Bu gün Ruhi xanımın iştirakı ilə daha bir əməliyyatı gerçəkləşdirdik. Bu dəfəki əməliyyatımız vaginaplastika, daha dəqiq desək, uşaqlıq yolunun daraldırlmasıdır. Keçirilən doğuşlara bağlı uşaqlıq yolunda yaranan deformasiyalar, genişlənmələr bu əməliyyat zamanı aradan qalxır. Həm uşaqlıq yolu darlaşdırılır, həm də sallanmalar aradan qaldırılır. Qeyd edək ki, bu əməliyyat hal-hazırda ən çox təlabat olan cərrahi müdaxilələrdən biridir. Çünki bu əməliyyat olduqca əhəmiyyətlidir. Çünki qadınlarda doğuşlardan sonra bir çox travmalar yaranır. Ağır fiziki yük, ən azından övladını 3 yaşadək qucağında gəzdirmənin özü belə sallanmalara gətirib çıxarır. Bəzən elə xanımlar görürük ki, orqanlar ümumiyyətlə çöldə sallanmış vəziyyətdədir. Onlar çox zaman özlərini bu şəkildə yaşamağa məhkum edirlər. Yaxud da gələndə artıq çox gec olur. Bu səbəbdən də vaxtında həkimə müraciət edib problem aradan qaldırmaq vacibdir.