Səhifə yüklənir...

 

Ana SəhifəVaginal üsulla aparılan əməliyyatlar

Servikal serklyaj- uşaqlığın boynunu bağlı saxlamaq üçün, ona tikişlərin qoyulması prosedurudur. Vaxtından əvvəl doğuşa səbəb istmiko-servikal çatışmazlıq ola bilər (uşaqlıq boynunun əzələlərinin zəifləməsi). Servikal serklyaj vaxtından əvvəl doğuşların qarşısını almaq məqsədiylə tətbiq olunur.

Uşaqlıq boynunun serklyajı profilaktik xarakter daşıya bilər və 12-14 həftəlik hamiləlik zamanı və ya ekstremal hallarda həyata keçirilə bilər.

Serklyaj əməliyyatı ümumi və ya yerli anesteziya altında icra olunur. Ginekoloji güzgülərlə vagina genişləndirilərək uşaqlıq boynunu izləyirik və sorulmayan lentlə Serklyaj-uşaqlıq boynu tikilməsi əməliyyatımızı icra edirik.

Serklyaj əməliyyatının növləri:

⦁    Tikişlərin uşaqlıq boynunun xarici hissəsindən qoyulması;
⦁    Uşaqlıq boynunun xüsusi lentə sarılması və tikişlərin qoyulması;
⦁    Uşaqlıq boynunda kiçik kəsik açılması və sonradan lent və tikişlərin qoyulması.
İstmiko-servikal çatışmazlıq hamiləliyin son aylarında aşkar olunarsa, amnion (rüşeym qatı) uşaqlıq boynundan kənara çıxmağa başlayacaq. Bu zaman uşaqlıq boynuna kateter yerləşdirilir, kateterin ucunda kisə şişirdilir. Bu kisə amnionu yerində saxlayır. Bundan sonra servikal serklyaj tətbiq olunur.

Uşaqlıq boynunun serklyajı aşağıdaki hallarda tətbiq olunur:

⦁    İstmiko-servikal çatışmazlıq;
⦁    Uşaqlığın anomaliyalarıyla və ya uşaqlıq boynunun zədələnməsiylə bağlı vaxtından əvvəl doğuş və ya uşaq düşmə halları baş verəndə. Zədələnmiş uşaqlıq boynunun əzələləri zəifləyir və hamiləlik boyu yığılmır;
⦁    Xanımın əvvəlki doğuşları sancılarsız keçib. Bu uşaqlıq boynunun əzələlərinin zəifliyi ilə əlaqəli ola bilər.
Bilməniz faydalıdır
⦁    Vaginal qanaxma, uşaqlığın yığılması və amnion qatının cırılması zamanı tətbiq olunmur;
⦁    Doğuşdan öncə tikişlər sökülməlidir;
⦁    Doğuşun qeysəriyyə əməliyyatıyla tətbiq olunmasına ehtiyac yarana bilər.

Servikal serklyajdan sonra ağırlaşmalar çox nadir hallarda baş verir. 
Ağırlaşmalara aşağıdakılar aiddir


⦁    İltihablaşma;
⦁    Əməliyyat zamanı uşaqlıq boynunun zədələnməsi;
⦁    Qan itkisi;
⦁    Amnion qatının vaxtından əvvəl cırılması;
⦁    Servikal stenoz - serviksiın daim daralması və ya bağlanması;
⦁    Uşaqlığın cırılması.

Əməliyyat sonrası dövr


Bərpa müddəti tətbiq olunan serklyaj əməliyyatının növündən asılıdır. Prosedurdan sonra, iltihablaşmanın qarşısını almaq məqsədiylə sizə antibiotik təyin oluna bilər. Serklyaj əməliyyatından sonra cinsi əlaqə tövsiyyə olunmur.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.