شارع يحيى باكوفي 24A، باكو، أذربيجان الإثنين – السبت · 09:00 - 17:00 +994 50 365 80 90
د. إلاهة قولييفاطبيبة نسائية وتوليد · جراحة · دكتوراه احجزي موعدًا
مقالات

الفرزجات النسائية (الحلقات)

ترجمة هذه الصفحة قيد الإعداد؛ النص حاليًا باللغة الأذربيجانية.

الفرزجات النسائية (الحلقات)
Pessari uşaqlıq yoluna yerləşdirilən xüsusi rezin halqadır. Bu halqa uşaqlığın və uşaqlıq boynunun aşağı nahiyyəsinə təsiri azaldır və bununla da vaxtından əvvəl doğuşun qarşısını alır. Pessarilərin bir çox növləri var (bərk və yumşaq halqalar, hansılar ki, ölçülərinə görə fərqlənir).

Hər bir xanımın fərdi xüsusiyyətlərinə görə onlar üçün uyğun pessari növü seçilir və pessarı yerləşdiriləndən sonra hansı qaydalara riayət edəcəyiniz barədə geniş məlumat verilir. Belə yanaşma hamilə qadınlarımıza sağlam körpə dünyaya gətirməyə və cinsiyyət orqanlarının iltihabi prosesləri ilə qarşılaşmamağa imkan yaradır.

Pessarilərin qoyulması üçün göstərişlər

Pessarilər hamiləliyin 16-cı həftəsindən sonra aşağıdakı hallarda qoyulur:

⦁    Servikometriyaya əsasən uşaqlıq boynunun uzunluğu 25 mm-dən az olduğu zaman 
⦁    Vaginal müayinə zamanı aşkarlanan uşaqlıq boynunun yumşalması və qısalması;
⦁    Uşaqlıq boynunda dairəvi tikişin-Serklyajın  çatışmazlığında.

Hazırlıq mərhələsi

Pessarilər uşaqlıq yolunda və uşaqlıq boynunda iltihabi proseslərin olmadığı halda qoyulur. Bunun  təsdiqi üçün aşağıdaki analizləri vermək lazımdır:

⦁    Vaginanın və uşaqlıq boynunun florasının yaxması;
⦁    Vaginal və servikal ifrazatların bakterioloji analizi;
Bundan əlavə, pessarini yerləşdirməzdən əvvəl, diqqət edilməlidir ki, hamiləliyə təhlükə yaradan əlamətlər olmasın (uşaqlığın hipertonusu və qanlı ifrazat). Bu səbəbdənpessari bu ağırlaşmalar aradan qaldırıldıkdan sonra yerləşdirilir. Həmçinin, amniotik mayenin miqdarı artdıqda halqa ehtiyyatla yerləşdirilir. 

Pessarinin yerləşdirilməsi

Pessarini yerləşdirməzdən öncə sidik kisəsi və bağırsaq boşaldılmalıdır Bu proseduru daha rahat və tez həyata keçirməyə kömək edir.

⦁    Qadın ginekoloji masaya oturur;
⦁    Ginekoloji kontrol baxış keçirilir;
⦁    Pessari vazelinlə yağlanır, sonra həkim onu tədricən uşaqlıq yoluna yerləşdirir.Bu ağrısız prosedurdur, qadınlar yalnız aralığa və düz bağırsaqa təzyiqi hiss edir.
⦁    Pessarini yerləşdirəndən sonra ginekoloq onun mövqeyini korreksiya edir.
Pessari  düzgün qaydada yerləşdirilərsə xanımlar uşaqlıq yolunda yad cismin olduğunu hiss etməyəcəklər.

Pessaridən istifadənin üstünlüyü

Pessarinin yerləşdirilməsi vaxtından öncə doğuş hallarının qarşısını alır. Terapevtik təsir aşağıdakı mexanizmlərə görə əldə olunur:

⦁    Uşaqlıq boynunun “sahəsi” genişlənir – halqa yerləşdiriləndən sonra döl nəinki uşaqlıq boynuna, həmçinin pessariyə təzyiq göstərir, çünki təsir halqanın bütün səthinə yayılır.
⦁    Uşaqlıq boynu “bağlanır” – düzgün yerləşdirmə zamanı servikal kanalın kənarları bağlanır, uşaqlıq boynu hamiləliyə xas olan fizioloji vəziyyəti alır.
⦁    Selikli tıxac bərpa olunur- servikal kanal anatomik strukturuna qayıtdıqdan sonra, selikli tıxac formalaşır, hansı ki, dölü infeksiyalardan qoruyur.
⦁    Psixoloji təsir – pessari quraşdırılandan sonra xanımlar özlərini sakit və rahat hiss edirlər. Sinir gərginliyinin olmaması  isə hamiləliyin gedişatına müsbət təsir göstərir.


د. إلاهة قولييفا
كاتبة المقالد. إلاهة قولييفا

جراحة نسائية وتوليد، دكتوراه في الطب. تخصصت في فرنسا، وعضو الجمعية الأوروبية لتنظير أمراض النساء.

لديكِ سؤال؟

احجزي موعدًا أو راسلينا عبر واتساب — سنختار العلاج المناسب معًا.

اتصل بنا

احجزي موعدًا

املئي النموذج — سنتصل بكِ أو نؤكد الموعد عبر واتساب.

الحجز عبر واتساب

املئي النموذج — ستُفتح بياناتك في واتساب كرسالة جاهزة، فقط اضغطي «إرسال».

الوقت
العنوانشارع يحيى باكوفي 24A، باكو، أذربيجان
العيادةمركز إلاهة قولييفا للتجميل النسائي وإعادة التأهيل بعد الولادة
الهاتف+994 50 365 80 90
البريد الإلكترونيinfo@ilahequliyeva.az
ساعات العملالإثنين – السبت, 09:00 - 17:00