Səhifə yüklənir...

 

Ana SəhifəLaparoskopik ginekoloji əməliyyatlar

Laparoskopik ginekoloji əməliyyatlarLaparoskopik Kista Cərrahiyyəsi:

Yumurtalıqlarda yaranmış  ölçüsü 4 sm-dən böyük olan, 3 aydan artıq geriyə sorulmamış  kistalar fəsadlaşmamış Laparoskopik üsulla götürülməlidir.

 Dermoid Kistalar: Dermoid kistalar bədənin bütün toxumlarından parçaları olan kistalardır. Bunlar yağ, saç, diş, dəri və əzələ toxumasında ola bilər. Embrional inkişaf dövründə yaranır. Hansı səbəbdən böyüdükləri məlum deyil.  Dermoid kistlər burula bilir.  Burulma zamanı  yumurtalıq   boru ilə bərabər öz ətrafında rotasiya edir  və bunun nəticəsində yumurtalıqları qidalandıran qan axınında pozulma olur. Vaxtında laparoskopik yolla müdaxilə olunmadığı zaman yumurtalıq və borularda toxumanın ölümü (nekroz) olur və nekrozlaşmış yumurtalığın çıxarılması ilə nəticələnə bilir. Dermoid kistalar xüsusilə 4-5 sm-ə çatdıqları zaman götürülməlidir. Laparoskopik yolla çıxarılması daha asandır. Qadınların 17 % -də  hər iki yumurtalıqda dermoid kistanın ola bilmə ehtimalı olduğuna görə  diqqətli şəkildə müayinə edilməlidirlər . Dermoid kistların 1-2 % bədxassəli olma ehtimalı vardır.  

Paraovarial Kistalar: Yumurtalığın ətrafındakı anadangəlmə artıqlardan əmələ gələn kistalardır. Nadir hallarda bədxassəli olurlar. Ölçüləri böyüdükdə götürülməlidir. Laparoskopik olaraq çıxarılması məsləhətdır .

Kistik Adenomlar: Yumurtalığın içində yaranan və bədxassəli olma riski olan  şişlərdir. Ultrasəs müayinəsində maye və qatı sturukturlarla bərabər izlənilməsi şübhəli əlamətlərindəndir  və dəqiq diqanoz kistanın çıxarılması və patohistoloji müayinəsi  ilə qoyulur.Seroz və musinoz kistalar  ən çox rast gəlinən variantlardır. Laparoskopik olaraq çıxarılması daha əlverişlidir. Menopauzaya az qalmış qadınlarda yumurtalığın götürülməsi doğru addımdır. Daha cavan qadınlarda isə sadəcə kista çıxarılaraq alınan material patohistoloji müayinəyə göndərilir.Bu zaman xoş və ya bədxassəli olduğu aşkarlanır. 

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.