Bu anlar mənim üçün çox kövrək və məsulliyyətli anlardır,çünki şəhid qardaşımızın xatirəsi dünyaya gəlir.
Kiçik çavuş Elşad Məmmədov Tovuz rayonunun Ağdam kəndində dünyaya göz açıb. Tovuz uğrunda gedən döyüşlərdə 24 yaşında qəhramancasına şəhid olub. İndi isə onun balası dünyaya gəlir.
Təəssüf o ki səbirsizliklə gözlədiyi körpəsini qucağına ala bilmədi. Mən çox xoşbəxtəm ki, bu əməliyyat məhz mənə etibar olundu. Hamiləlik riskli olsa da əməliyyatı uğurla başa çatdırdıq. Çünki biz şəhid qardaşımızın xatirəsini mütləq yaşatmalı, sağlam dünyaya gətirməli idik. Bu gözəl işə Rusiyalı həmyerlimiz professor İlham Rəhimov və xeyyriyəçi xanım Ruhi Əliyevanın da qatqıları böyük olub.
Bir qəhramanımızı itirdik, lakin onun yerinə yeni bir igidimiz dünyaya gəldi. Bu ailədə körpənin dünyaya gəlməsinə vəsilə olduq deyə necə sevincli olduğumu sözlərlə ifadə etmək olmaz. Atan kimi Vətənə layiqli övlad ol, xoşbəxt və sağlam böyü, balaca!