körpəyə qarşı istəksizliyi gələcəkdə körpədə özünə qarşı inamsızlıq hissi yarada bilər. Və əksinə, müsbət emosialar, gözəl əhval ruhiyyə körpənin emosional vəziyyətinə müsbət təsir göstərir.

Hamiləliyin 18-ci həftəsi: anada hansı dəyişikliklər baş verir?
Bu müddətdə anaların çoxunda ətrafda baş verən hadisələrə münasibəti dəyişir, onlar anlayır ki, təxminən 4 ay sonra (ola bilsin daha tez) körpəni görəcəklər, onu qucaqlayıb öpəcəklər.  Tezliklə analar körpəyə aid həyatın zəruri atributları ilə maraqlanmağa başlayır: paltarlar, qulluq məhsulları, oyuncaqlar, qablar və s. Belə dəyişiklərə ən çox körpənin qarındakı tərpənişləri, şəkilləri və USM videoları, ananın bətndaxili sakit həyatı səbəb olur. Valideynlər artıq doğulacaq körpəyə ad seçməyə başlayır.
Əgər müddət keçdikcə sizi qorxu hissi, həyəcan, obsessif düşüncələr narahat edirsə və vəziyyətiniz depressiv kimi qiymətləndirilirsə, mütləq psixoterapevtə və ya psixoloqa müraciət etməlisiniz. Belə vəziyyətdə qan dövranı pozulur və körpənin oksigen və qida maddələri ilə təchizatı pisləşir. Siz həyəcanlandığınız zaman ürək döyüntüləri artır, körpədə stress hormonları ifraz olunmağa başlayır. Sizdə taxikardiya baş verərsə (ürək döyüntülərinin tezləşməsi) bir neçə saniyə sonra körpənin də ürək döyüntülərinin sayı artır, bir neçə dəqiqəyə isə körpə boğulmağa başlayır. Nəticədə körpənin inkişafı zəifləyir, daimi stresslər və depresiya nəticəsində isə vaxtından əvvəl doğula bilər. Bundan başqa stress immuniteti zəiflədir və anayla körpə infeksiyalara və ətraf mühitin başqa amillərinə qarşı həssas olur.
Buna görə də əgər siz uzun müddət emosional qeyri-stabil vəziyyətdəsinizsə, kömək axtarmaq lazımdır. Mütəxəssisə müraciət etməyə imkanınız yoxdursa, yaxınlarınıza və ya etibar etdiyiniz birilərinə müraciət edin.

Hamiləliyin 18-ci həftəsində
Həkiminizin sizə verdiyi məsləhətlərə riayət etməyə çalışın;
Qan dövranının yaxşılaşması üçün yan tərəfdə uzanaraq dincəlin, çoxlu meyvələr yeyin;
Körpənizə aid çoxlu kitablar oxumağa çalışın.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.