Daha bir zəruri və effektli əməliyyat gerçəkləşdirdik. Bu dəfəki əməliyyatımızda tanınmış iş xanımı Ruhi Əliyeva da iştirak etdi. Pasiyentimiz reproduktiv yaş dövründə olan cavan bir xanımdır. Xəstəmiz daha öncə qanamalardan əziyyət çəkib. Amma bununla bağlı həkimə müraciət etməyib. Son iki ayda isə bu qanaxmalar intensivləşib. Buna da səbəb pasiyentimizin həm polipdən, həm də endometriya qalaınlığından əziyyət çəkməsidir. Bu problemə vaxtında müdaxilə edilməzsə, gələcəkdə bədxassəli şişə çevrilə bilər. Bu üzdən də biz histereskopiya əməliyyatını həyata keçirdik. Qeyd edim ki, bu problemin histeroskopik üsulla aradan qaldırılmasının bir çox üstünlükləri var. Bu üsul uşaqlıq boşluğu və onun daxili səthinə baxmağa imkan verir, minimal invaziv vizual xarakter daşıyır. Polip qanamasız, kökündən tamamən yandırılaraq götürülür. Eyni zamanda endometriya qalınlaşması aradan qaldırılır. Daha öncəki metodlarda belə problemi olan qadınlar təkrar-təkrar qaşınma, kültaj olunmaq məcburiyyətində qalırdılar. Çünki həmin müdaxilələrdə problem tam aradan qalxmırdı. Amma endoskopik metod isə pasiyentin rahat və problemsiz problemləri aradan qaldırmasına imkan verir.