Səhifə yüklənir...

 

Ana SəhifəHəkim məsləhəti

Həkim məsləhətiİnsanların 80 faizinin yoluxduğu bu virusdan necə qorunaq?

İPV (HPV – Human papillomavirus) geniş yayılmış və cinsi yolla yoluxan infeksiyanı (CYYİ) törədən virusdur. Bu virusun çox sayda müxtəlif tipləri var. Müəyyən növləri genital (cinsi) nahiyədə, ziyillərin və xərçəngin əmələ gəlməsi daxil olmaqla, bir sıra sağlamlıq problemləri yarada bilər. Bəs, bu virusa yoluxmamaq üçün nə etməliyik? Bir daha qeyd edim ki, HPV virusunun 100-dən çox genotipi var. Bu genotiplərin içərisində də yüksək onkogen ştamlar var. 16, 18, 31, 33, 39, 51, 45 – bunlar yüksək onkogen ştamlar sayılır. Bu ştamlarla yoluxma zamanı uşaqlıq boynu xərçənginin yaranma ehtimalı həddən artıq yüksəkdir. Daha dəqiq desəm, uşaqlıq boynu xərçənginin 80 faizi məhz bu ştamların üzərinə düşür. HPV virusuna yoluxmanın qarşısının alınmasına gəlincə, bunun üçün ən vacib üsul dördvalentli aşıdır. Cinsi həyata başlamamış qızlarda bu peyvənddən istifadə etmək məsləhətdir. Qeyd edim ki, dünyanın qabaqcıl ölkələrində artıq rutin olaraq 17-25 yaş arasında qızlarda bu cür peyvəndlər aparılır. Hətta Avstraliya və Kanadada cinsi həyata başlamamış oğlanlara da bu peyvəndlər tətbiq olunur. Düzdür, bu virus kişilərə problem yaratmır. Amma bu virus qadınlara kişilərdən keçdiyi üçün onlar da aşılanır. Virusdan qorunmaqda ikinci amli multipartnyorluqdur. Yəni partnyor sayı nə qədər çox olarsa, bu virusa yoluxma riski də o qədər yüksək olur. Bir məqamı da qeyd edim ki, cinsi yolla keçən digər infeksiyalarla müqayisədə HPV virusu yoluxma zamanı kondom mühüm rol oynamır. Yəni qoruyucular, prezervativlər bu virusa yoluxmanın qarşısını tam ala bilmir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.