Səhifə yüklənir...

 

Ana SəhifəHisteroskopik əməliyyatlar

Histeroskopik əməliyyatlarUşaqlıq qanaxmasının histeroskopik müalicəsi

Uşaqlıq qanaxmaları zamanı histeroskopiya
Uşaqlıq qanaxmaları bir çox xəstəliklərin əlamətidir. Qanaxma həmişə təhlükəlidir, ciddi fəsadlar yarada bilər. 
Cavan xanımlarda uşaqlıq qanaxmaları uzunmüddətli menstrusiyalar və menstruasiya arası qanaxmalarla müşahidə olunur, yaşlı qadınlarda isə menopauzadan sonra axan, hətta az miqdarda qanlı ləkə həkim müalicəsi tələb edir.
Ginekologiyada uşaqlıq qanaxmalarının əsas səbəbləri: uşaqlığın mioması, endometrioz, endometriumun hiperplaziyası, yumurtalıqların disfunksiyası və şişi, həmçinin iltihabi proseslər ola bilər.
Uşaqlıq boşluğunun histeroskopiyası uşaqlığın strukturunu müayinə etmək və uşaqlıq qanaxmalarının səbəbini aşkar etmək üçün aparılır. Prosedur xüsusi optik cihazla (histeroskopla) icra olunur, hansı ki uşaqlıq boşluğuna vagina və uşaqlıq boynundan daxil edilir. Prosedur zamanı baş verən dəyişiklikləri aşkar edərək müalicə etmək olur.
Bu prosedur aybaşı siklinin 7,8-ci günlərində aparılır. Əməliyyat keçirildiyi gün qanaxma olmamalıdır. Önəmli hallarda aybaşı vaxtını progesteronla və ya hamiləlik əleyhinə dərmanlarla dəyişmək olur. Xəstədə aybaşı olmadığı halda, prosedur hər hansı bir günə təyin edilə bilər. Həmçinin, histeroskopiyanı doğum keçirməyən xanımlara və ya menopauzadan sonra  da etmək olar.
Əməliyyatın müddəti təxminən 5-10 dəqiqə çəkir. 
Əməliyyatdan öncə normal qidalanmağa icazə verilir.

Mənfi və müsbət cəhətləri:
Əməliyyat anesteziyasız və ya vena daxili anesteziya altında aparıla bilər. Prosedur xəstəlik məzuniyyəti tələb etmir.

Bərpa müddəti
Xəstəyə ambulator şəraitdə qulluq edilir. Xəstə özünü yaxşı hiss edirsə, o, əməliyyatdan dərhal sonra evə gedə bilər. Histeroskopiyadan sonra ağrı demək olar ki,olmur, müayinədən sonra 1-2 həftə ərzində az qanlı ifrazat müşahidə oluna bilər. İltihablaşmanın qarşısını almaq üçün 1 həftə ərzində saunaya getməmək, üzgüçülükdən, tamponlardan, cinsi əlaqədən uzaq durmaq tövsiyyə olunur. Əməliyyatdan sonra xəstədə qarnın aşağı nahiyyəsində yüngül ağrılar ola bilər. Bu zaman ağrıkəsicilər qəbul etmək olar.
Əməliyyatdan sonra iltihab əlamətləri (temperaturun yüksəlməsi (37.5 ºC yuxarı), uşaqlıqdan axan kəskin qoxulu ifrazatlar,qarının aşağı nahiyyəsində ağrılar, qanlı ifrazatlar) olduğu halda həkimə müraciət edilməlidir.
Əlavə məlumat üçün klinikamıza müraciət edə bilərsiniz.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.