Səhifə yüklənir...

 

Ana SəhifəHisteroskopik əməliyyatlar

Histeroskopik əməliyyatlar / Sonsuzluğun müalicəsiArakəsmənin histeroskopik yolla çıxarılması

Uşaqlıqdaxili arakəsmənin histeroskopik yolla çıxarılması
Uşaqlıqdaxili arakəsmə - uşaqlığın anadangəlmə inkişaf qüsuru nəticəsində əmələ gəlir, bu zaman uşaqlıq boşluğu arakəsməylə iki hissəyə bölünür (şaquli hissələrə). Uşaqlıqdaxili arakəsmə uşaqlığın dib hissəsindən servikal kanala kimi olduqda tam arakəsmə sayılır, servikal kanala çatmadığı halda o, natamam arakəsmə sayılır.
 Uşaqlıqdaxili arakəsmə uşaqlığın ən çox yayılmış (30-50%) inkişaf qüsuru sayılır.

Hansı hallarda əməliyyat olunmalıdır?
Uşaqlıqdaxili arakəsmə təsadüfən kiçik çanağın USM müayinəsi zamanı aşkar edilirsə, xəstə tərəfindən heç bir şikayət olmadığı halda (sonsuzluq , erkən və ya gec düşüklər) onun əməliyyatına ehtiyac yoxdur. Uşaqlıqdaxili arakəsmənin cərrahi yolla müalicəsiı sonsuzluq və ya təkrari düşükləri olmuş xanımlarda aparılır (səbəbi arakəsmə olarsa). Bu əməliyyata bütün tibbi müayinələrdən keçdikdən və sonsuzluğun başqa səbəblərini istisna etdikdən sonra qərar verilir.

Hansı cərrahi üsuldan istifadə olunur?
Uşaqlıqdaxili arakəsmənin korreksiyasında yeganə qızıl standart əməliyyat növü – histeroskopik metroplastikadır (uşaqlıqdaxili arakəsmənin histeroskopik yolla kəsilib çıxarılması).

Histeroskopik metroplastikanın üstünlükləri

  • ·Uşaqlıqdaxili arakəsmənin müalicəsində seçim üsulu;
  • ·Histeroskopik metroplastika abdominal metroplastikanı tamamilə əvəz edir;
  • ·Mini invaziv əməliyyat;
  • ·Əməliyyat qısa zaman ərzində icra olunur;
  • Damardaxili anesteziya altında keçirilmə imkanı;
  • ·Əməliyyat sonrası qısa bərpa müddəti, əməliyyatın davam etmə müddəti 15-20 dəq, əməliyyatdan 3 saat sonra tam aktivləşmiş vəziyyətdə gündəlik həyat tərzinə dönə bilmə imkanı;
  • ·Uşaqlığın divarında kəsiklərin olmaması səbəbindən əməliyyatdan sonra Təbii doğuş edə bilmə imkanının olması.
Histeroskopik metroplastika hansı qaydada icra olunur?
Bu kiçik ginekoloji əməliyyatdır, hansı ki, vena daxili anesteziya altında aparılır. Venadaxili anesteziyaya əks göstərişlər olduqda və ya başqa dərmanlara allergiya olduqda, əməliyyat epidural anesteziya altında keçirilir. Anesteziya verildikdən sonra xarici cinsiyyət üzvləri və uşaqlıq yolu antiseptiklərlə təmizlənir. Sonra xüsusi Geqar genişləndiricilərlə uşaqlıq boynu kanalı genişləndirilir ki, histerorezektoskop yeridilə bilinsin. Histerorezektoskop – “optik boru” dur , onun vasitəsi ilə uşaqlıq boşluğu həm izlənilə bilir və həm də eyni zamanda uşaqlığa əlavə cərrahi alətlər yeridilir. Uşaqlıqdaxili arakəsmə izlənildikdən sonra onun qalınlığı və uzunluğu ölçülür. Sonra arakəsmə kəsilib çıxardılır. Onun ölçüsünə əsasən endoskopik qayçılar və ya elektrocərrahi ucluqlar istifadə olunur. Arakəsmə kəsildikdən sonra uşaqlıqdaxili bitişmələrin qarşısını almaq məqsədilə uşaqlığa spiral yerləşdirilə bilər.

Histeroskopik metroplastikanın nəticəsi necə olur?
Histeroskopik metroplastikadan sonra 70-85% hallarda normal doğuş keçirmək olar.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.