Ginestetik, 24A Yahya Bakuvi St, Baku, Azerbaijan Mon – Sat · 09:00 - 17:00 +994 50 365 80 90
Dr. Ilaha GuliyevaOb-Gyn · Surgeon · PhD Book now
Pregnancy care

Cardiotocography (CTG)

The translation of this page is being prepared; the text is in Azerbaijani for now.

Cardiotocography (CTG)
Kardiotokoqrafiya müayinəsi (KTQ)
Kardiotokoqrafiya  - dölün ürək döyüntüləri, hərəkətləri və uşaqlığın tonusunu eyni anda lentə alan ultrasəs müayinə üsuludur. Dölün kardiotokoqrafiyası hamiləliyin 28-ci həftəsindən sonra aparılır. Bu üsulun əks göstərişləri yoxdur, çünki ziyansızdır.

Kardiotokoqrafiya nə üçün təyin olunur?
Hamiləlik zamanı kardiotokoqrafiya dölün vəziyyətini, bətndaxili hipoksiyanı, uşaqlığın tonusunu və yığılma funksiyasını qiymətləndirmək məqsədiylə təyin olunur. Bu müayinənin köməyi ilə xüsusi "stress testləri" edərək bətndaxili patologiyalar zamanı qan axınının kompensasiya imkanlarını qiymətləndirmək olur.

Doğuş zamanı kardiotokoqrafiya
Bəzən bu üsul doğuş zamanı tətbiq olunur, xüsusən də aşağıdakı hallarda:
  • ·Doğuş süni şəkildə stimulyasiya olunarsa;
  • ·Qadına epidural anesteziya edilərsə;
  • ·Ananın uşağın sağlamlığına təhlükə yarada biləcək ağırlaşmaları varsa;
  • Uşağda inkişaf qüsurları varsa.

KTQ və hamiləlik. Kardiotokoqrafiya necə həyata keçirilir?
Prosedurun keçirliməsi üçün xəstəni uzandırıb, qarın nahiyəsinə sensorlu lentlər bağlanılır. Cihazın göstəriciləri kağız vərəqəyə çap olunur.  Prosedur xanımın sağ böyrü üstə 30 dəqiqə ərzində aparılır, bu da düzgün nəticə əldə etmək üçün vacibdir. Dölün inkişaf qüsurlarının diaqnostikasının dəqiqliyi (KTQ-lə edildikdə) 75-90% təşkil edir.

KTQ-nin nəticələri
KTQ-nın nəticələri 5 parametrə əsasən dəyərləndirilir, onların hər biri 0,1,2 balla qiymətləndirilir, norma cəmdə 8-10 bal təşkil edir. 10 ballıq şkalaya əsasən, əgər nəticə 8 baldan yuxarıdırsa, bu norma sayılır. KTQ-nın 6-7 balla qiymətləndirilməsi kardiotokoqrammanın patologiya öncəsi növü sayılır, çox güman ki həkim uyğun müalicə təyin edəcək və bir müddət sonra proseduru təkrarlamağı təklif edəcək. 6 baldan aşağı nəticə körpənin bətndaxili hipoksiyasından xəbər verir, bu zaman təcili xəstəxanaya yerləşdirmə və vaxtından əvvəl doğuş təyin oluna bilər.
Dr. Ilaha Guliyeva
AuthorDr. Ilaha Guliyeva

Surgeon obstetrician-gynecologist, PhD in medicine. Trained in France, member of the European Society for Gynaecological Endoscopy.

Have a question?

Book an appointment or message on WhatsApp — we will choose the right treatment together.

Contact

Book an appointment

Fill in the form — we will call you back or confirm on WhatsApp.

Book via WhatsApp

Fill in the form — your details will open in WhatsApp as a ready message, just tap “Send”.

Time
AddressGinestetik, 24A Yahya Bakuvi St, Baku, Azerbaijan
ClinicGinestetik
Working hoursMon – Sat, 09:00 - 17:00