Səhifə yüklənir...

 

Ana SəhifəLaparoskopik ginekoloji əməliyyatlar

Qadına “sonsuzluq” diaqnozu qoyulubsa, konservativ üsullarla onun səbəbini aradan qaldırmaq hər zaman mümkün olmur. Bəzi hallarda, reproduktiv funksiyaların bərpası üçün cərrahi müdaxiləyə ehtiyac yaranır.

 Sonsuzluğun müalicəsi üçün Fransa təhsilli Cərrah Mama Ginekoloq, Phd dr. İlahə Quliyeva tərəfindən kəsiksiz, çapıqsız və qansız üsulla mini invaziv manipulyasiyalar və əməliyyatlar  yüksək texnologiyalardan istifadə edilməklə, tam təhlükəsiz olaraq yüksək peşəkarlıqla həyata keçirilir.
 Bəzən ənənəvi cərrahi müdaxiləyə ehtiyac yarana bilər – laparotomiya, bu zaman kiçik kəsiklə qarın boşluğu açılır. Hansı əməliyyatın məqsədəuyğun olduğuna müayinədə qərar verilir. Mikrocərrahi əməliyyatlar əsasən, sonsuzluğa səbəb olan fiziki patologiyalar zamanı tətbiq olunur – bitişmələr, kista, poliplər və s.

Bütün cərrahi manipulyasiyalar video görüntünün müşahidəsi altında aparılır. Sonsuzluğun cərrahi yolla müalicəsini böyük incəliklə və dəqiqliklə tətbiq edirik ki, ilk müdaxilədən əməliyyat uğurla nəticələnsin, çünki təkrar  müdaxilələr zamanı uğurlu nəticə əldə etmək ehtimalı azalır.

Histeroskopiya

Histeroskopiya – bir çox uşaqlıqdaxili patologiyaları müayinə edib aradan qaldırmaq üçün tətbiq olunan az invaziv endoskopik cərrahi üsuldur.
Bu patologiyalara aşağıdakilər aiddir:

⦁    Endometrioz düyünləri (ocaqları);
⦁    Uşaqlığın mioması;
⦁    Poliplər;
⦁    Uşaqlıqdaxili arakəsmələr, bitişmələr, sinexiyalar və s.

Histeroskopik əməliyyat zamanı uşaqlıq boşluğu xüsusi maye ilə genişləndirilir, uşaqlıq boşluğuna baxış və lazımi korreksiyaedici prosedurların tətbiqi isə videogörüntüylə və xüsusi cərrahi alətlərlə təchiz olunmuş histeroskopla aparılır. Sonsuzluğun cərrahi yolla müalicəsində histeroskopiyanın üstun cəhəti uşaqlıqda kəsik aparmadan bəzi uşaqlıqdaxili patologiyaların aradan qaldırılmasıdır.

Laparoskopiya

Laparoskopiya sonsuzluğun müalicəsində ən öndəgedən üsullardan biridir. Bu üsulun köməyi ilə biz  aşağıdakı patologiyaları aradan qaldırırıq:

⦁    Uşaqlıq borularının keçiriciliyinin pozulmasını;
⦁    Yumurtalıqların kistasını;
⦁    Kiçik çanaq orqanlarında sinexiyaları;
⦁    Uşaqlığın miomasını;
⦁    Endometrioz düyünlərini (ocaqlarını);
⦁    Təxirəsalınmaz hallarda - yumurtalığın yırtılması (apopleksiyası), uşaqlıqdan kənar hamiləlik zamanı qanaxmanın dayandırılması.

Laparoskopik cərrahiyədə istifadə olunan əsas alət laparoskopdur – linza sistemləriylə, işıq mənbəyi və video kamerayla təchiz olunmuş boru. Əməliyyatın icra olunmasında yerli  və ya ümumi anesteziyadan istifadə oluna bilər. Cərrah qarın boşluğunda bir neçə kiçik dəliklər açır, bundan sonra əməliyyat olunacaq orqana yol açmaq üçün qarın boşluğuna karbon dioksid yeridilir. Kəsiklərin birindən qarın boşluğuna laparoskop daxil edilir, digərindən  - xüsusi tutqaclar.

Laparoskopiyan üstün cəhəti onun minimal travmatizasiyasıdır. Əməliyyat zamanı cərrah yalnız patoloji toxumaları kəsib çıxardır, sağlam toxumalar toxunulmaz qalır. Reabilitasiya dövrü tez və asan keçir. Bundan əlavə, əməliyyatdan sonra bədəndə heç bir kəsik və çapıq izi qalmır.

Laparotomiya

Bəzi hallarda mikrocərrahiyə üsullardan istifadə məqsədəuyğun olmur və ya qadağan oluna bilər. Bu zaman, klassik laparotomiya tətbiq olunur, qarın boşluğuna kiçik kəsik vasitəsilə yol açılır. Sonsuzluğun müalicəsində laparotomiya aşağıdakı hallarda istifadə olunur:

⦁    İri miomatoz düyünlərin kəsilib çıxarılmasında;
⦁    Kiçik çanaqda orqanların bitişmə halları olduqda;
⦁    Endometriozun cərri yolla müalicəsində.

Əlbətdəki, laparotomiyadan sonra bərpa müddəti daha uzundur, nəinki mikrocərrahi müdaxilələrdən sonra. Lakin, başqa çıxış yolu olmadıqda bu əməliyyata müraciət oluna bilinir.

Uşaqlıq borularının rekanalizasiyası

Uşaqlıq borularının rekanalizasiyası – boru keçiriliciyinin bərpasında əsas üsullardan biridir, hansı ki patologiyanın başlanğıcında daha effektiv təsir göstərir. Boruya xüsusi nazik keçirici və balonla birlikdə kateter yeridilir. Sonra balon şişirdilir, ölçüləri böyüdükdə borununu genişləndirir. 

Salpinqotomiya, Salpinqolizis

Salpinqostomiya –borunun selikli və seroz təbəqələrinin açılmasıyla boru keçiriciliyinin bərpasına deyilir.

Salpinqolizis – uşaqlıq borusunun keçiriciliyini pozan və onu əhatə edən bitişmələrin aradan qaldırılması;
Sterilizasiyaya uğramış boruların keçiriciliyi və funksiyaları bərpa olunur.
Göründüyü kimi, müasir tibbdə, sonsuzluğun effektiv müalicəsi üçün müxtəlif cərrahi üsullar mövcuddur. Əlbətdəki əməliyyata qərar vermək asan deyil, lakin ana olmaq arzusu cərrahi müdaxiləylə bağlı bütün neqativ emosiyalara qalib gəlir.
Cərrahi əməliyyatdan sonra 6 ay ərzində hamiləlik baş vermirsə, süni mayalanma , inseminasiya və s. tətbiq etmək olar.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: Yəhya Bakuvi 48 Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: Yəhya Bakuvi 48 Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.