Uşaqlığın laparoskopik çıxarılması üçün göstərişlər (histerektomiya) :
Müxtəlif ginekoloji xəstəliklər qadının əməliyyat edilməli və uşağı çıxarılmasına səbəb olur. Histerektomiya üçün əsas göstərişlər:
Dərman müalicəsinə tabe olmayan davamlı vaginal qanaxmalar
Uşaqlığın çoxsaylı və iri ölçülü miomaları (uşaqlığın fibromiomu)
Endometrioz (uşaqlığın daxili toxumasının uyğun olmayan yerdə birləşməsi, uşaqlıq borusunu, qarın boşluğu və s. kimi yerlərdə)
Uşaqlıq xərçəngi (çox vaxt histerektomiya kimya terapiya ilə müşayiət olunur)
2 əsas laparoskopik üsul vardır:
Laparoskopiya ilə birgə vaginal histerektomiya – laparoskopiya ilə histerektomiyanın birgə istifadə edilməsi
Total laparoskopik histerektomiya – bir neçə sayda ola bilən kiçik (0.5-1.5sm) dəliklərdə xüsusi avadanlıqlar və endoskop (video sistem ilə təchiz olunmuş teleskopik boru, hansı ki müdaxilə ediləcək sahəni tam öyrənməyə imkan verir) ilə əməliyyatın aparılması
Həmçinin əməliyyat zamanı qarın boşluğunun sferik qübbə kimi şişirdilir və orqanların manipulyasiyasına mane olmayan karbon dioksid ilə doldurulur. Bu əməliyyat uşaqlığın tamamilə çıxarılması üçün istifadə olunur. Uşaqlıq kəsilir (uşaqlıq borusu və yumurtalıqlar da zəruri hallarda kəsilir) və uşaqlıq arteriyaları bağlanılır. Kəsilmiş orqanlar vaginada.n xaric edilir
Histerektomiyaya hazırlıq
Planlı şəkildə keçiriləcək əməliyyat üçün aşağıdakı analizlər verilməlidirlər:
Qan analizi (ümumi, kimyavi, qlükoza, laxtalanma, hepatitlər, QİÇS və sifilis, qan qrupu və rezus faktor)
Sidik analizi
Ginekoloji ultrasəs müayyinə və yaxma
Fluoroqrafiya
EKQ
Xroniki xəstəliklərin mövcudluğu hallarında – terapevtin, anestezioloqun rəyi
Bütün xəstəliklər və mümkün allergik reaksiyaları analiz edən və lazımi anesteziya və onun dozasını təyin edən anestezioloqun müayinəsi də lazımdır.
Əməliyyatın xüsusiyyətləri:
Əməliyyat 45-120 dəq arası davam edə bilər. Heç bir kəsik aparılmır, 4 dəlik açılır. Qan itkisi olmadan kəsiksiz üsulla uşaqlıq xaric edilir. Stasionar yatış müddəti 1-2 gündür. Pasient əməliyyatın sabahı günü aktivləşdirilir, yeridilir. Əməliyyat sonrası cinsi yaşayış 2 ay ərzində qadağandır.