Kiçik çanağın bütün orqanlarının vəziyyətini qiymətləndirmək və ya hər hansı bir cərrahi müdaxiləni yerinə yetirmək lazımdırsa, laparoskopiya endoskopik giriş üçün ən yaxşı seçim üsuludur. Bu üsulun aparılması üçün göstəricilər çox genişdir.
Sonsuzluq zamanı çanaq orqanlarının vəziyyətini qiymətləndirməyi və uşaqlıq borularının keçiriciliyini laparoskopiya ilə diaqnostika edirlər. Uşaqlıq boruların keçiriciliyinin yoxlanılmasının alternativ üsulları (histerosalpingoqrafiya, exosonohisteroqrafiya) yalnız qadın laparoskopiya aparmaqdan imtina etdiyi təqdirdə istifadə edilə bilər.
Laparoskopiya sonsuzluq diaqnozu üçün geniş imkanlar yaradır. Bunlar xarici genital və ekstragenital endometriozun müxtəlif növləri, uşaqlıq mioması, çanaq orqanların iltihabi prosesləri, uşaqlıq və əlavələrinin inkişaf anomaliyalarının diaqnostikası üçün qızıl standartdır. Sonsuzluq zamanı laparoskopiyanın aparılmasının vacib aspektlərindən biri odur ki, bu üsulu istifadə etdikdə yalnız baxış keçirilmir, əgər ehtiyac olarsa dərhal cərrahi müdaxilə etmək mümkün olur və problem aradan qaldırıla bilir. Müasir qanunlara görə sonsuzluq zamanı laparoskopik diaqnostika endometriyanın biopsiyasını da əhatə edən histeroskopiya ilə birgə aparılır. Beləliklə, bir əməliyyat zamanı reproduktiv funksiya pozğunluğuna səbəb olan çanaq orqanlarının demək olar ki, bütün patologiyalarının diaqnozu və müalicəsi mümkündür.
Endoskopik müdaxilələrin sonsuzluğun diaqnostikasında istifadə edilməsi, diaqnostik alqoritmi minimuma endirmək və sonsuzluq üçün terapevtik taktikaların inkişafına yönəlmiş müasir konsepsiyanın bir hissəsidir. Yardımçı reproduktiv texnologiyanın endoskopik diaqnoz və müalicənin yüksək texnologiyalı üsullarla inteqrasiyası olmadan ixtisaslaşmış reproduksiya klinikasının işi mümkün deyil. Sonsuzluğun növünün təyin edilməsi üçün endoskopik üsulların geniş tətbiqi sonsuz nikahlar üçün müxtəlif yardım proqramlarının effektivlik faizini artıra bilər.
Əməliyyat haqda ümumi məlumat
Əməliyyat ümumi anesteziya altında aparılır. Üç kiçik dəlikdən (hər biri 5 mm) qarın boşluğuna bir optik cihaz və alətlər daxil edilir. Kompleks avadanlıqlar (video kamera, işıq mənbəyi, fiber optika) sayəsində monitor ekranında 4-10 dəfə genişlənmiş daxili cinsi orqanların görüntüsü göstərilir. Əməliyyatın birinci mərhələsi - diaqnostika - demək olar ki, bütün sonsuzluq səbəblərini müəyyən etməyə, patologiyanın növünü və dərəcəsini qiymətləndirməyə imkan verir. İkinci mərhələ - müalicəvi - bu səbəbləri aradan qaldırmağa imkan verir.
Eyni zamanda, sonsuzluğun uşaqlıq faktorunu istisna etmək və aradan qaldırmaq üçün histeroskopiya edirik - uşaqlığın müayinəsi. Qeyd etməliyik ki, histeroskopiyanın köməyi ilə 50% -dən çox hallarda diaqnozu qoyulmamış və sonsuzluğun səbəbi olan patologiyalar aşkarlanır və aradan qaldırılır.
Bu üsulun üstünlükləri:
Birincisi, diaqnostik dəqiqliyi 100% -ə yaxındır. İkincisi, laparoskopiya qoruyucu bir əməliyyatdır (uşaqlıq kənarı hamiləlikdə - borunu, yumurtalıq kistləri zamanı – yumurtalığın sağlam toxumasını, uşaqlıq miomaları zamanı – uşaqlığı qorumağa imkan verir). Bundan əlavə, bu əməliyyat praktiki olaraq qansızdır (5-15 ml qan itkisi), xəstə əməliyyatdan sonrakı dövrdə ağrı hiss etmir. Xəstəxanada qalma müddəti yalnız 1-2 gün davam edir. Nəhayət, əməliyyat sonrası kəsik izləri qalmır və bu da hər hansı bir yaşda olmasına baxmayaraq hər bir qadın üçün vacib amildir.