Səhifə yüklənir...

 

Ana SəhifəƏməliyyatxana 18+

Əməliyyatxana 18+Histeroskopiya əməliyyatı

Bu gün əməliyyat etdiyimiz xanım klimaks mərhləsindədir. Endometriya qalınlaşmasından əziyyət çəkir.  Öncə onu deyim ki, endometriya qalınlaşması həm reproduktiv, həm də klimaks mərhələsində rast gəlinə bilən bir problemdir. Lakin aybaşıdan kəsilmiş xanımlarda buna daha çox diqqət eləmək lazımdır. Çünki bu tip patologiyalar əksər hallarda endometriya xərçənginə gətirib çıxarır. Bunun üçün də ilk olaraq dəqiq diaqnoz qoyulmalı və doğru müayinə taktikası seçilməlidir. Burda əsas məsələ endometriya qalınlaşmasının hansı növ olduğunu aşkarlamaqdır. Elə bu məqsədlə də biz bu gün diaqnostik və operativ histeroskopiya əməliyyatını həyata keçiririk. Bu əməliyyatla biz həm diqnozu dəqiqləşdiririk, həm də qalınlaşmanı aradan qaldırırırq. Əməliyyat zamanı diqanostik müayinədən sonra biz endometriyanın daxili qatını dibdən kəsib götürürük. Bəs, endometrektomiyanın üstünlüyü nədədir? Əvvəllər bu problemi dəf etmək üçün keçirilən klassik əməliyyatlarda qaşımaya, küretaja üstünlük verirdilər. Küretaj zamanı da endometriyanın səthi hüceyrələri götürülürdü. Bu da patohistologiyanın cavabının yanlış olmasına gətirib çıxarır. Tutaq ki, cavab çıxa bilər ki, atipik dəyişiklik  yoxdur. Halbuki, dərin qatlarda artıq dəyişiklik yaranıb. Amma bu əməliyyat zamanı biz endometriyanı tam dərin qatdan kəsib götürürük. Potahistoloji müayinəyə tam qatı göndəririk. Nəticədə də doğru cavab əldə olunur. Biz də bu cavabla əməliyyatdan sonra xəstəliyi dəqiq izləyə, müalicənin tam aparılıb-aparılmaması, daha bir taktiki müalicəyə ehtiyac olub-olmadığını təyin edə bilirik. Bu əməliyyat 5-10 dəqiqə çəkir. Əməliyyatdan 2-3 saat sonra xəstə stasionar müalicəyə keçirilir və rahat şəkildə evinə dönə bilir. Heç bir ağrı, narahatlıq qalmır və əlavə dərman preparatlarına ehtiyac duyulmur. Eyni zamanda xəstə əmək qabiliyyətini aktivliyini tam bərpa edə bilir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: Yəhya Bakuvi 48 Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: Yəhya Bakuvi 48 Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.