Miomalar əsasən Laparoskopik və Histeroskopik üsulla çıxarılır. Miomalarda əməliyyat göstəriciləri aşağıdakı kimidir :
Ölçü: Ümumiyyətlə 5 sm-i keçmiş miomaların və qısa müddətdə sürətlə böyüyən miomaların götürülmələri məsləhətlidir.
Qanaxma: Miomalar uşaqlığın iç təbəqəsinə keçmədikdə və ya təzyiq göstərmədikdə qanaxmaya səbəb olmazlar. Uşaqlığın daxilinə girmiş olan miomalarda əgər qanaxma varsa ölçülərini nəzərə alaraq cərrahiyyə məsləhət görülür.
Təzyiq şikayətləri və ağrı: Miomalar uşaqlığın sağ və sol tərəfində , boruların altında, intraliqamentar deyilən bir nahiyyədə oduğu zaman sidik axarını sıxa bilir və bud a nəticə etbarilə həyati vacib orqan olan böyrəklərin zədələnməsinə və həttaböyrək çatışmazlığına belə gətirib çıxarda bilir. Uşaqlığın ön divarında inkişaf edən miomalar sidik kisəsini , arxa divarındaı miomalar isə qalın bağırsağı sıxa bilirlər. Bu zaman tez-tez sidiyə getmə , qəbizlik, ağrı, təzyiq hissi, güc gəlmə kimi hissiyyatlar yarana bilir. Həmçinin yan divarlardan inkişaf edən miomalar iri magistral damarları sıxaraq qanın aşağı ətrafdan geriyə axınını pozaraq ayaq venalarının varikoz genəlməsi və tromblaşmasını belə yarada bilirlər.
Sonsuzluq: Miomalar sonsuzluğa və ya erkən ve gec düşüklərə səbəb olurlar. Ümumiyyətlə 5 sm və daha böyük miomaların götürülməsi məsləhətlidir.Əgər qadın hamilə qala bilmirsə və uşaqlıqda da mioma varsa miomanın ölçüsünə və başqa törəmələrin olub – olmadığına baxmaq lazımdır.
Laparoskopik əməliyyatla miomalar çıxarıldıqdan sonra 4-5 ay hamilə qalmağa icazə verilmir. Bitişmə ehtimalı açıq qarın əməliyyatına görə daha azdır. Laparoskopik mioma əməliyyatı miomaların ölçüsündən, yerləşməsindən asılı olaraq 1-3 saat çəkə bilir.Xəstə 1 gün xəstəxanada qalır və səhərisi gün xəstəxanadan çıxa bilər.
Əgər Histeroskopik üsulla mioma çıxarılırsa əməliyyat 10 dəq ilə 30 dəq arasında dəyişə bilir, xəstə həmin gün də evə gedir , növbəti aydan etibarən hamiləlik planlanır.