Ginestetik, 24A Yahya Bakuvi St, Baku, Azerbaijan Mon – Sat · 09:00 - 17:00 +994 50 365 80 90
Dr. Ilaha GuliyevaOb-Gyn · Surgeon · PhD Book now
Contraception (IUD insertion)

IUD removal

The translation of this page is being prepared; the text is in Azerbaijani for now.

IUD removal
Spiralın yerləşdirilməsi kimi çıxarılması da ginekoloq tərəfindən edilməlidir. Yalnız həkim-ginekoloq bu proseduru tez bir zamanda, düzgün qaydada və ağırlaşmalarsız tətbiq edə bilər. Spiralın çıxarılması zamanı qadının bədən quruluşunun xüsusiyyətləri və digər amillər nəzərə alınır.

Göstərişləri:

⦁    Pasientin şəxsi istəyi;
⦁    Spiralın istfadə müddəti bitdiyi zaman;
⦁    Menopauza;
⦁    Ağrılar və qanaxmalar olduqda;
⦁    USM  göstərişləri;
⦁    İltihabi xəstəliklər;
⦁    Onkoloji xəstəliklər.

Bu göstərişlər zamanı prosedur mütləq qaydada tətbiq olunmalıdır.

Prosedura hazırlıq:

Bu prosedurun keçirilməsi üçün xüsusi hazırlıq tələb olunmur. Ən əsası – spiralın çıxarılması üçün dəqiq tarixə riayət etməkdir. Bu prosedur menstrual siklin 4-5-ci günləri tətbiq olunur, lakin aybaşı olmadan da spiralın çıxarılması mümkündür. Bu zaman əks-göstərişləri aşkar etmək üçün uşaqlığın və uşaqlıq boynunun müayinəsi keçirilir.

Prosedurun keçirilmə qaydası

Spiralın çıxarılması ağırlaşmalarla nəticələnməsin deyə, antiseptikanın və aseptikanın bütün qaydalarına riayət etmək lazımdır. Göstərişlərə əsasən, prosedur, bir çox hallarda, anesteziyasız keçirilir. İpi qaçmış spiral xüsusi alətlə çıxarılır – cərrah maşası ilə. Spiralın ipləri varsa prosedur daha asan və tez keçir.

Prosedurun rahat keçməsi üçün uşaqlığın genişləndirilməsi də mümkündür. Spral çıxarıldığı zaman ipi qırılarsa (bu çox nadir hallarda baş verir) xüsusi alətlə çıxarılır.

Bəzən baxış zamanı spiralın ipini görmək mümkün olmur. Bu zaman kontraseptivin ipinin yerini təyin etmək üçün ultrasəs müayinəsi aparılır. Nəticədə spiralın çıxarılması tez və ağırlaşmalarsız baş verir.

Prosedurun müddəti:

Bütün prosedur 5-10 dəqiqədən çox vaxt almır. 
Prosedurdan sonra ultrasəs müayinəsi edilir. Bu uşaqlıqda yad cisimlərin qalmadığını təsdiqləmək üçün edilir (spiral qalıqlarının). Hər şey qaydasında olduğu zaman prosedur bitmiş hesab olunur.

Mümkün ola biləcək ağırlaşmalar

Spiralın çıxarılmasından sonra ağırlaşmalar çox nadir hallarda baş verir, lakin pasientlər onlar barədə bilməlidir – qarının aşağı nahiyəsində ağrılar, az miqdarda qanamalar. Lakin bunlar qorxulu deyil, qanaxmalar bir neçə gün davam edə bilər. Bu orqanizmin təbii reaksiyasıdır. Bu zaman tamponların əvəzinə adi bezlərdən istifadı etmək lazımdır. Ağrılar da orqanizmin təbii reaksiyasıdır, onlarda zamanla keçəcək.

Prosedurdan sonra

Prosedurdan dərhal sonra evə getmək olar. Həkim nəzarətinə ehtiyac yoxdur. Spiralın çıxarılmasından sonra, ağrılar və qanamalar 1 həftədən artıq davam edərsə ginekoloqa müraciət etmək lazımdır.


Dr. Ilaha Guliyeva
AuthorDr. Ilaha Guliyeva

Surgeon obstetrician-gynecologist, PhD in medicine. Trained in France, member of the European Society for Gynaecological Endoscopy.

Have a question?

Book an appointment or message on WhatsApp — we will choose the right treatment together.

Contact

Book an appointment

Fill in the form — we will call you back or confirm on WhatsApp.

Book via WhatsApp

Fill in the form — your details will open in WhatsApp as a ready message, just tap “Send”.

Time
AddressGinestetik, 24A Yahya Bakuvi St, Baku, Azerbaijan
ClinicGinestetik
Working hoursMon – Sat, 09:00 - 17:00