Səhifə yüklənir...

 

Ana SəhifəLaparoskopik ginekoloji əməliyyatlar

Laparoskopik ginekoloji əməliyyatlarOrqan sallanması zamanı laparoskopik müalicə

Orqan sallanması zamanı laparoskopiya

Uşaqlığın tikilməsi (laparoskopik fiksasiya) - xüsusi tor tipli protez köməyi ilə prolaps nəticəsində zədələnmiş və ya zəifləmiş uşaqlığın birləşdirici aparatını düzəldən bir əməliyyatdır.

Uşaqlıq sallanması (prolaps) - onun yanlış mövqeyi, alt və boyun hissəsinin anatomik sərhəddən aşağı yerləşməsidir. Bu çanaq əzələlərinin və uşaqlıq bağlarının zəifləməsi nəticəsində baş verir. Çox çətin doğumdan sonra və menopoz zamanı qadınlarda müşahidə olunur. Prolapsın inkişafında həlledici amil qarın içi təzyiqin artmasıdır.

Dünyada demək olar ki, hər ikinci qadın uşaqlığın prolapsı ilə qarşı-qarşıya gəlir. Bu patologiya həm menopauzaya keçmiş , həm də uşaq dünyaya gətirmək istəyən gənc qızları çox narahat edir. Müalicə olmadan uşaqlığın sallanması sürətlə inkişaf edir və çox ağır fəsadlara səbəb ola bilər.
Uşaqlıq sallanmasının laparoskopik müalicəsi hər baxımdan ənənəvi əməliyyatlardan daha üstündür. Əsas üstünlüklər orqan qoruyan müdaxiləni və abdominal divarın minimal zərərini aparmaq üçün böyük bir fürsətin olmasıdır. 

Proqressiv uşaqlıq prolapsı ətrafdakı orqanlara və nəticədə həyat keyfiyyətinə mənfi təsir göstərir. Ənənəvi cərrahiyyənin ən az travmatik üsulu vaginal kəsikdən istifadə edərək kiçik çanaqda barmaq manipulyasiyalarıdır. Uşaqlığın laparoskopik fiksasiyası qarın divarında yalnız üç kiçik dəlik tələb edir. İstifadə olunan alətlərin diametri 10 və 5 mm-dir.

Əməliyyat üçün göstəricilər:

Əsas göstərici hər hansı bir mərhələdə olan prolapsın həkim tərəfindən təyin olunmasıdır, hansılar ki bu göstəricilər əsasında təyin edilir:
Uşaqlıq boynunun  daha aşağıda yerləşməsi, amma cinsi dəlikdən xaricə cıxmaması 
Uşaqlığın qismən sallanması, güc verdikdə və adi hallarda uşaqlığın cinsi kəsikdən çıxması
Uşaqlığın tam sallanması, vaginal yarıqdan uşaqlığın kənara çıxması , yalnız adi hallarda 
deyil, asqırdıqda, öskürdükdə və s. hallarda.

Xəstəliyin hər bir xüsusi forması üçün fərdi müalicə planı hazırlanır və tətbiq olunur. Bu xəstənin yaşına, həyat şərtlərinə, bədən çəkisinə,qidalanmasına, iş və istirahət şərtlərinə bağlıdır. Hal-hazırda sallanma üçün iki növ müalicə var: konservativ və cərrahi. 
Konservativ müalicə prolapsın başlanğıc mərhələlərində və sallanmanın sadə forması olduqda tövsiyə olunur. Bu üsulla uşaqlıq prolapsını aradan qaldırmaq mümkün deyil, lakin onun inkişafını ləngidir, fərdi problemləri düzəldir və vəziyyəti qismən yüngülləşdirir. Çanaq dibinin strukturunu və onun orqanlarının funksionallığını bərpa etmək üçün, həyat keyfiyyətinin yaxşılaşdırmaq üçün yalnız əməliyyat kömək edə bilər.
Müasir cərrahiyyədə uşaqlıq prolapsı zamanı laparoskopiya məsləhət görülən effektiv üsullardandır. 

Laparoskopiyanın üstünlükləri

Bu texnika boş yerə günümüzdə cərrahlar tərəfindən prioritet üsül sayılmır. Bir çox üstünlükləri var: 
Eyni zamanda həm diaqnotika, həm də cərrahiyyə aparmaq mümkünlüyü
Geniş kəsiklər və qan itkisi olmadan daxili orqanlara giriş
Əzələ lifləri və dərinin minimal zədələnməsi
Video təhlükəsizliyi və cərrahın hərəkətlərinin həssaslığı səbəbindən mümkün qədər dəqiq və ehtiyyatlı şəkildə tikişlərin edilməsi
Təkrarlanma riskinin olmaması
Yüksək kosmetik effekt – heç bir yara və kəsik izinin qalmaması

Qısa bərpa müddəti

Əməliyyatın gedişi :  İstifadə edilən qabaqcıl üsul, uterus yerdəyişməsinin hərtərəfli laparoskopik müalicəsidir. Fiksasiya üçün tor tipli protez istifadə edilir və prosedur bəzən promontofiksasiya adlanır. 

Əməliyyatın mahiyyəti, çanağın zəif hissələrinin gücləndirilməsindədir. Bunun üçün əlavə olaraq prolipropilendən bağlar yaradılır . Əgər laparoskopik promontofiksasiya istifadə edilirsə, bu zuman sorulmayan tikiş materiallarından istifadə edilir.

Torun üzəri peritonla örtülür. Hemostaz aparılır  və alətlərin çıxarılır.  Dəliklər ya bant ilə ya da tikiş ilə bağlanılır. Bu yolla uşaqlıq fiksasiyasının müddəti 90 - 120 dəqiqə çəkir. Sonra xəstə palataya köçürülür. 

Əməliyyatdan sonra növbəti gün pasient ayağa qaldırılır, 2 gün sonra xəstə evə buraxılır.

Reabilitasiya

Əməliyyatdan sonra bədənin bərpası bir ay davam edir. Həkimin tövsiyyəsi ilə 5-7 gün ərzində xəstəyə iltihab riskini aradan qaldırmaq üçün antibiotik təyin edilir. Qəbizlik riskini aradan qaldırmaq üçün xəstəyə duru yeməklərin üstünıük təşkil etdiyi pəhriz təyin edilir. Heç bir fiziki fəaliyyət, idman, ağırlıq qaldırılmasına icazə verilmir.

Tam intim həyat əməliyyatdan iki ay sonra başlaya bilər. Reabilitasiya dövrünün sonunda qadın çanaq dibi əzələlərin vəziyyətinə daha çox diqqət yetirməlidir. Yenidən bu problemin yaranmaması üçün idman ilə əzəzlələri bərkitməlidir. Siz həmçinin iş və istirahət rejiminə riayət etməlisiniz, 10 kq-dan çox ağırlığı qaldırmamalısız. Qəbizlikdən qaçmaq üçün pəhrizinizə diqqə yetirin.

Bu əməliyyatdan sonra qadın hamiləlik planlaşdırırsa, ona peşakar bir həkim köməyi lazımdır.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.