Ginestetik, 24A Yahya Bakuvi St, Baku, Azerbaijan Mon – Sat · 09:00 - 17:00 +994 50 365 80 90
Dr. Ilaha GuliyevaOb-Gyn · Surgeon · PhD Book now
Vaginal surgery

Which operations are performed vaginally?

The translation of this page is being prepared; the text is in Azerbaijani for now.

Which operations are performed vaginally?
Vaginal üsulla aparılan əməliyyatlar
Vaginal üsulla aparılan əməliyyatlar zamanı kiçik çanaq orqanlarında cərrahi müdaxilələr uşaqlıq yolu vasitəsilə aparılır. Vaginal cərrahiyyə bu gün ginekoloji əməliyyatların ən optimal üsullarından biridir.

Vaginal üsulla aparılan əməliyyatlara göstərişlər:
  • ·Uşaqlıq boynunun anadangəlmə və ya doğuşsonrası deformasiyası;
  • ·Uşaqlıq yolunun xoşxassəli şişləri, kistaları;
  • ·Uşaqlığın xoşxassəli törəmələri (mioma, adenomioz);
  • ·Uşaqlıq yolunun, uşaqlığın divarlarının sallanması və ya düşməsi, çanaq dibi əzələlərinin çatışmazlığı;
  • ·Stress sidik saxlamazlığı.
Uşaqlıq yolunun sallanması və ya düşməsi – qadın cinsiyyət sisteminin ən çox rast gəlinən anomaliyalarından biridir. Uşaqlıq yolunun və uşaqlığın planlaşdırılmış cərrahi üsulla müalicəsinə göstərişlər xoşxassəli şişlərdən və endometriozdan sonra üçüncü yer tutur. Bu diaqnozla, demək olar ki, 50 yaşdan yuxarı hər bir xanım rastlaşır.
Daxili cinsiyyət orqanlarının sallanma və ya düşməsi 85.5% xəstələrdə yan orqanlarının patologiyalarına səbəb olur:
  • ·Sidik qaçırma halları – 70.1% xəstələrdə;
  • ·Defekasiyanın pozulması – 36.5% xəstələrdə;
  • ·Dispareuniya – 53.3% xəstələrdə rast gəlinir.
Vaginal üsulla aparılan əməliyyatların növləri
Çanaq dibinin möhkəmləndirilməsinə yönləndirilən plastik əməliyyatlar – ön kolporrafiya, kolpoperineolevatoroplastika. Bu növ əməliyyatları əsas və ya əlavə müavinət kimi cinsiyyət orqanlarının prolapsı zamanı cərrahi müdaxilənin bütün hallarında tətbiq etmək lazımdır.
Uşaqlıq yolunun ön divarında keçirilən plastik əməliyyatlar vaginal bağlantıların möhkəmləndirilməsinə yönləndirilir.
Perineolevatoroplastika (uşaqlıq yolunun arxa divarının və aralığın bərpa olunması) çanaq dibi əzələlərinin çatışmazlığının erkən mərhələlərində tətbiq olunduqda, çanaq orqanlarının sallanmasına qarşı profilaktk əhəmiyyət kəsb edir.
Uşaqlığı fiksasiya edən bağlantıların möhkəmləndirilməsinə yönəldilən əməliyyatlar.
Uşaqlıq yolunun düşməsi və uşaqlığın sallanması zamanı çanaq dibini möhkəmləndirən xüsusi torlardan istifadə olunur. Uşaqlıq yolunda kəsik aparılır, və kəsik vasitəsilə tor yerləşdirir.
Uşaqlığın vaginal üsulla kəsilib çıxarılması (eyni zamanda ön kolporrafiya və kolpoperineolevatoroplastika tətbiq olunur).

Əməliyyatdan öncə müayinələr
  • ·Qan qrupunu və rezus faktoru təyin etmək üçün qan analizi;
  • ·HİV, Hepatit və sifilisin təyini üçün qan analizi;
  • ·Qanın ümumi analizi + EÇS + trombositlər;
  • ·Sidiyin ümumi analizi;
  • ·Qanda şəkərin səviyyəsi;
  • ·Biokimyəvi analizlər (bilirubin, kreatinin, elektrolitlər);
  • ·Koaquloqramma (fibrinogen,protrombin indeksi);
  • ·Uşaqlıq yolundan və servikal kanaldan alınan yaxmanın bakterioloji analizi;
  • ·Kolposkopiya;
  • ·Uşaqlıq boynunun sitoloji və ya patohistoloji müayinəsi;
  • ·Çanaq orqanlarının ultrasəs müayinəsi;
  • ·Rentgen;
  • ·Terapevtin baxışı + EKQ.
Dr. Ilaha Guliyeva
AuthorDr. Ilaha Guliyeva

Surgeon obstetrician-gynecologist, PhD in medicine. Trained in France, member of the European Society for Gynaecological Endoscopy.

Have a question?

Book an appointment or message on WhatsApp — we will choose the right treatment together.

Contact

Book an appointment

Fill in the form — we will call you back or confirm on WhatsApp.

Book via WhatsApp

Fill in the form — your details will open in WhatsApp as a ready message, just tap “Send”.

Time
AddressGinestetik, 24A Yahya Bakuvi St, Baku, Azerbaijan
ClinicGinestetik
Working hoursMon – Sat, 09:00 - 17:00