Səhifə yüklənir...

 

Ana SəhifəHisteroskopik əməliyyatlar

Histeroskopik əməliyyatlar / Hamiləlikdən qorunma (Spiralın Taxılması)Uşaqlıq boşluğundan sapı içəri qaçmış spiralın histeroskopik yolla çıxarılması

Uşaqlıq boşluğunda tez-tez spirallara və onun hissəciklərinə rast gəlinir (məsələn, spiralın ipləri, plastik hissələri və ya metal parçalarına).

Nadir hallarda bu elementlərin inkapsulyasiyası baş verir, bunun nəticəsində uzun müddət onlar özün heç bir əlamətlərlə bildirmir. Bəzən, uşaqlıq əzələrinin yığılması nəticəsində yad cismlər hərəkət edərək uşaqlıq divarını deşib qarın boşluğuna tərəf hərəkət edə bilər.

Yad cismlərin ikincili infeksiyası xroniki iltihabi prosesslərə səbəb olur, hansılar ki, müalicəyə çətin tabe olur. Kliniki ginekologiyada uşaqlıq boşluğunda yad cismlərin aşkarlanması və aradan qaldırılması qadının həyatına və sağlamlığına təhlükəli olan bir sıra ağırlaşmaların inkişaf etmə ehtimalı ilə bağlıdır.

Əlamətləri

Kliniki cəhətdən uşaqlıqda yad cismlərin olması menstrual silkin pozulmasına səbəb olur- menorragiyalar, metrorragiyalar, daimi qanaxmalar. Yad cismin uşaqlıqda uzun müddət qalması xroniki endometritə, ikincili sonsuzluğa, bəzən isə piometraya səbəb olur. Həmçinin, yad cismlər uşaqlıqda heç bir əlamət olmadan uzun müddət qala bilər.

Ağrılar çox vaxt uşaqlıqdaxili spiralın hissəciklərinin uşaqlığın divarını deşməsi nəticəsində yaranır. Bu zaman həmin hissəciklər qarın boşluğuna keçərək digər orqanların travmatizasiyasına səbəb ola bilər. Uşaqlığın perforasiyası natamam (bu zaman spiral miometriumun səthinə daxil olur) və tam ola bilər, bu zaman uşaqlıqdaxili spiral bütöv və ya hissə şəklində uşaqlıqdan kənara çıxır.

Diaqnostikası

Uşaqlıqda yad cismin olması barədə şübhə etdikdə xanımlara histeroskopiya etmək tövsiyyə olunur. Bütün digər instrumental müayinə üsulları yalnız köməkçi xarakter daşıyır.

Müalicəsi

Uşaqlıq boşluğundakı yad cismlər histeroskop vasitəsi ilə çıxardılır (histeroskop kanalından endoskopik alətlərlə). Uşaqlıq divarının tam və ya natamam perforasiyası aşkar edildikdə histeroskopiyayla bərabər laparoskopiya da icra olunur.
Yad cismlərin endometriuma daxil olduğu halda uşaqlıq boşluğunun divarı rezeksiya edilir və aşkar olunan fraqmentlər çıxardılır.

Profilaktikası

Bir qayda olaraq, uşaqlıqdaxili spiral çıxarıldıqdan sonra uşaqlıq boşluğuna nəzarət edilməlidir (spiralın qalıqlarının olub olmadığını yoxlamaq üçün).

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.