Səhifə yüklənir...

 

Ana SəhifəLaparoskopik ginekoloji əməliyyatlar

Uşaqlığın çıxarılması - Histerektomiya
Histerektomiya (uşaqlığın götürülməsi) əməliyyatı ölkəmizdə olduğu kimi bütün dünyada ən çox istifadə edilən ginekoloji əməliyyatlardan biridir. Amerika Birləşmiş Ştatlarında 65 yaşına gələn qadınların üçdə birində  histerektomiya əməliyyatı keçirdiyi təxmin edilir. Bu ölkədə hər il edilən  təxmini 600.000 histerektomiyanın 60-70 % -i Laparoskopik üsulla edilir. Bu üsulla xəstənin dərisi və qarın təbəqələri kəsilmədən, kosmetik olaraq daha gözəl görünüşlü olur, xəstə qısa müddətdə ayağa qalxa bilir və işinə daha tez müddətdə qayıdır. Laparoskopik histerektomiya təcrübəli əllərdə uğurlu əməliyyat olub laparoskopiyanın üstünlüklərini əhatə edir. 

Laparoskopik histerektomiya  daha əvvəl qeyd edildiyi kimi ümumi olaraq 4 aşağı sinif altında araşdırlır :
1. Histerektomiyanın bir hissəsi laparoskopik, bir hissəsi vaginal yolla   edilir, amma əməliyyatın laparoskopik hissəsi uşaqlıq damarlarının kəsilməsini əhatə etmir. Ümumiyyətlə, tez-tez tətbiq edilir, çünki digər növlərə nisbətən daha az təcrübə tələb edir. Lakin, bu əməliyyatda uterusa gedən damarlar laparoskopik olaraq yandırılıb kəsilmədiyi üçün vaginal etapda  daha çox qanaxma olur. Laparoskopiya mövzusunda daha az təcrübəsi olan həkimlər tərəfindən seçim edilir.

2. Laparoskopik Histerektomiya (LH): Histerektomiyanın bir hissəsi laparoskopik bir hissəsi də vaginal yolla edilir amma laparoskopik hissəsi uşaqlıq damarlarının kəsilməsini əhatə edir. Uşaqlığa gedən bu damarlar ya birbaşa uşaqlığa girdiyi yerdən və  ya retroperiton deyilən damarın başlanğıc hissəsindən yandırılır. Retroperitondan edilən üsul çox yüksək səviyyəli  cərrahi bacarıq və təcrübə tələb edir.

3. Total Laparoskopik Histerektomiya (TLH): Vajinal şəkildə həyata keçirilən müdaxilə yoxdur. Prosedurun sonunda bütün vaginal boşluğun tikişi laparoskopik olaraq həyata keçirilir. Bu metod yüksək səviyyədə laparoskopik cərrahiyyə bacarığı və təcrübə tələb edir.

4. Subtotal Laparoskopik Histerektomiya (STLH): Uşaqlıq boynu saxlanılır, uşaqlıq götürülür,nisbətən asan yoldur.Uşaqlıq boynunun qalması ilə gələcəkdə vaginal sallanmanın olma ehtimalı daha az olur. Bu xəstələr gələcəkdə yarana biləcək uşaqlıq boynu xərçəngini daha tez müəyyənləşdirmək üçün ildə 1 dəfə PapSmear analizi verməlidirlər.

 Hansı vəziyyətlərdə Laparoskopik Histerektomiya Edilə Bilər ? 

  • Miomalar 
  • Düzəlməyən uşaqlıq qanaxmaları 
  • Menopauza sonrası təkrarlanan qanaxmalar
  • Adenomyosis (Uşaqlığın böyüməsi, Ağrı və Kista yaradan xəstəlik)
  • Endometriozis (Şokolad kistası yaradan xəstəlik)
  • Pelvik Organ Prolapsusu (Uşaqlıq və sidik kisəsi,düz bağırsaq sallanması)
  • Pelvik İltahablı Xəstəlik        (Uşaqlıq, Borular,Yumurtalıqların və Peritonun iltihabı),
  • Keçməyən kista və  ya adneksal şişlər 
  • Xroniki Pelvik Ağrı (Keçməyən qasıq ağrılar ) 
  • Uşaqlıq boynu xəstəlikləri 
  • Xərçəngdən qorunma , xüsusən Tamoxifen qəbul edən Süd vəzi xərçəngləri olan pasientlər
  • Servikal İntraepitelyal neoplazma (CIN),
  • Erkən İnvaziv Serviks (Uşaqlıq boynu ) Xərçəngi,
  • Atipik  Endometrial Hiperplaziya (Uşaqlığın daxili qatının qalınlaşması),
  • Endometriya Xərçəngi (Uşaqlıq Xərçəngi)
Laparoskopik Histerektomiyanın  (Qapalı Əməliyyatın)  Abdominal Histerektomiyaya  (Açıq   Əməliyyata) Görə Üstünlükləri:
  • Dəridə kəsik olmaması və buna görə də daha yaxşı kosmetik görünüş.
  • Əməliyyat zamanı daha az qanama.
  • Əməliyyatlar tikiş atılamadan edildiyi üçün daha az infeksiya riskinin olması 
  • Əməliyyatdan sonra daha az ağrı olması.
  • Həmin gün ağızdan qida qəbulu edilə bilməsi. .
  • Xəstələrin səhərisi gün evə çıxmaları.
  • Normal günlük fəaliyyətlərinə qısa müddətdə qayıda bilmələri.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.