Stress sidik saxlamazlığı qarın boşluğunda təzyiqin artmasıyla sidik kisəsinin sıxılması və sidiyin axmasıyla xarakterizə olunur.
Sidik kisəsinə bu təzyiqi öskürək, gülmək, asqırmaq və fiziki fəaliyyət (qaçış, tullanma,əyilmə) yaradır. Sidiyin axmasının əsas səbəbi sidik kanalının altındakı toxumaların və çanaq dibi əzələlərinin zəifləməsidir, hansılar ki, artan təzyiqə dözə bilmirlər.
Xəstəliyin səbəbləri:
⦁ Uşaqlıq yolu divarlarının sallanması;
⦁ Cinsiyyət hormonlarının ifrazatının pozulması;
⦁ Xroniki xəstəliklər (mübadilə proseslərinin, qan dövranının pozulması ilə müşayiət olunan);
⦁ Çanaq dibinin doğuş və travmalardan sonra zədələnmələri;
⦁ Birləşdirici toxuma strukturlarının çatışmazlığı.
Qadınlarda stress sidik qaçırma olduqda, əməliyyat seçim üsuludur. Müdaxilənin çətinliyinə görə bir neçə cərrahi manipulyasiyalar mövcuddur. Bu və ya digər əməliyyatın seçimi xəstəliyin mərhələsindən, qadının sidik kisəsinin quruluşundan asılıdır.
Sidik qaçırmanın TOT sling əməliyyatı ilə müalicəsi
İmplantın istifadəsi ilə tətbiq olunan əsas əməliyyat növlərindən biri TOT sling əməliyyatıdır.
Əməliyyata göstərişlər:
⦁ Stress sidik saxlamazlığı.
Əməliyyata əks-göstərişlər:
⦁ Qan laxtalanmasının pozulması;
⦁ Somatik xəstəliklər (hipertoniya, qeyri-stabil stenokardiya, ağır keçən şəkərli diabet, kəskin anemiya).
Əməliyyat öncəsi müayinələr:
⦁ Kolposkopiya;
⦁ Kiçik çanaq orqanlarının USM müayinəsi;
⦁ Ayaq damarlarının ultrasəs müayinəsi;
⦁ Bakterioloji yaxma, servikal kanaldan əkmə üçün yaxmanın alınması;
⦁ Uşaqlıq boynundan onkositologiya;
⦁ Sidiyin ümumi analizi;
⦁ Qanın ümumi analizi və retikulositlər;
⦁ Elektrokardioqramma;
⦁ Hepatit B,C, HİV və sifilis analizləri;
⦁ Qanın biokimyəvi analizləri;
⦁ Koaquloqramma;
⦁ Qan qrupu və rezus faktor və s.
Anesteziya
Bu tip əməliyyatlar spinal və ya endotraxeal anesteziya altında icra olunur. Anesteziya üsulu cərrahla anestezioloqun məsləhətləşməsi nəticəsində seçilir, təbii ki, xəstənin istəyi də nəzərə alınır.
Əməliyyatın gedişatı
Müdaxilənin mahiyyəti olduqca sadədir: sidik kanalının altına xüsusi insan toxumasına biouyğun tor yerləşdirilir. Bu ilgək sidik kanalını fizioloji vəziyyətdə saxlayır, qarındaxili təzyiq artdıqda sidiyin axmasına mane olur.
Bu torun yeridilməsi üçün uşaqlıq yolunun ön divarında kəsik aparılır və qasıq qatlarında 2 kəsik icra olunur, onlar kosmetik deffekt yaratmır. Vaxt keçdikcə, tor birləşdirici toxumayla örtülür və sidik kanalını möhkəm saxlayır.
Əməliyyatdan sonra
Xəstə əməliyyatdan 1 gün sonra evə yola salınır. 15 gün sonra həkim təkrar müayinəyə çağıra bilər. Müdaxilədən sonra bədəndə heç bir iz qalmır.
⦁ Bərpa müddəti 10-14 gün təşkil edir;
⦁ Əməliyyatdan sonra 1-1.5 ay ərzində idmanla məşqul olmaq olmaz;
⦁ 1,5 -2 ay ərzində cinsi əlaqədən uzaq durmaq lazımdır;
⦁ 3-4 həftə ərzində isti vanna qəbul etmək, saunaya getmək qadağandır.