Səhifə yüklənir...

 

Ana SəhifəHəkim məsləhəti

Həkim məsləhətiTV8 kanalına müsahibəm I Ginekoloji əməliyyatlar, hamiləlik, doğuş haqqında geniş məlumat

Əzizlərim, İşlərimizlə səsimizi dünyaya çatdırmağa davam edirik. 15 illik zəngin təcrübəmdən, gördüyümüz işlərdən Acun medyanın TV8 kanalına danışdım. Mən qürur duyuram ki, bugün Fransadakı iş təcrübəmi Azərbaycanda davam etdirirəm. Orda işləyəndə də ürəyim elə vətənlə döyünürdü ki, gəlim burda çarə olum. İzah edim ki, sonsuzluq xəstəlik deyil, hər şeyin həlli var. Müayinəyə gəlin, vaxtında sağlamlığınızın qeydinə qalın, özünüzü qoruyun. Ginekoloqunuzla dost olun, o Sizi daimi izləməlidir. Bəzən elə məqamlar olur ki, düşünürük ki, ancaq uşaq dünyaya gətirəndə gedərəm. İnanın ki, elə deyil. ♥Ailə qurmazdan əvvəl də yoxlanmaq lazımdır, ildə 2 dəfə müayinədən keçmək lazımdı. ♥Uşaq planlayanda ginekoloq müayinəsindən keçmək lazımdı. Bu o demək deyil ki, mütləq müalicə olmalıdır. Müayinə olunun, hər şey gözəldirsə nə əla! işdi hər hansı bir çətinliyimiz çıxsa, tez bilmiş olarıq. ♥ Bəzən qızlarımızda vaginizmə rast gəlirik. Cinsi yaxınlığa girə bilmirlər və utandıqları üçün ailələrinə demirlər. Sizin ginekoloqunuz həm də sirdaşınızdır, gəlin danışın, həll edək. Müalicəsi var bunun. ♥ Sonsuzluq.. İlahi, nə qədər xanım psixoloji gərginlik keçirir buna görə. Ailələr dağılır, söz-söhbət olur. Müalicəsi var, alternativ yolları var.. Süni mayalandırma üçün xaricə getmək lazım deyil. Öz ölkənizdə öz ginekoloqunuzun nəzarətində olmalısınız. ♥ Doğuş - Demək olar ki, hər gün dünyaya bir sevincin gəlməsinə vasitəçi oluram. Allaha çox şükür, hamısını sağ-salamat doğuşa çatdırmışıq, izləmişik, böyüməklərinə sevinmişik. ♥ Bir neçə doğuşdan sonra qarşı tərəflə cinsi yaxınlaşma azalır, hissiyat zəifləyir. Bütün xanımlara səslənirəm, estetik əməliyyat qorxulu və ağrılı deyil. Hər gün ilk günki kimi eyni duyğuları yaşamaq üçün kiçik estetik əməliyyat edə bilərsiniz. İnandırım Sizi ki, sonra həkimə gül-çiçəklə təşəkkürə gəlirlər ? ♥ Onkoloji xəstəliklərin bugün çoxalması hamısı vaxtında müayinənin olmamasından qaynaqlanır. Adi bir lazerla çıxarıla bilən miyomanın qalması vaxt keçdikcə daha ağır nəticələrə gətirə bilir. Mənim üçün hər bir xanımın sağlamlığı və sağlam övlad dünyaya gətirməsi xoşbəxtlikdir. Bir az uzun oldu, amma istədim Sizinlə bölüşüm? Sizin ginekoloqunuz - Phd. İlahə Quliyeva "TV8 kanalına müsahibəm I Ginekoloji əməliyyatlar, hamiləlik, doğuş haqqında geniş məlumat"

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.