92N Babek Ave, Khatai district, Baku AZ1142, Azerbaijan Mon – Sat · 09:00 - 17:00 +994 50 365 80 90
İQ Dr. Ilaha GuliyevaOb-Gyn · Surgeon · PhD Book now
Erosion and condyloma treatment

Cervical erosion treatment

The translation of this page is being prepared; the text is in Azerbaijani for now.

Cervical erosion treatment
Eroziyanın yandırılması
Uşaqlığın eroziyası (və ya ektopiyası) – əlamətlərsiz keçən xəstəlikdir, buna görə də onu aşkarlamaq üçün ildə ən azı 1 dəfə ginekoloji müayinələrdən keçmək lazımdır. Uşaqlıq boynunun eroziyasını bir neçə üsullarla müalicə etmək olur. Bu xəstəliyin müasir şəraitdə müalicəsi uşaqlıq boynu xərçənginin qarşısını alır.

Eroziya hansı üsullarla yandırılır
  • ·Lazer şuasıyla;
  • ·Koaqulyasia vasitəsi ilə (azotla, elektrik cərəyanla yandırma);
  • ·Radiodalğalarla;
  • ·Dərman preparatlarıyla (tabletlər, iynələr, vaginal şamlar).
Yandırılandan sonra eroziya tamamilə sağalır, lakin, çapıqların tez sağalması və residivlərin qarşısını almaq üçün həkim müəyyən müddət qəbul edəcəyiniz dərmanlar yazır. Yuxarıdaki üsulların seçimi servikal kanalın zədlənməsinin həcmindən və xüsusiyyətindən asılıdır, həmçinin, eroziyanın mərhələsindən. Müalicənin məqsədi – zədələnmiş toxumaların aradan qaldırılmasıdır. 

Prosedura hazırlıq
İlk öncə eroziyanın səbəbi araşdırılır. Əgər səbəb virusdursa, analizlər əsasında viruslar aşkarlanır və antibiotikoterapiya aparılır, bundan sonra eroziya yandırılır. 
Eroziya vaginal mikrofloranın vəziyyəti stabil olandan sonra yandırılır. Prosedura hazırlıq zamanı medikamentoz terapiya aparılır, hansı ki, eroziyanın yaranmasına səbəb olan infeksiyaları aradan qaldırır.
Analizlər eroziyanın infeksion mənbəyini araşdırmaq üçün verilir:
  • ·Streptokokklar;
  • ·Enterokokklar;
  • ·Stafilokokklar;
  • ·İnfeksiyalar – ureaplazmoz, xlamidioz, mikoplazmoz, qardrenella, herpes virus.
Prosedurun keçirilmə qaydası
Medikamentoz müalicə
Bu növ müalicədən xəstəliyin ilkin mərhələlərində istifadə olunur. Tabletlərlə, vaginal şamlarla, iynələrlə müalicə eroziyanın səbəbini tam aradan qaldırır. Müasir tibbdə bunun üçün hormonal və iltihab əleyhinə preparatlardan istifadə olunur, analizlərin nəticələrinə əsasən antibakterial və virus əleyhinə, imunniteti möhkəmləndirən preparatlar təyin oluna bilər. Bəzi eroziyaları, dərman preparatlarıyla müalicə tam aradan qaldırır, cərrahi müdaxiləyə ehtiyac yoxdur. Sizə hansı müalicənin uyğun olduğunu yalnız sizi müayinə etdikdən sonra deyilə bilər.
Kriodestruksiya üsulu
Bu üsulda maye azotdan istifadə olunur, uşaqlıq boynunun zədələnmiş nahiyəsi “dondurulur”. Bu üsulun üstün cəhəti, müdaxilə olunmuş nahiyədə sağlam hüceyrələrin tez əmələ gəlməsidir. Müalicə olunmuş nahiyə 4 həftə ərzində sağalır.
Elektrokoaqulyasiya
Eroziyanın elektrik cərrəyanla yandırılması. Prosedur zamanı zədələnmiş nahiyələrə elektrik cərrəyanıyla müdaxilə olunur. Prosedurdan sonra sağalma müddəti 1 aya kimi davam edir.
Lazerlə yandırma
Bu üsulun əsasında lazer şüasının istifadəsidir, hansı ki, müdaxilənin dərinliyini dəyişə bilər, buna görədə bu üsul uşaqlıq boynu toxumalarının dərindən zədələnməsi zamanı effektivdir. Lazerlə yandırmadan sonra ağırlaşmaların inkişaf riski sifir faizdir, huna görədə lazerlə yandırmanı hətta doğuş keçirməyən xanımlarada tətbiq etmək olar. Selikli qişa çapıq əmələ gəlmədən 2 həftə ərzində sağalır. Bu üsulun tətbiqi zamanı ağrılar olmur.
Radiodalğalı üsul
Eroziyanın radiodalğalarla müalicəsi – effektiv və təhlükəsiz üsullardandır ,bu zaman zədələnmiş hüceyrələr su molekulundan azad olunur. Radiodalğalarla müalicə elektrotravmalardan qoruyur (hansıki elektrik cərrəyanı ilə müalicə zamanı ola bilər). Bu üsuldan sonra sağalma tez, çapıqsız və uşaqlıq boynunun strukturu dəyişmədən baş verir. Proses ağrısız və tez keçir, prosedurdan sonra sağalma 2 həftə ərzində baş verir.

Prosedurun müddəti
Cərrahi üsullarla tətbiq olunan prosedurların müddəti bir neçə dəqiqəyə kimi davam edir.

Prosedurdan sonra
Uşaqlıq boynunun eroziyasının müalicəsinin nəticəsi tətbiq olunan yandırılma üsulundan asılıdır. Kriodestruksiya zamanı (maye azotla yandırma) uşaqlıq boynunun toxuması tamamilə 30 günə sağalır. Bu 4 həftə ərzində sulu ifrazatlar gələ bilər (limfadan), narahat olmağa dəyməz, bu sağalma prosesidir. Qarının aşağı hissəsində ağrılar da qisamüddətlidir.
Radiodalğalar və lazerlə yandırma zamanı sağalma tez baş verir, bundan əlavə radiodalğalar və lazer şuası antiseptik, virus əleyhinə xüsusiyyətlərə malikdir, buna görə də bu prosedurlardan sonra iltihablaşma riski yoxdur.

Eroziyanın yandırılmasından sonra 1 ay ərzində qadağandır:
  • ·Cinsi əlaqə;
  • ·İdman;
  • ·Spirtli içkilər;
  • ·Vanna qəbulu, sauna;
  • ·Hovuzda, dənizdə üzmək (infeksiyanın qarşısını almaq üçün);
  • ·Tamponlardan istifadə.
Dr. Ilaha Guliyeva
AuthorDr. Ilaha Guliyeva

Surgeon obstetrician-gynecologist, PhD in medicine. Trained in France, member of the European Society for Gynaecological Endoscopy.

Have a question?

Book an appointment or message on WhatsApp — we will choose the right treatment together.

Contact

Book an appointment

Fill in the form — we will call you back or confirm on WhatsApp.

Online booking

It takes 1 minute

Appointment type
Time

By sending the form you agree that your details are used only to arrange the appointment.

Address92N Babek Ave, Khatai district, Baku AZ1142, Azerbaijan
ClinicBaku Medical Plaza
Working hoursMon – Sat, 09:00 - 17:00