Səhifə yüklənir...

 

Ana SəhifəLaparoskopik ginekoloji əməliyyatlar

Laparoskopik ginekoloji əməliyyatlarBoru hamiləliyinin laparoskopik müalicəsi - borunun saxlanılması (Tubotomiya)

Boru hamiləliyi vəziyyətində laparoskopik tubotomiya lazımdır. Bu patologiya təcili yardım tələb edir, çünki qadının həyatına təhlükə yaradır.

Hamiləliyin qorunması heç bir perspektivə malik deyildir çünki, döllənmiş yumurta endometriumdan kənara birləşibsə onu uşaqlıq daxilinə yerləşdirmək mümkün deyil. 

Bundan əlavə uşaqlıqdan kənar hamiləlik normal hamiləlik ilə eyni xüsusiyyətlərə malikdir. Mentruasiya sikli gecikməsi, qoxuya qarşı həssaslıq, süd vəzlərinin şişməsi, halsızlıq kimi simptomlar yaranır. Bu, erkən mərhələdə diaqnozu təsdiq etməyi çətinləşdirir.

Narahatlığa səbəb yaradan əlamətlər :

Əvvəlcə belə təzahürlər normal bir hamiləlik kimi qəbul edilə bilər. Bu baxımdan, qadın həkimə ziyarətini təxirə salır, onun sağlamlığına təhlükə olduğunu bilmədən.
Aşağıdakı simptomlar baş verərsə, ginekoloqunuzla əlaqə saxlayın.
Qanlı axıntılar
Qarnın aşağı hissəsində ağrılar
Zəiflik və ürək bulanması
Üşütmə
Şüurun itməsi 
Embrionun ölçüsü artdıqca uşaqlıq borularının divarları dartılıb yırtılır. Vəziyyətin ikinci irəliləmə şəraiti – boru abortu, yəni döllənmiş yumurtanın divardan qopması və qarın boşluğuna düsməsidir . Hər iki vəziyyət kritik sayılır və həkim müdaxiləsini tələb edir.

Tubotomiyanın xüsusiyyətləri

Ən çox istifadə olunan metod laparoskopik tubotomiyadır. Bu metod kəsik olmadan müdaxilə etməyə və borunun saxlanılmasına imkan yaradır. Dölün yerləşdiyi hissədə kiçik bir kəsik edilir, döl çıxrılır və həmən hissədə qansızmalar aradan qaldırılır. Bəzi hallarda dölün ölçüsü çox böyük olduğuna görə onu boru ilə birlikdə çıxartmaq məcburiyyəti yaranır. 


Bu prosedur aşağıdakı hallarda optimal hesab edilə bilər :

Tək bir boru olduğu halda
Ikinci boruda keçməməzlik problemi olduğu halda
Hemodinamik sabitlik
Reproduktiv funksiyanı qorumaq arzusu olduğu halda
Dölün diametrinin 5sm-dən az olduğu halda
Əməliyyatda laparoskopdan istifadə edilir və orqanların vəziyyətini əyani şəkildə qiymətləndirmək mümkün olur. Bundan əlavə,  qarın boşluğunun içərisində qanın mövcudluğunu və miqdarını yoxlaya bilirik.  Bu, diaqnoz baxımından çox vacibdir. Borunun açılması və  dölün çıxarılmasından sonra boşluq qan hissəciklərindən və döllənmiş yumurta qalıqlarından  təmizlənir.

Əks göstərişlər və reabilitasiya

Manipulyasiya üçün əks göstərişlər şiddətli tənəffüs və ürək-damar xəstəliklərinin, piylənmə və qarın boşluğunda yapışmaların olması ola bilər. Tubotomiyaya göstəriş qanın laxtalanması pozuntuları və əhəmiyyətli miqdarda qan itkisi - hemorragik şok zamanı təyin edilmir. Eyni boruda təkrarlanan boru hamiləliyi halında tubotamiya əməliyyatı edilmir. 

Laparoskopik tubotomiyadan sonra reabilitasiya müddəti 1gün təşkil edir. 1 gün sonra xəstə sərbəst formada duş qəbul edə bilər, əməliyyatdan 15 gün sonra cinsi aktivlik bərpa oluna bilər. 2 gün sonradan isə pasient əmək fəaliyyətinə geri dönə bilər.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.