Səhifə yüklənir...

 

Ana SəhifəMəqalələr

MəqalələrYumurtalığın kistası: profilaktikası, müalicəsi və onkoloji risk faktorları

Statistikaya görə 70% xanımlarda fərqli yaş dövrlərində ginekoloqlar müxtəlif etiologiyalı kista təyin edirlər.

“Yumurtalığın kistası” nədir? Nə cür müalicə olunmalıdır? Və “yumurtalığın kistası” diaqnozu qoyulan xanım nəyi bilməlidir?
 
Bu və digər sualları Fransada ixtisaslaşmış Cərrah Mama-Ginekoloq , tibb üzrə fəlsəfə doktoru  İlahə Quliyeva cavablandıracaq.

 “Yumurtalığın kistası” nədir? Hansı əlamətlər xanımları xəbərdar etməli və həkim-ginekoloqa nə vaxt müraciət etmək lazımdır?

Yumurtalığın kistası – yumurtalıqda yerləşən içərisi maye və ya sərt toxumalarla  dolmuş boşluqlardır.

“Kista” sözü yunan dilindən yaranıb: “kystis” - kisə deməkdir. İndiki zamanda “yumurtalığın kistası” diaqnozu bir çox xanimlarda rast gəlinir, bu şikayətlə bizə gündəlik müraciət edirlər.

Əksər hallarda yumurtalığın kistası diaqnozu kiçik çanaq və qarın boşluğu orqanlanrının ultrasəs müayinəsi zamanı aşkar edilir. Kistanı nəinki həkim-ginekoloqlar, həmçinin terapevtlər, cərrahlar, uroloqlar da aşkar edə bilərlər, hansılara ki xanımlar qarın nahiyyəsindəki ağrılarla müraciət edirlər. Bu ağrılar apendisiti və bağırsaq kolikasını yaradan ağrıları xatırladır.

Bilməyiniz vacibdir! Aşağıda qeyd olunan əlamətlər yumurtalığın kistasına xasdır:

⦁    Qarının aşağı nahiyəsində güclü ağrılar hiss edirsinizsə - tez bir zamanda həkimə müraciət edin – bu əlamətlər kistanın burulması, yırtılması zamanı yaranır.
⦁    Cinsi əlaqə zamanı və fiziki təzyiq zamanı yaranan ağrılarda yumurtalıq kistasının əlamətləri ola bilər.
⦁    Aybaşı siklinin pozulmasına (aybaşı gecikmələrinə, aybaşı sikli arası qanaxmalara) mütləq diqqət edin, onlar da yumurtalıq kistasının əlamətləri ola bilər.
⦁    Kista həmçinin sidik ifrazının pozulmasına səbəb olur.

Yumurtalığın kistaları nə ilə təhlükəlidir? Onları necə müalicə etmək olar?

Yumurtalığın kistalarını müalicə etməzdən əvvəl onun yaranma səbəbini araşdırmaq lazımdır. Adətən ginekoloqlar USM müayinəsi ilə  diaqnoz qoyurlar. Həmçinin, kistanın etiologiyasını araşdırmaq üçün ginekoloq pasienti əlavə müayinələrə yönəldə bilər – onkomarkerlərin analizi, MRT diaqnostika və s.

Bu günkü gün kistaların 2 əsas növünü qeyd edirik: həqiqi və funskional kistalar- hansılar ki hormonal pozuntular zamanı yaranır.

Funksional kistanı aşkar etdikdə ona müəyyən müalicə təyin edilir, həmçinin aybaşı bitdikdən sonra təkrar müayinə edilir. Ən çox rast gəlinən funksional kista “sarı cism kistasıdır”, hansı ki ovulyasiyadan sonra əmələ gəlir və müalicə olunmadan geri sorulur. Həmçinin funksional kistanın növlərindən follikulyar kistanı ayırd etmək olar – bu kistalar aybaşı bitdikdən sonra öz-özünə geriyə sorulurlar.


Həqiqi kistalar - mütləq müalicə tələb edir, çünki orqanizmə ciddi ziyan verə bilər.

Həqiqi kistalar ağrılar verir, burulma, yırtılma, böyümə və bədxassəli şişə çevrilmə ehtimalı var.

Həqiqi kistaların aşağıdakı ən çox rast gəlinən növləri var:

⦁    Endometroid kista - vaxtında müalicə olunmadıqda sonsuzluqa səbəb olur. Yumurtalıqda yerləşir. Aybaşı zamanı, endometrium hüceyrələri menstrual qan ifraz edir, hansı ki kistanın daxilində toplanır. Bu səbəbdən kista hər aybaşı zamanı böyüyür və sağlam toxumaları “sıxmağa” başlayır, bu da follikulların yox olmasına və sonsuzluğa gətirib çixardır.Həmçinin endometroid kistanın ən ciddi fəsadlarından biri onun yırtılmasıdır. Bu zaman kistanın tərkibindəki maye (endometrium hüceyrələri) kiçik çanaq və qarın boşluquna yayılır və xarici endometrioz xəstəliyini yaradır, hansıkı daimi ağrılara səbəb olur, müalicəyə çətin tabe olur və sonsuzluqa gətirib çıxardır. Bu səbəbdən belə kistaları təcili surətdə əməliyyat edib, ciddi fəsadların qarşısını almaq lazımdır. Bu kistaları əməliyyat etdikdən sonra xanımlara tez bir zamanda hamilə qalmaqa tövsiyyə edirik.

⦁    Sistadenoma - yumurtalığın həqiqi kistası. Növləri: Seroz və musinoz sistadenoma. Bədxassəli şişə çevrilmə ehtimalı yüksək olduğundan cərrahi yolla götürülməyi məsləhətlidir.

⦁    Dermoid kista - yaranarkən (hələ bətndaxili inkişaf zamanı) tərkibində orqanizmin istənilən toxumasına təkan verən kök hüceyrələri var (döllənmə elementləri daşıyır). Bu kistaların tərkibində qalın kapsulla əhatə olunmuş qatı mayedə diş, tük, sümük fragmentləri, piy toxumaları aşkar edilir . Bu kistalar zəif, lakin daima boyüyür. Olçüləri böyüdükdə qonşu oraqanları sıxır və bel nahiyəsində ağrılar yaradır. 

Yumurtalıq kistasının cərrahi yolla çıxarılması necə baş verir?

Kistanın laparoskopik əməliyyatla çıxarılması

Bü gün endoskopik müalicə  - laparoskopik əməliyyat keçirmək üçün hər bir şərait var.

Göbək nahiyyəsində bir dəlik açılır. Əməliyyat ümumi anesteziya altında 30 deq - 1 saata kimi davam edir, əməliyyat zamanı yalnız kistanın kapsulası çıxarılır, yumurtalığa toxunulmur. Sonra, müalicə təyin etmək üçün çixarılmış kistanın etiologiyası araşdırılır. Kista əməliyyatından sonra xanimlar özlərini çox yaxşı hiss edirlər. Əməliyyatdan bir neçə saat sonra ayağa qalxmaqa icazə verilir. Əməliyyatdan sonrakı gün gündəlik fəaliyyətə qayıtmaq olar.

Kistaların formalaşmasının qarşısını almaq üçün profilaktik tədbirlər varmı? Yenidən yaranma bilərmi?

Qarnın aşağı nahiyəsində güclü ağrılar olduqda, aybaşı siklinin pozulması zamanı xanımlar vaxtında mütəxəssislərə müraciət etməlidilər. Həmçinin ildə 1 dəfə tibbi müayinədən keçmək lazımdır: qəbul zamanı həkim-ginekoloq kiçik çanaq orqanlarının, süd vəzinin USM müayinəsini edir, qan analizləri, yaxma götürürür, vacib olduqu halda cinsi yolla keçən gizli infeksiyaları və qanda onkomarkerləri müayinə edir.

Kistaların yenidən yaranma riski çox yüksəkdir. Yalniz vaxtinda müayinə və orqanizmə diqqətlə yanaşma xəstəliyin qarşısını almağa kömək edir.

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: (+994) 50 205 35 30

E-mail: [email protected]

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt SMM-SEO.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.