92N Babek Ave, Khatai district, Baku AZ1142, Azerbaijan Mon – Sat · 09:00 - 17:00 +994 50 365 80 90
İQ Dr. Ilaha GuliyevaOb-Gyn · Surgeon · PhD Book now
Aesthetic gynecological surgery

Hoodoplasty

The translation of this page is being prepared; the text is in Azerbaijani for now.

Hoodoplasty
Hudo plastika
Qadınların çoxsunda klitoral orqazm baş vermir, və, təəsüf ki, onlar bunu normal hal hesab edirlər. Ola bilsinki məhz hudoplastika (klitorun plastikası) – xanımlara intim əlaqə zamanı xoş hisslər yaşadacaq.

Əməliyyata göstərişlər
  • ·Orqanın dərində yerləşməsi;
  • ·Həddindən artıq inkişaf etmiş klitoral başlıq, klitoral başlığı örtən və onu hissiyatsız edən aralığın selikli qişasının qatları; 
Klitorun ölçüsü çox böyük deyil. Onun başlığı toxumaların üzərindən 5 mm hündürlüydə çıxır. Hətta, selikli qişanın qatlarının az miqdarda artması klitorun stimulyasiyasına mane ola bilər;
  • ·Aralığın toxumalarının zədələnməsindən sonra yaranan çapıqlar və toxumaların kobud şəkildə deformasiyası (həmçinin bu xarici cinsiyyət orqanlarının uğursuz plastik əməliyyatı nəticəsində baş verə bilər);
Əks göstərişlər
İntim plastika-planlaşdırılmış əməliyyat növüdür. Hazırlıq mərhələsində olan xəstə cərrahi müdaxilə üçün əks göstərişləri  müəyyən etmək məqsədiylə  bir sıra müayinələrdən keçir. 
Əks göstərişlərə aşağıdakılar aiddir:
  • ·Hamiləlik və laktasiya dövrü;
  • ·Qan laxtalanmasının pozulması;
  • ·Onkoloji xəstəliklər;
  • ·Autoimmun xəstəliklər;
  • ·Cinsi yolla keçən xəstəliklər;
  • ·Menstruasiya dövrü;
  • ·Kəskin infeksion xəstəliklər;
  • ·Yüksək bədən temperaturu;
Göründüyü kimi əks göstərişlərin çoxsu müvəqqətidir, və tezliklə (siz sağalandan sonra) əməliyyat oluna bilərsiniz.
Cərrahlar tərəfindən müxtəlif növ klitor və cinsiyyət dodaqlarının əməliyyatları icra olunur. Bütün növlər şərti olaraq iki qrupa bölünür:
  • ·Klitorun plastikası;
  • ·Birlikdə icra olunan əməliyyatlar. Klitorla bərabər digər orqanların plastikası: cinsiyyət dodaqlarının, vaginanın, qızlıq pərdəsinin və s.).
Əməliyyatın xüsusiyyətləri
Əməliyyatın həcmi böyük deyil, lakin, bütün manipulyasiyaların icrası ginekoloqdan zərgər dəqiqliyi tələb edir. Toxumaların həddindən artıq götürülməsi (klitorun üstünün açıq qalmasına səbəb olur) gündəlik həyat tərzində xanımlara diskomfort hissi yaşada bilər.

Əməliyyatın mərhələləri
  • ·Anesteziya: klitorun plastikası üçün yerli anesteziya kifayət edir, əgər əməliyat kombinləşmiş şəkildə icra olunursa (aralığın digər əməliyyatları ilə birlikdə) ümumi anesteziyaya ehtiyac yarana bilər;
  • ·Klitorun və ətraf toxumaların plastikası. Əməliyyat olunan nahiyəyə sovrulan nazik saplarla tikiş qoyulur;
  • ·Hemostaz, əməliyyatın qiymətləndirilməsi, pasientin narkozdan oyandırılması (ümumi anesteziya istifadə olunduğu halda).
Əməliyyat 40 dəqiqə ərzində icra olunur.

Bərpa dövrü
Əməliyyatdan sonra iki həftə ərzində aralıq nahiyyəsi xüsusi qulluq tələb edir. İsti prosedurlar arzu olunmazdır (vanna qəbulu, saunaya getmək və aşağı hissəyə isti kompreslər etmək olmaz). Diskomfortu və ödemi aradan qaldırmaq üçün soyuq kompreslərə icazə verilir. Cinsi əlaqəyə əməliyyatdan 1,5 ay sonra icazə verilir (lakin, həkimin icazəsiylə, sağalma baş veribsə, daha tez olar).
Dr. Ilaha Guliyeva
AuthorDr. Ilaha Guliyeva

Surgeon obstetrician-gynecologist, PhD in medicine. Trained in France, member of the European Society for Gynaecological Endoscopy.

Have a question?

Book an appointment or message on WhatsApp — we will choose the right treatment together.

Contact

Book an appointment

Fill in the form — we will call you back or confirm on WhatsApp.

Online booking

It takes 1 minute

Appointment type
Time

By sending the form you agree that your details are used only to arrange the appointment.

Address92N Babek Ave, Khatai district, Baku AZ1142, Azerbaijan
ClinicBaku Medical Plaza
Working hoursMon – Sat, 09:00 - 17:00