Səhifə yüklənir...

 

Ana SəhifəMəqalələr

MəqalələrGenital estetik əməliyyatlar barəsində ən çox verilən suallar

Genital estetik əməliyyatlar barəsində ən çox verilən suallar
Müsahibimiz Fransa  ixtisaslaşmış , Tibb üzrə fəlsəfə doktoru, Cərrah mama-ginekoloq İlahə Quliyeva Genital estetik əməliyyatlar  barəsindəki   ən sıx verilən suallara aydınlıq gətirdi.
Sirr deyil ki, qadınlar öz bədənlərinə çox tənqidedici yanaşırlar, hətta söhbət intim nahiyyənin xarici görünüşünə gəldikdə belə. Müasir estetik cərrahiyə yolu ilə xanımların hesab etdiyi bir çox defektləri asanlıqla aradan qaldırmaq mümkündür və bu sahədə ən geniş yayılmış əməliyyatlardan biri də Labioplastikadır. Yeri gəlmişkən, Labioplastika müasir prosedurlardan hesab edilmir, bütün dünyada o artıq 50 ilə yaxındır ki, tətbiq olunur.

Deyə bilərsinizmi nəyə görə xanımlar Labioplastika əməliyyatına müraciət edirlər?
Bəzi hallarda kiçik cinsiyyət dodaqları böyük cinsiyyət dodaqlarından xaricə çıxırlar və bu da xanımlara diskomfort hissi yaşadır – nəinki psixoloji, həmçinin yeridiyi, alt paltarlarını geyindiyi zaman belə narahatlıqlar yarada bilir. Çox böyük , qıvrım cinsiyyət dodaqları olan zaman gigiyenik qaydalara riayət etməkdə çətinliklər yarana bilir, intim zonanın təmiz saxlanla bilməsi qeyri qənaətbəxş ola bilir, bu da daimi iyli axıntıların olmasına səbəblərdən biridir.  Cinsiyyət dodaqlarına gözəl görünüş vermək üçün, diskomfot hissini aradan qaldırmaq, özgüvən hissini artırmaq və daha da cazibəli olmaq üçün xanımlar bu prosedura müraciət edirlər.

Bəs kiçik cinsiyyət dodaqlarının forması nə ilə əlaqəlidir?
Xanımların bədən quruluşu fərqli olur. Cinsiyyət dodaqlarında dəyişikliklər doğuşdan sonra və ya irsi ola bilər.Həmçinin hormonal dəyişikliklər kiçik cinsiyyət dodaqlarının  ölçüsünə və rənginə təsirsiz ötüşmür. Buunla əlaqədar yaşa bağlı ölçü dəyişikliyi və qaralmalar ola bilir.

Əməliyyat necə keçir? Ağrılıdır?
Xeyir, bu çox sadə əməliyyatdır. Yerli və ya ümumi anesteziya altında edilir.  Pasient heç bir şey hiss etmir. Əməliyyat 20 dəqiqəyə yaxın davam edir. Sonra tikişlər qoyulur, hansılar ki, 2 həftə sonra sorulur. Əməliyyat günü pasient evinə tam aktiv şəkildə gedir.

Demək istəyirsiniz ki, siz artıq dərini kəsib çıxarırsınız?
Burda bir çox variantlar var. Söhbət artıq dərinin çıxarılmasından getmir. Doğuşlardan sonra yaranmış defektlər, cırılmalar, assimetrik uzanmalar plastika edilib eyni ölçüyə salınır və defektlər aradan qaldırılır, bu da intim zonanın estetik görüntüsünü tam bərpa edir. Bəzi hallarda isə xanımların öz istəkləri ilə ölçü və görüntü dəyişimləri aparılır. Əməliyyat texnikasının bir neçə üsulları mövcuddur: V-şəkilli, Z-şəkilli və düz xətt kəsiyi və s. Bu cinsiyyət dodaqlarının anatomik xüsusiyyətlərindən asılıdır.

Labioplastika üçün tibbi göstərişlər varmı?
Ümumiyyətlə hər növ plastik əməliyyatın  mütləq tibbi göstərişiləri yoxdur. Bir çox hallarda bu pasientin istəyi ilə edilir, lakin çox böyük cinsiyyət dodaqları dar geyimlər geyinən zaman, idmanla məşğul olanda, oturaq hallarda ağrı verir ki, bunun müalicəsi yalnız Labioplastika –Kçik cinsiyyət dodaqlarının içildilməsi əməliyyatı ilə mümkündür.
Mən hər zaman qeyd edirəm ki,  plastik cərrahiyyə - kosmetoloji terapiyadır. İnsan əməliyyatsız rahat yaşaya bilər və ozundə nəisə dəyişmək arzusu komplekslərdən irəli gəlir. İlk növbədə Labioplastikanı xanımlar özləri üçün edir, özgüvən hissini artırmaq üçün və psixoloji durumunu normallaşdırmaq üçün. Hətta intim zonasını qeyri-estetik saydığına depressiyaya qapılıb, özgüvən  hissini itirib və toyunu belə gecikdirən pasientlərlə qarşılaşmışam. Bu əməliyyatla bütün problemləri aradan qaldırmışıq.

Əməliyyatdan sonra hansı məhdudiyyətlər var?
2 həftə ərzində cinsi həyatdan və idmandan uzaq durmaq lazımdır.

İntim cərrahiyə sahəsində hansı digər əməliyyatları edirsiniz?
Uşaqlıq yolunun daraldılması, Vaginoplasika əməliyyatı ən çox tələb olunan və istənilən plastik əməliyyatdır. Bu əməliyyatla xanımlar doğuş travmaları ilə əlaqəli sallanmalar, uşaqlıq yolu genişlənməsi , qazabənzər səslərin gəlməsi və cinsi əlaqə zamanı yaranmış diskomfort hissiyyat, epiziotomiya çapığının kobud görüntüsünü aradan qaldırmış olurlar.Həmçinin, böyük cinsiyyət dodaqlarının böyüdülməsini– lipofillinq (pasientin piyi ilə və ya hialuron turşusu ilə), klitor başlığının kiçildilməsi, “G” nöqtəsinin böyüdülməsi və s.  estetik əməliyyatları edirik.

Ən gənc və ən yaşlı pasientinizin neçə yaşı olub?
Ən gənc pasientimin 17 yaşı olub, anadangəlmə kiçik cinsiyyət dodaqlarının patologiyasıyla müraciət etmişdir. Bu yaşda yeniyetmələrə yalnız valideynin icazəsi ilə əməliyyat edirik. Ən çox 25-45 yaşlı pasientlər müraciət edir.

Əməliyyat intim nahiyyədəki hissiyyata, menstrual siklin gedişatına, hormonal fona təsir edirmi?
Xeyr, heç bir mənfi təsir göstərmir. Bəzi üsullarla hətta intim nahiyyədəki hissiyatı artırırıq.

Cinsiyyət dodaqlarının ideal görünüşü mövcuddur? Bəlkə pasientlər qeyri adi görünüş istəyir?
Xeyr. Adətən pasientlər kiçik cinsiyyət dodaqlarını kiçildilməsinə  və adi klassik görünüş əldə etməyi istəyirlər.

Bəs hansı digər hallarda əməliyyatdan imtina edirsiniz?
Bəzən xanımlar cinsiyyət dodaqlarında 1 mm yaxın kiçiltmə istəyirlər, biz imtina edirik, çünki tam sağlam görünüşü olan dodaqları dəyişməyə ehtiyac yoxdur.

Pasientlər sizə müraciət edəndə utanclıq keçirirlərmi?
Əvvəllər belə idi. İndiki zamanda xanımlar bu əməliyyata digər çıxış yolu olmadığından və psixoloji  durumlarını və estetik görüntülərini bərpa etmək məqsədilə çox rahat şəkildə müraciət edirlər. Bu da onların özəl həyatlarına təsirsiz ötüşmür və müsbət təsirini göstərir.

Bəs elə olubmu ki, kişilər xanımlarını Genital estetik əməliyyatlar  üçün müayinənizə gətirsinlər? 
Son dövrlər bu halla çox rastlaşıram. Həm uşaqlıq yolu daraldılması əməliyyatları üçün, həm də Labioplastika əməliyyatı üçün xanımlarını əməliyyata gətirən həyat yoldaşlarını çox  görürük. Əməliyyatdan sonrakı dönəmdə özəl və cinsi həyatlarına birbaşa müsbət təsir etməsi və cütlük arasındakı münasibətlərin istiləşdirməsi səbəbi  son illər bu müdaxiləyə  marağı  artırmışdır. Əslində bu əməliyyat növləri uzun illərdir ki, aparılır. Lakin müasir dövrdə qadın və kişilərin öz orqanizmlərini daha yaxından tanıması və bununla bağlı yaranan problemlərdən qurtularaq daha keyfiyyətli həyat yaşamaq istəkləri bu estetik əməliyyatları gündəmə gətirmişdir.
Fransada ixitisaslaşmış , Cərrah Mama Ginekoloq , Phd Dr. İlahə Quliyeva

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: Yəhya Bakuvi 48 Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: Yəhya Bakuvi 48 Bakı, Azərbaycan

Telefon: (+994) 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.

Copyright © | 2019 Sayt GASİMOV.AZ tərəfindən yığılmışdır. Bütün hüquqlar qorunur.