Səhifə yüklənir...

 

Ana SəhifəLaparoskopik ginekoloji əməliyyatlar

Laparoskopik ginekoloji əməliyyatlarYumurtalıq patologiyalarının laparoskopik müalicəsi

Yumurtalıqlar – qadın orqanizminin, yeniyetmə dövrünün normal inkişafını, yetkinlik dövrünün funksiyalarının düzgün yerinə yetirilməsini və sağlam bir uşağın daşıyıcısı olmağı təmin edən əsas orqandır. Təxminən bütün ginekoloji xəstəliklər yumurtalıqların hər növ anomaliyaları ilə əlaqəli olur. 
Yumurtalıqların cərrahi xəstəliklərinin müalicəsinin əsas üsulu bu gün laparoskopiyadır. Aşağıdakı problemlər üçün ən effektiv, təhlükəsiz və az travmatik cərrahiyyə - yumurtalıqların laparoskopik əməliyyatıdır:

Yumurtalıqların polikistozu
Daxili cinsiyyət orqanlarının endometriozu, əsəs olaraq yumurtalıqların endometriozu
Yumurtalıq və boru burulması
Kəskin və xroniki yoluxucu və iltihabi xəstəliklər.
Qarın boşluğunda yapışmalar.
Qadın cinsiyyət orqanlarında xoş xassəli şişlər, kistalar
Yumurtalıq kistaları zamanı laparoskopiya
Yumurtalıq kistinin laparoskopik çıxarılması ginekologiyada ən çox istifadə edilən əməliyyatlardan biridir. Bu vəziyyətdə bir qadın üçün cərrahi müdaxilə ən incə prosses kimi həyata keçirilir. Bir tərəfdən, laparoskopiyanın müddəti 30 dəqiqədən yuxarı deyil, digər tərəfdən belə müalicə şəraitində qan itkisi minimaldır.

Reabilitasiya müddəti çox az vaxt alır. Bir neçə saatdan sonra xəstə özünə xidmət göstərə bilər və ertəsi gün evə gedə bilər. Laparoskopik müdaxilədən 2-3 gün sonra   sonra qadın adi həyat tərzinə qayıda bilər.

Yumurtalıq laparoskopiyası üçün göstəricilər :

Hər hansı  digər əməliyyat kimi, laparoskopiya əməliyyatına göstərişlər və əks göstərişlər olmalıdır. Bəzi hallarda, bunu aparmaq mənasızdır və hətta xəstəyə zərər verə bilər, digər hallarda isə - əməliyyatı əhəmiyyətli dərəcədə asanlaşdırmasına və lazımsız travmadan xilas olmağa şərait yarada bilər.

Diaqnostika. Endoskopiyanın köməyi ilə həm diaqnostika, həm də müalicə aparmaq mümkündür. Diaqnostika digər tədqiqat metodlarının (ultrasəs) qeyri-informativ və ya aşağı informativliyi halında istifadə olunur.

Polikistik yumurtalıq sindromu. Polikistik yumurtalıqların laparoskopiya ilə müalicəsi istifadə edilən dərman müalicəsinin təsirsiz olduğu halda göstərilə bilər. Ovulyasiyanı asanlaşdırmaq üçün ən çox drilling aparılır.

Neoplazm. Laparoskopiya yalnız şişinin vəziyyətini, onun böyüməsinin təbiətini görməyə imkan vermir,  həm də bədxəssəli hüceyrələrin varlığını müəyyən etmək üçün biopsiya aparmağa imkan verir. Şişin xoş xəssəli olduğu halda laparotomik cərrahiyyə olmadan yalnız Laparoskopiya ilə şişi  çıxarmaq mümkündür.

Kistalar. Laparoskopiya zamanı yumurtalıq kistası soyulur  və çıxarılır.

Uşaqlıq borularının burulması. Laparoskopiya zamanı burulmalar normal vəziyyətə qaytarılır, onların nekrozu və ya kista aşkar olduğu halda rezeksiyası həyata keçirilir

Endometrioz. Bəzi hallarda bu xəstəlik yumurtalıqlarıa təsir göstərir, bu da bir sıra simptomların inkişafına gətirib çıxarır, həm də yumurtalıq fəaliyyətinə əhəmiyyətli dərəcədə mane ola bilər.

İrinli-iltihablı preseslər. Endoskopik üsul ilə antibiotik terapiyasının effektivliyi təmin olunmadıqda yumurtalıq və borunun iltihabi proseslərini aradan qaldırmağa imkan verir.

Yumurtalıqların laparoskopiyasında əks göstərişlər 

Bəzi hallarda laparoskopik cərrahiyyə texnikasının istifadəsi qadağan edilir, çünki bu, ciddi ağırlaşmalara gətirib çıxara bilər:
Yumurtalıqların bədxssəli törəmələri
Çox böyük ölçüsü olan neoplazmalar və kistlər. Bu cür şişlərin endoskopik çıxarılması onların böyük ölçüsünə görə mümkün deyil.
Massiv daxili qanaxma. Həyat təhlükəsi yaratdiğı üçün təcili laparotomik əməliyyatınaparılmasının göstəricisidir.

Massiv bitişmələr. Həddindən çox sayda bitişmələr endoskopun görüntüləməsinə və avadanlıqların normal işləməsinə mane olurlar.
Peritonit. Xəstənin həyatına təhlükə yaradan laparotomik əməliyyat üçün ciddi bir göstəricidir.
Yüksək dərəcəli ürək və ya tənəffüs çatışmazlığı. Anesteziyaya giriş və üstəlik əməliyyatın özü ölümlə nəticələnə bilər.
Miokard infarktı, 6 ay ərzində insult.

Kəskin və ya xroniki infeksiya prosesinin olması. Hər hansı cərrahi müdaxilə infeksiya yayılması riski səbəbindən mümkünsüzdür.
Qan laxtalanması pozuntuları. Əməliyyat zamanı qanaxma şok vəziyyətin yaranmasına və hətta ölüm riskinə səbəb ola bilər.




Əməliyyata hazırlıq 
Yumurtalıqlarda laparoskopik cərrahiyyə hazırlığında, hər hansı digər cərrahi müdaxilələr də olduğu kimi, müalicənin proqnozunu yaxşılaşdırmağa yönəlmiş bir sıra tədqiqatlar və fəaliyyətlər aparmaq lazımdır.
Ümumi qan və sidik analizi. Pozuntuları təyin etməyə və mövcud patoloji hadisənin təbiətini araşdırmağa imkan verir.
Biokimyəvi qan analizi. Müəyyən tədbirlərin alınması və mümkün olan ağırlaşmaları qarşısını almaq üçün fərdi orqanların və sistemlərin performansını qiymətləndirməyə imkan verir. 
Koaquloqram. Qanın laxtalanma funksiyasını qiymətləndirmək və qanaxmanın inkişafının qarşısını almaq üçün imkan verir.
QİÇS, Hepatir B və C anti hissəciklərinin mövcudluğu. İmmun çatışmazlığı və ya qaraciyər funksiyasının pozulmasının aşkar edilməsi, həmçinin tibbi heyətin infeksiyaya yoluxmağının qarşısını almaq lazımdır.
Qarın boşluğu və kiçik çanaq orqanlarının ultrasəs müayinəsi və ya tomoqrafiyası. Daxili orqanların vəziyyətini qiymətləndirmək və cərrahi müdaxilənin aparılması üçün hazırlıq görməyə imkanı verir.
Qan qruppu və rezus-faktor.
Uşaqlıq borusunun florası və sitologiyasını yoxlamaq üçün mazok.
EKQ və terapevt konsultasiyası.
Əməliyyat öncəsi gecədən yemək qəbulunu, və əməliyyata başlamazdan 3-4 saat əvvəl maye qəbulunu dayandırmaq lazımdır.
Bir yumurtalıq kistinin laparoskopik cərrahiyyə ilə necə çıxarmaq olar?
Belə əməliyyatın aparılması bir neçə mərhələyə bölünür, bunların hər birinə xüsusi zəruri tədbirlər daxildir:
Anesteziya Laparoskopiya zamanı tənəffüs anesteziyası istifadə olunur. Ona daxil olmağı asanlaşdırmaq və narahatlıqları aradan qaldırmaq üçün, əməliyyatdan 12 saat əvvəl sedativ preparatlar qəbul edilə bilər.
Girişin heyata keçirilməsi. Qarın ön divarında 3 balaca dəlik açılır və ora ötürücülər yerləşdirilir. Bir dəlik endoskopun – kamera və işığı üçündür, digər iki dəlik isə malipulyatorlar üçündür.
Qarın boşluğu karbon qazı ilə doldurulur. Karbon qazı qarın boşluğu və ordaki orqanlar üçün təhlükə yaratmır.
Manipülatörlərin köməyi ilə kameranın nəzarəti altında bütün zəruri tədbirlər həyata keçirilir. Xüsusilə, kistin açılması və tərkibinin sovurulması, kapsulun çıxarılması və qanaxmanın dayandırılması.
Bütün karbon qazı içəridən sovurulduqdan sonra dəliklər tikilir və steril bant ilə bağlanılır.


Əməliyyat sonrası dövr
Laparotomik müdaxilələrlə müqayisədə, endoskopik manipulyasiyalardan sonra bərpa daha asan və daha sürətli, və bu da, bu üsulun əsas üstünlüyünü müəyyənləşdirir. Xəstəxanada qalma müddəti 1-2 günə qədər davam edəcək, sonra qadın evə gedə bilər. Tam iş görmə gücü 1-2 həftə ərzində bərpa olunur.
Laparoskopik müdaxilələrdən sonra əməliyyat sonrası yırtıqlarınformalaşması istisna edilir, yapışmaların inkişafı və patogen mikroflora tətbiqi ehtimalı minimuma endirilir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: Yəhya Bakuvi 48 Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: Yəhya Bakuvi 48 Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.