Qadınların çoxu çanaq əzələlərinə lazımi qədər diqqət yetirmir. Baxmayaraq ki, bu əzələlər qadınlar üçün çox əhəmiyyətlidir – onlar uşaqlığı düzgün mövqedə fiksasiya edir, onun sallanmasına imkan yaratmır.
Uşaqlığın sallanması, onun yalnış mövqedə olmasından xəbər verir, yəni uşaqlıq dibinin və boynunun anatomik xəttən aşağı olmasından. Bu ,çanaq dibi əzələlərinin və uşaqlıq bağlarının zəifləməsi nəticəsində baş verir.
Uşaqlıq sallanmasının səbəbləri:
⦁ Doğuş travmaları, cinsiyyət orqanlarında cərrahi əməliyyatlar nəticəsində çanaq dibi əzələlərinin zədələnməsi, aralığın cırılması;
⦁ Sidik-cinsiyyət sisteminin innervasiyasının pozulması;
⦁ Təbii menopauza zamanı və ya cərrahi menopauzadan sonra estrogenlərin çatışmazlığı;
⦁ Birləşdirici toxumaların displastik prosesləri;
⦁ İri uşağın doğulması;
⦁ Uzunmüddətli və çoxsaylı doğuşlar, ağır travmatik doğuşlar;
⦁ Kökəlmə;
⦁ Xroniki respirator xəstəliklər.
Xəstəlik nə ilə təhlükəlidir
Anatomik diskomfort – uşaqlıq sallanması zamanı yaranan yeganə şikayət deyil. Xəstəliyin ilkin mərhələlərində uşaqlığın sallanması uzunmüddətli ağrılarla, qarının aşağı nahiyəsinə, belə təzyiqlə, uşaqlıq yolunda yad cismin olması hissləriylə, ağrılı cinsi əlaqəylə, uşaqlıq yolundan qanlı ifrazatlarla müşayət oluna bilər. Mentrsual siklin müddəti uzanır, sikl daha ağrılı keçir.
Daha sonra uroloji problemlər qoşulur: sidik ifrazatının çətinləşməsi və tezləşməsi, qalıq sidiyin ifrazat orqanlarında qalması, hansı ki, sonradan iltihabi xəstəliklərə səbəb ola bilər. Sidik qaçırma problemləri yarana bilər.
Həmçinin defekasiyayla da problemlər yaranır, qəbz halları, nəcis qaçırma, kolitlər və s.
Uşaqlıq sallanması olan xəstələrdə - əksər hallarda varikoz xəstəliyi aşkarlanır (kiçik çanaq damarlarının varikoz genişlənməsi), hansıki ağrıları artırır.
Xəstəliyin diaqnostikası
Xəstəliyi kliniki göstərişlərinə əsasən aşkar etmək olur.
1-ci dərəcə - uşaqlığın sallanması. Servikal kanala giriş normal yerləşməsindən aşağıdadır, eyni zamanda hətta güc verməklə cinsiyyət dəliyindən xaricə çıxmır.
2-ci dərəcə - uşaqlığın natamam sallanması (prolapsı). Uşaqlığın bir hissəsi cinsiyyət dəliyindən xaricə çıxır (güc vermə və hətta adi hallarda).
3-cü dərəcə - uşaqlığın tam düşməsi. Uşaqlıq tamamilə cinsiyyət dəliyindən xaricə çıxır həm adi, həmdə yüngül gücvermə,asqırma, öskürmə zamanı. Uşaqlıq öz-özünə əvvəlki mövqeyinə qayıtmır.
Qeyd etməliyik ki, özlüyündə uşaqlığın sallanması mümkün deyil. Bir qayda olaraq, ondan öncə uşaqlıq yolunun sallanması və düşməsi baş verir. Vaginal prolaps qismən (uşaqlıq yolunun ön və ya arxa divarı sallanır) və ya tam ola bilər. Bu da öz növbəsində, sidik kisənin arxa divarının sallanması (vezikosele) və ya düz bağırsağın ön divarının (rektosel) sallanmasıyla əlaqəlidir.
Prolapsus (uşaqlıq yolunun sallanması) zamanı tətbiq olunan əməliyyat növləri
Uşaqlıq yolunun sallanması zamanı əməliyyat cinsiyyət orqanlarının divarlarının keyfiyyətli fiksasiyası və mövcüd olan funksional dəyişikliklərini aradan qaldırmaq məqsədilə aparılır.
Uşaqlıq yolunun sallanması zamanı tətbiq olunan əməliyyatlara görə xanımların narahatlığına ehtiyac yoxdur. Istifadə olunan öndəgedən texnologiyalar əməliyyatı maksimal dərəcədə effektiv edir və residivlərin riskini aşağı salır.
Əməliyyat olduqca sadədir, bütün manipulyasiyalar transvaginal üsulla aparılır. Cərrah uşaqlıq yolunun selikli qişasının bir hissəsini kəsir və əldə olunan dəlik vasitəsilə çanaq dibi əzələlərinə yol açır. Xüsusi saplarla bu əzələlər normal vəziyyətə qaytarılır, bundan sonra, həkim selikli qişanı bərpa edir. Əməliyyat olduqca tez bir zamanda bitir və qısa reabilitasiya müddətiylə seçilir (7-10 gün). Qadının əsas narahatlığı 15 gün düz oturmaq qadağasıdır.
Perineolevatoroplastika – illərin sınağından keçmiş əməliyyat növüdür, rektoselin, sistoselin müalicəsinə yönləndirilib və uşaqlıq boynu sallanmasının qarşısını alır. Lakin, bu əməliyyat ilkin mərhələlərdə (əzələlər öz yığılma funksiyalarını itirmədiyi halda) təsir göstərir.
Kolporrafiyya – uşaqlıq yolunun ön, arxa və yan divarlarının tikilməsi əməliyyatı.
Lefora-Neugebauer əməliyyatı – intim əlaqəni planlaşdırmayan xanımlar üçün tətbiq olunur, uşaqlığın ön və arxa divarlarının tikilməsi.
Həmçinin uşaqlıq yolunun və ya uşaqlığın çanaq divarina fiksasiyası tətbiq olunur, uşaqlıq bağlarının qısaldılması və digər cərrahi müdaxilələr.
Uşaqlıq yolunun düşməsi və uşaqlığın sallanması zamanı daha effektiv üsul çanaq dibini möhkəmləndirən xüsusi torlardan istifadədir. Müalicənin üsulundan asılı olaraq tor bioloji və ya sintetik maddədən hazırlana bilər. Torlar öz aralarında da ölçü və strukturuna görə fərqlənir.
Torların quraşdırılması zamanı əməliyyat ümumi və ya spinal anesteziya altında icra olunur. Cərrah uşaqlıq yolunda kəsik aparır, və kəsik vasitəsilə tor yerləşdirir. Tikişlərlə o selikli qişanın altına bərkidilir və tezliklə toxumalara birləşir. Əməliyyatın nəticəsi vizual olaraq görünmür, qadının özü isə toru bədəndə hiss etmir. Bu torlar xəstəliyin residivinin qarşısını alır. Torlarla uşaqlıq sallanmasının qarşısını alan əməliyyatlar qısa və rahat keçən reabilitasiya müddətiylə seçilir.
Əməliyyatdan sonra
Uşaqlıq sallanmasının əməliyyatı icra olunandan sonra pasient 1-2 həftəyə iş fəaliyyətinə qayıda bilər. Reabilitasiya dövründə həkimin tövsiyyələrinə riayət etmək lazımdır. Əməliyyatdan sonra 1.5 ay ərzində ağırlıq qaldırmaq ,fiziki fəaliyyətlə məşqul olmaq olmaz