Səhifə yüklənir...

 

Ana SəhifəTəbii doğuş

Təbii doğuşTəbii üsulla doğuş

Təbii doğuş körpənin  fizioloji (təbii) yolla doğulmasına deyilir.

Xanımlar hər zaman təbii yolla uşaq dünyaya gətirib, fizioloji yolla dünyaya gələn körpə sağlam və güclü olur. Qadın orqanizmi nəsil yetişdirmək üçün yaradılmışdır, bunun üçün orqanizmin bütün zəruri resursları və yetəri qədər gücü var.

Sağlam fizioloji təbii doğuşun sürəti, buna tələbat yaradan ananın və körpənin orqanizmindən asılıdır. Doğuş prosesinin müddəti bir çox amillərdən asılıdır, ilk dəfə doğuş keçirən hamilələrdə 9-11 saat, təkrar doğuş keçirən analarda isə 6-9 saat təşkil edir. Bu müddət ərzində heç bir dəyişiklik müşahidə olunmursa, bu zaman doğuş prosesinə minimal müdaxilə olunur və doğuş təbii hesab edilir.

Qadınların çoxu doğuş zamanı yaranan ağrılardan qorxaraq ağrıkəsicilərlə və hətta qeysəriyyə (keysəriyyə) əməliyyatıyla doğuşa qərar verirlər. Bu təbii doğuş sayılırmı? Anesteziya zamanı cavab “bəli”, qeysəriyyə əməliyyatıyla birmənalı “xeyr”. Qeysəriyyə (keysəriyyə) əməliyyatı  -cərrahi müdaxilədir, hansı ki,  doğuşun təbii gedişinə uyğun deyildir  və bir qayda olaraq göstərişlərə əsasən həyata keçirilir. Doğuşun anesteziyası  - qadının təbii fizioloji prosesini asanlaşdıran köməkçi prosedurdur.

Təbii doğuşa həm fiziki, həm də psixoloji cəhətdən hazırlanmaq lazımdır. Əgər qadın (nəzəriyyədə olsa belə) nəyin necə baş verdiyini , hər bir mərhələnin nə qədər davam etdiyini, nəfəs almağı və düzgün istirahət etməyi bilirsə, bu, doğuşu çox asanlaşdırır.

Təbii doğuş zamanı xüsusi diqqət bədənin düzgün mövqeyinə yönləndirilir. Qadın ən rahat mövqeyi özü seçsə, bu ona diskomfortu aradan qaldırmağa kömək olacaq. Çox vaxt bu şaquli vəziyyətdir, hansındakı doğuş çox asan keçir.

Təbii doğuşun keçirildiyi şərait də çox önəmlidir. Rahat yataq, vannadan istifadə imkanı, komfortlu şərait və yaxın adamın olması doğuşu asanlaşdırır.

Doğuş anı 3 dövrdən ibarətdir:

⦁    Doğuş zamanı açılış. Daimi tutmalar (sancılar) nəticəsində uşaqlıq boynunun genişlənməsi (açılması) baş verir.
⦁    Dölün uşaqlıqdan xaric olması. Körpənin doğulma anı.
⦁    Doğum sonrası mərhələ. Ciftin xarıc olması.

Doğuşun ilk dövrü.

Daimi tutmaların (sancıların) olması və dölyanı mayenin axması doğuşun tezliklə baş verəcəyindən xəbər verir. Tutmalar (sancılar) zamanı uşaqlıq əzələləri qeyri-ixtiyari yığılmağa başlayır və uşaqlıq boynu qısalır və açılır.

Uşaqlıq boynunun genişlənmə (açılış) anı doğumun ən uzun müddəti sayılır. Təbii doğuş zamanı bu müddət ilk dəfə doğuş keçirən xanımlarda 10-12 saata kimi davam edə bilər, təkrar hamiləlik zamanı isə 6-7 saata kimi.

Bu müddətin başlanğıcında daimi sancılar olur, hansılar ki, hər 15 dəqiqədən bir 15-20 saniyə davam edir. Uşaqlıq boynunun açılmasıyla sancılar güclənir, daha uzun olur, aralarındakı vaxt intervalı isə qısalır.

Sancılar arası müddət 10 dəqiqə olduqda, doğum evinə getmək lazımdır.

Açılış zamanı gəzmək, hərəkət etmək, düzgün qaydada nəfəs almaq, isti duş və ya vanna qəbul etmək tövsiyyə olunur. Bu üsullar uşaqlıq boynunun daha tez açılmasına kömək olur və ağrı hisslərini azaldır.

Doğuşun ikinci dövrü

Açılış fazasının sonu və ikinci dövrün başlanmasını qadınların çoxu ən çətin an hesab edirlər. Sancılar daha tez və ağrılı olur, bu anda anesteziya artıq təsir etmir, yorğunluq hissi yaranır, hələ ki, güc vermək olmaz.

Uşaqlıq boynu tam açıldıqdan sonra həkim pasientə güc verməyə icazə verir. Adətən, qadın uşaqı doğuş yollarından “itələmək” lazım olduğunu özü hiss edir. Buna gücənmələr deyilir.

Gücənmələr effektiv olsun deyə, düzgün güc verib nəfəs almaq lazımdır. Gücənmələr arası istirahət etmək lazımdır.

İkinci dövr 15 dəqiqədən 2 saata kimi davam edir, təkrar doğuşlarda bu müddət qısalır. Bu dövrdə doğuş keçirən xanımın vəziyyətinə daha çox diqqət yetiririk (daima dölün ürək döyüntülərini dinləyirik).

Uşaq artıq uşaqlıq yollarından keçir. Davamlı gücənmələrin təsiri nəticəsində körpənin doğulma anı baş verir.

Bundan sonra körpənin göbəyi kəsilir və mamaça uşağın boy və çəkisin ölçməyə və müayinə olunması üçün uşaq həkiminin yanına aparır.

Döğuşdan 10-15 dəqiqə sonra uşaqı ananın sinəsinə qoymaq olar. Bu uşaqlığın yığılmasına və südün ifraz olunmasına kömək olur.

Doğuşun üçüncü dövrü

Doğuşun sonuncu dövrü ciftin xaric olması - ən qisa dövr sayılır. Adətən, cift uşaq doğulandan 10-20 dəqiqə sonra çıxır. Ola bilsin ki, ana bunun üçün biraz güc verməli olacaq.

Cift çıxıdqdan sonra onun bütovlüyünə diqqət yetiririk. Hər şey qaydasında olduğu halda (yəni, cift bütün qişalarıyla çıxıbsa) doğum yollarının tamlığı yoxlanılır. Bundan sonra onun qarnına buzlu kompress qoyulur və qadını 1.5-2 saat nəzarət altında saxlayırıq.
Bununla da doğuş anı bitir, ana və körpə üçünsə yeni həyat başlayır.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.