Əməliyyat etdiyimiz xanım klimaks mərhələsindədir. Pasientimiz uşaqlıq yolundan periodik olaraq qanlı ifrazatın gəlməsindən bizə şikayət etmişdi.
Ultrasəs müayinəsində uşaqlıq boşluğunda inkşaf edən polip aşkar olundu. Qansız və ağrısız şəkildə keçirilən əməliyyat 5 dəqiqə çəkir.
Historoskop sayəsində biz vizual olaraq uşaqlığın daxilini dəyərləndirir, orda xərçəngönü prossesin başlanmasına qərar verir və problemi kökündən həll edirik. Bu da ən vacib məsələlərdən biridir. Keçirdiyimiz əməliyyat nəticəsində poliplər götürüldü və qalınlaşmış endometriya qatı tam aradan qaldırıldı.
Əziz xanımlar, sağlamlığınıza dəyər verin və mütəxəssislərə vaxtında müraciət edin ki, gələcəkdə daha ciddi problemlər ilə qarşılaşmayasınız.