Pasiyentim – Bu gün çox sevdiyim insan, iş xanımı Ruhi Əliyeva ilə birgə pasiyentlərimdən birinin ultrasəs müayinəsini gerçəkləşdirdim. Müayinə tdiyim Arzu qızımızın ikinci hamiləliyidir. Birinci övladı Tunar da bizim əlimizdə dünyaya gəlib. Amma Tunardan sonra pasiyntimiz uzun müddətdir ki, hamilə qalmırdı. Yumurtalıqlarında polikistik sindrom müşahidə olunmuşdu. Biz bu ona yumurtalıqları stimulyasiya edən müalicə yazdıq. Bu müalicədən sonra, növbəti ayda qızımız hamilə qaldı. Hazırda 11 həftə iki günlük hamilədir. Çox şükür, döl sağlam, dinamikdir. İnşallah, növbəti dəfə hamiləliyin 17 –ci həftəsində antenatal skrininq , yəni iri qüsurların müayinəsini aparacağıq. 22-23 həftəsində isə doppler və ayrıntılı UZİ müayinəni gerçəkləşdirəcəyik.