Demək olar ki, evli cütlüklərin 15 %-i sonsuzluq problemləriylə üzləşirlər. Əgər xəstəlik anatomik qüsurlarla və ya reproduktiv sisteminin anomaliyalarıyla əlaqəli deyilsə, xəstəliyi sağaltmağa həmişə ümid var.
İlkin mərhələlərdə müalicə medikamentoz terapiyayla aparılır. Müalicə, sağlam cinsi hüceyrələrin inkişafına, mayalanmaya və dölün bətində qalmasına mane olan amillərin aradan qaldırılmasına yönləndirilir. Dərmanların köməyi ilə hormonal fon bərpa olunur, sidik-cinsiyyət orqanlarının iltihabi və infeksion xəstəlikləri sağaldılır, spermatogenez və ovulyasiya stimullaşdırılır.
Hansı hallarda dərmanla müalicə effektivdir
Sonsuzluğun dərmanlarla müalicəsi nəinki monoterapiyada, həmçinin kompleks terapiyadada istifadə olunur (sonsuzluğun cərrahi yolla müalicəsi ilə bərabər).
Sonsuzluğa qarşı dərmanlar aşağıdakı hallarda istifadə olunur:
⦁ Hormonal fonun bərpası üçün;
⦁ Sidik-cinsiyyət yollarının iltihabi, virus və infeksion xəstəliklərinin müalicəsində;
⦁ Cərrahi müdaxilədən sonra reabilitasiya dövründə;
⦁ Hər iki tərəfin sağlam olduğu halda sonsuzluğun naməlum səbəbləri zamanı.
Sonsuzluqda özunu müalicə təhlükəlidir, çünki, müxtəlif farmakoloji xüsusiyyətləri olan dərmanların nəzarətsiz qəbulu bədəndəki aktiv maddələrin təbii balansını poza bilər və geri dönülməz fəsadlara səbəb ola bilər: sağalmaz sonsuzluğa, endokrin sisteminin xəstəliklərinə və cinsi zəifliyə.
Müsbət nəticə əldə etmək üçün daimi həkim nəzarəti və laborator diaqnostika vacibdir.Müalicənin müddəti ortalama 2-3 ay təşkil edir, hamiləlik adətən müalicə ilk 6 ay ərzində baş verir.
Sonsuzluğun sağalmasında hansı dərmanlardan istifadə olunur
Diaqnostik nəticələrə əsasən hormonal preparatlar, antibiotiklər, imunnomodulyatorlar, bəzi dərman bitkiləri və s. təyin olunur.