Səhifə yüklənir...

 

Ana SəhifəHisteroskopik əməliyyatlar

Histeroskopik əməliyyatlar / Sonsuzluğun müalicəsiSonsuzluğun histeroskopik müalicəsi

Histeroskopiya
Endometrial xəstəliklərin diaqnozu, poliplərin və miomaların çıxarılması, yapışmaların aradan qaldırılması, histeroskopiyadan sonra FİV , uşaqlıq anomaliyaları üçün rekonstruktiv cərrahiyyə.
XXI əsrin ən dəhşətli xəstəliklərindən biri də - sonsuzluqdur. Öz növbəsində nəsil əldə edə bilməyən qadınların və kişilərin sayının artması, həkimlərin sonsuzluğun səbəblərini təyin etmək və müalicə etmək üçün daha çox yeni üsullar axtarmasını təmin edir.  Əgər müalicə mümkün deyilsə, xəstəliyin qarşısını almaq və ata- ananın tam sevinci yaşaması üçün bir çox yol var.
Bir çox halda qadının uşağının ola bilməməsinə səbəb cinsiyyət orqanlarının düzgün fəaliyyət göstərməməsidir (xəstəlik və ya bəzi fizioloji pozğunluqlar səbəbindən). Ginekoloqlar  problemi tapmaq və düzəltmək üçün tez-tez histeroskopiya kimi diaqnostika və müalicə metodundan istifadə edirlər. Histeroskopiya əslində, xüsusi bir alət (histeroskop) istifadə edərək uşaqlıq kanalının müayinəsidir.

Həkiminiz bu proseduru nə vaxt təklif edə bilər? 
Əsasları qeyd edək:

  • Sonsuzluq şübhəsi və təkrari düşüklər olan hallarda
  • Menstruasiya siklinin pozulması halları
  • Uşaqlıq şişi və endometriumda patalogiya şübhəsi hallarında
  • Uşaqlıq daxili yapışmaların olması halında
Bununla belə, prosedurun əks göstərişləri də var:
  • digər orqanların yoluxucu xəstəlikləri
  • çanaq orqanlarının kəskin iltihabı
  • uzun zamandır gözlənilən hamiləliyin normal gedişi və s.
Histeroskopiya diaqnostik və müalicə metodu olduğu üçün, onun müxtəlif hədəfləri onun müxtəlif   istifadə edilmə qaydaları tələb edir. Beləliklə, ofis histeroskopiyası xüsusi şərt tələb etmir və ambulator keçirilə bilər. Ancaq bu manipulyasiya yalnız  diaqnostik məqsədi daşıyacaq. Müalicə zəruri olarsa, prosedur əməliyyat otağında aparılır və servikal kanalın genişləndirilməsini və ağrı kəsici istifadəsini tələb edə bilər. Bundan əlavə əməliyyatdan əvvəl hərtərəfli bir anamnez toplanır və hər cür analiz və təhlillər aparılır. Əməliyyatın düzgün aparılma müddəti, qadının reproduktiv yaşda olduğu təqdirdə - menstrual dövrün başlanmasından 5-7 gün sonradır.
Bütün manipulyasiyalar yalnız xəstənin anestetik yuxuya daxil olduğundan sonra həyata keçirilir. Servikal kanalın genişlənməsindən sonra uşaqlıq boşluğuna histeroskop daxil edilir. Bundan sonra həkim dərhal uşaqlığı, uşaqlıq borularının ağzını və kanalın özünü müayinə edir. Biopsiya, polip və ya mioma düyünlərinin çıxarılması mümkündür. Əməliyyatın sonunda alt çanaq bölgəsində qısa müddətli ağrı müşahidə oluna bilər (spazm götürən dərmanlar onları aradan qaldırmağa kömək edəcək).  Paient əməliyyatdan 3 saat sonra evə buraxıla bilir. 1-2 həftə xəstə vaginadan qanlı axıntı gəlməsini müşahidə edə bilər. Adətən onlar az miqdarda olur və bu uzun müddət davam etmir. Menstruasiya zamanı bir qayda olaraq heç bir ağrı hissi yaranmır.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: Yəhya Bakuvi 48 Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: Yəhya Bakuvi 48 Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.