Səhifə yüklənir...

 

Ana SəhifəVaginal üsulla aparılan əməliyyatlar

Vaginal üsulla aparılan əməliyyatlarUşaqlığın vaginal üsulla çıxarılması

Uşaqlığın vaginal üsulla çıxarılması
Uşaqlığın vaginal üsulla çıxarılması – mürəkkəb ginekoloji əməliyyatdır, hansı ki, yalnız xanımın həyatını çətinləşdirən ciddi göstərişlər zamanı tətbiq olunur. Bunlara cinsiyyət orqanlarının xəstəlikləri aiddir. 
Abdomnal cərrahi üsullarla müqaisədə uşaqlığın vaginal üsulla çıxarılması minimal invaziv vasitə sayılır. Onun bir sıra üstünlükləri var:

  • ·Qarının ön hissəsində çapıqların olmaması;
  • ·Prosedurdan sonra qısa bərpa müddəti;
  • ·Minimal cərrahi müdaxilə.
Əməliyyata göstərişlər
  • ·Cinsiyyət orqanlarının sallanması/düşməsi;
  • ·Endometrioz;
  • ·Adenomioz;
  • ·Yumurtalıqların, uşaqlığın və uşaqlıq boynunun xərçəngi;
  • ·Iri düyünlərlə, yan orqanlara təzyiqi ilə, uşaqlıqdaxili qanaxmalarla xarakterizə olunan fibromalar;
  • ·Geniş nekrotik törəmələr;
  • ·Menstrual siklin ciddi pozuntuları;
  • ·Dismenoreya;
  • ·Çanaq orqanlarında ağır iltihabi proseslər.
Hər bir halda əməliyyata ehtiyac olduğu barədə yalnız həkim qərar verir.
Əməliyyata əks-göstərişlər
Mütləq əks göstərişlər
  • ·Müxtəlif lokalizasiyalı  kəskin iltihabi proseslər (əks göstəriş kimi hətta qripi və soyuqdəymənidə hesab etmək olar);
  • ·Qarın divarında laparotomiya;
  • ·Qarın boşluğunda bitişmələrin olması;
  • ·Zəif hərəkətli uşaqlıq boynu.
Nisbi əks-göstərişlər
  • ·Trombların əmələ gəlməsinə meyillilik;
  • ·Uşaqlığın iri ölçüləri;
  • ·Antiseptik dərmanlara qarşı dözümsüzlük;
  • ·Əməliyyatdan sonra ağırlaşma riskini artıran xəstəliklərin olması.
Mümkün olacaq əks-göstərişləri və ağırlaşmaları istisna etmək üçün, əməliyyat öncəsi ciddi hazırlıq lazımdır. Pasientlərə EKQ edilir və bütün kliniki-biokimyəvi müayinələrdən keçirilir. Həkim geniş kolposkopiya tətbiq edir, uşaqlığın ölçüsünü və uşaqlıq boynunun hərəkətini müəyyənləşdirir. Mütləq qaydada sitoloji müayinə aparılır, zohrəvi xəstəliklərin təyini üçün qanın və yaxmanın analizləri edilir.
Ehtiyac yarandıqda, medikamentoz müalicə təyin olunur. Pasientə spazmolitiklər, venotoniklər təyin oluna bilər.
Əməliyyatın uğurlu nəticəsi uşaqlığın çıxarılmasına düzgün hazırlaşmadan asılıdır.

Əməliyyatın keçirilmə qaydası
Ginekologiyada bir neçə vaginal histerektomiya növləri var. Hər pasientə uyğun, göstərişlərə əsasən fərdi əməliyyat üsulu seçilir. Əməliyyat vaxtı uşaqlıq vaginal yolla kəsilib çıxardılır. Əsas göstərişlərdən: mioma (adonimozla birlikdə), uşaqlıq boynunun patoloji dəyişiklikləri, kiçik çanaq orqanlarının sallanması, bədxassəli şişlər (ilkin mərhələdə).
Uşaqlığın vaginal yolla çıxarılması laparoskop köməyi ilə də aparıla bilər, xüsusən anamnezində qarın bo.luğu əməliyyatı keçirmiş xəstələrdə əməliyyat zamanı müdaxilənin yüksək dəqiqliyini və təhlükəsizliyini təmin edir. 
Keyfiyyətli əməliyyat öncəsi müayinə və peşəkar yolla tətbiq olunan vaginal cərrahiyyə ilə mümkün ola biləcək ağırlaşmalar istisna edilir və ya minimuma endirilir.

Bərpa müddəti
Uşaqlığın çıxarılmasından sonra bərpa müddəti abdominal cərrahi müdaxiləyə nisbətən az vaxt alır. Anesteziyadan bir neçə saat sonra xəstə özünə gəlir, normal həyata isə bir neçə günə qayıdır. 
Radikal histerektomiyadan sonra reproduktiv yaşda qadınlara əvəzedici hormonal terapiya kursu təyin oluna bilər, bu da cinsi həyatın yaxşılaşdırılmasına kömək edir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.