Ağrısız doğuş
Doğuş zamanı müxtəlif ağrıkəsici üsullardan istifadə olunur. Gərginlik anlarını istirahətlə əvəz etmək, rahatlıq tapmaq, düşüncələrini körpəyə yönləndirmək (doğuş körpə üçün də böyük bir stressdir) –doğuş anlarına müsbət təsir göstərir.
Doğuş zamanı ağrıların olması – təbii haldır, düzgün psixoloji yanaşma vacibdir, lakin həlledici rol oynamır. Buna görə də müasir ginekologiyada ana və körpə üçün effektiv və təhlükəsiz olan medikamentoz ağrıkəsici üsullardan istifadə olunur.
Hər bir anesteziya proqramı qadın orqanizminin xüsusiyyətlərini, dölün inkişafını və vəziyyətini nəzərə alaraq ixtisaslı mütəxəssislərin (mama-ginekoloq, anestezioloq və neonatoloqun) birlikdə rəyi nəticəsində yaradılır.
Biz ana və körpə üçün təhlükəsiz üsullar olduğundan epidural, spinal və kompleks (spinal-epidural) anesteziya növlərinə üstünlük veririk.
Anestezioloqların fikrinə görə təcrübəli həkim tərəfindən icra olunmuş epidural anesteziya 99% təhlükəsiz üsul sayılır. Bilməniz vacibdir: yerli anesteziya körpəyə mənfi təsir göstərmir, uzunmüddətli epidural anesteziya zamanı ağrıkəsici maddə qadın orqanizminə kiçik miqdarlarda daxil olur.
Epidural anesteziya
Prosedur necə tətbiq olunur?
Anestezioloq epidural aralığa (onurğa sütununun bel nahiyəsi, 2-3 -cü və 3-4 -cü fəqərələrin arasına) xüsusi iynəylə kateter daxil edir, kateterin vasitəsi ilə ağrıkəsici yeridilir, hansı ki, ağrı siqnallarının qarşısı alır. Ağrıkəsici 10-20 dəqiqə sonra təsir etməyə başlayır və birdəfəlik istifadə zamanı, təsiri 2 saata kimi davam edir, ağrıkəsicinin bütün doğuş müddətində yeridilməsi, doğuşun ağrısız keçməyinə kömək olur.
Epidural anesteziya zamanı pasient ayıq olur, sancılar ağrısız olur, ayaqlarda zəiflik hissi yarana bilər.
Spinal anesteziya: doğuş sancılarında, körpənin və ciftin doğuşunda istifadə olunan anesteziya növüdür. Təsir və tətbiq prinsipləri epidural anesteziyaya bənzəyir, spinal anesteziya zamanı iynə daha nazikdir və daha dərin yeridilir. Ağrıkəsici 2-3 dəqiqə sonra təsir etməyə başlayır, təsiri 1 saatdan çox davam edir, buna görə də spinal anesteziyadan körpənin dünyaya cərrahi gəlişi zamanı istifadə olunur. Spinal anesteziyadan doğuş zamanı yalnız 1 dəfə istifadə etmək olar.
Spinal anesteziya zamanı pasient ayıq olur, ağrı hiss etmir, lakin hərəkət edə bilmir. Bu üsuldan çox vaxt qeysəriyyə əməliyyatı zamanı istifadə olunur.
Spinal-epidural anesteziya: bütün doğuş müddətində istifadə olunan kompleks şəkilli anesteziya üsuludur. Anestezioloq ağrıkəsicinin ardıcıl yeridilməsi üçün spinal və epidural nahiyyələrə ümumi kateter yerləşdirir. Doğuşun başlanğıcında dərman spinal nahiyəyə yeridilir – ağrıların tez bir zamanda aradan qaldırılması üçün, həmçinin ağrıkəsici uşaqlıq boynunun genişlənməsinə və tonusun saxlanılmasına səbəb olur. Ağrıkəsicinin təsiri azaldıqda, eyni dərman (lakin daha az konsentrasiyada) vaxtaşırı epidural nahiyəyə yeridilir.
Anestezioloqlarımız sizə “yeriyən” anesteziya edə bilərlər, bu zaman pasient yeriyə bilir, ayıqdı və ağrı hiss etmir.
Epidural, spinal və kompleks anesteziya növlərinə göstərişlər:
• Diskoordinasiyalı doğuş fəaliyyəti;
• Anada tənəffüs sisteminin xəstəlikləri;
• Operativ doğuş;
• Hamiləlik dövründə yüksək qan təzyiqi və hestoz;
• Vaxtından əvvəl doğuş.
Epidural, spinal və kompleks anesteziyanın əks-göstərişləri:
• Anesteziya zamanı istifadə olunan ağrıkəsicilərə qarşı allergiya;
• Hamilənin huşsuz olması;
• Nəzərdə tutulmuş punksiya nahiyəsində iltihablı proseslər;
• Yüksək beyindaxili təzyiq;
• Uşaqlıq qanaxmaları;
• Qan laxtalanmasının pozulması;
• Sepsis;
• Arterial təzyiqin 100 mm c.s. qədər və daha az olması;
• Anada ağır psixoloji və nevroloji xəstəliklərin olması;
• Pasientin imtinası.
Yüksək ixtisaslı komandamız- mama-ginekoloq, anestezioloq, reanimatoloq, kardioloq, neonatoloq - ana və körpəyə gecə-gündüz planlı və təcili tibbi yardım göstərməyə daima hazırdır.