Səhifə yüklənir...

 

Ana SəhifəLaparoskopik ginekoloji əməliyyatlar

Laparoskopik ginekoloji əməliyyatlarYumurtalıqların polikistik sindromunun Laporoskopik Müalicəsi (Drillinq)

Ən çox yayılmış problemlərdən biri yumurtalıqların polikistozudur. Bu follikulların yetişməməsi və ya yetişmiş follikulların partlamamasıdır. Nəticədə yumurtalıqlarda çoxsaylı kistlər formalaşır. Bu sindromun ən qorxulu zərəri – hamilə qala bilməmək. Çünki yumurta follikuldan çıxmazsa, ovulyasiya baş verməz.

Xoşbəxtlikdən, bu gün bu problemi minimal invaziv əməliyyatların köməyi ilə həll etmək mümkündür. Eyni zamanda, cərrahi müdaxilə demək olar ki, heç bir iz qoymur və reabilitasiya müddəti 1 gün davam edir.

Niyə laparoskopiya polikistoz zamanı ən düzgün seçimdir?

Çox vaxt qadınlar öz diaqnozlarının öyrənəndə əməliyyat etməyə qərar  verə bilmirlər. Onlar yorucu və uzun mühafizəkar müalicəyə başlayırlar və bu da təəssüf ki, effektiv və sabit nəticələr vermir. Nəticədə cərrahi müdaxilə məsələsi hələ də yaranır, ancaq vaxt artıq boşa getmiş olur. Əgər yumurtalıqların polikistik sindromu diaqnozu qoyulubsa və dərman müalicəsi effektsizdirsə ,bunun tək effektiv yolu laparoskopiyadır.

Bu texnikanın üstünlükləri:

Minimal yaralanma - kəsiklər tələb olunmur, qarın üzərində üç kiçik dəlik vasitəsilə avadanlıqlar yerləşdirilir, nəticədə qan itkisi də azalır.
Yumurtalıqların hiperstimulyasiyanın olmaması - dərman müalicəsindən fərqli olaraq, laparoskopiya hormonlara təsir göstərmir. Buna görə gələcəkdə çox döllü hamiləlik riski azalır.

Cərrahiyyə sonrası baş verən ağırlaşmanın azaldılması - yırtıq, daxili qanaxma, yapışmalar.
Əməliyyat zamanı aşkar edildikdə paralel patologiyaların aradan qaldırılması imkanı.
Əməliyyatdan sonra menstrual dövrünün sürətli bərpası - yaxın gələcəkdə hamilə qalmağa imkan verir.
Qısa reabilitasiya müddəti - xəstəxanada yalnız 1 gün yatış olur
Estetik görünüş - əməliyyat izləri kiçik ölçülüdür və zamanla  görünməz hala düşürlər.
Xəstə nə qədər tez əməliyyat olunmaq qərarı verərsə, bir o qədər tez bərpa olunacaq, gələcəkdə də hamilə qalmaq şansı artacaq

Yumurtalıqların laparoskopiyasına hazırlıq və onun tətbiqi    

Yumurtalığın polikistozu diaqnozu qoyulsa, bir sıra analizlərdən sonra cərrahi müdaxilə təyin edilir. Xəstə biokimyavi və klinik qan analizi, hormonal analizlər götürülür. Mütləq kiçik çanaq ultrasəs müayinəsi edilməlidir, ki cərrahi müdaxilənin gedişini proqnozlaşdırmaq olsun. Əməliyyat ərəfəsində 1-2 gün pəhriz tətbiq olunmalıdır, gecədən isə maye qəbulu dayandırılmalıdır. 

Yumurtalıqların polikistozunun laparoskopiyası yandırma üsulu ilə aparılır. Bu follikul qabığının deşilməsi prossesidir. Koaqulyasiya deşikləri xüsusi iynə ucluqlu elektrod ilə yaradılır. Nəticədə qan itkisi və yaralanma minimuma endirilir. Əməliyyatdan sonra qadın 1 gün xəstəxanada qalır və sonra normal həyatına geri dönür.

Yumurtalıqların laparoskopiyasından sonra bərpa xüsusiyyətləri

Bir qayda olaraq, əməliyyatdan sonra ovulyasiya 2 həftədən sonra baş verir. Lakin ilk 15 gündə  sağalmaya imkan vermək üçün xəstənin cinsi fəaliyyətdən uzaq olması məsləhətdir. Laparoskopiyadan sonra hamiləlik orta hesabla ilk 6 ay  ərzində baş verir. 

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.