Səhifə yüklənir...

 
Ana Səhifə İcra Edilən Əməliyyatlar
Histeroskopik əməliyyatlar Xidmət haqqında

Histeroskopik əməliyyatlar

Uşaqlıq boşluğunun içəridən müayinəsi və müalicəsi — kəsiksiz, uşaqlıq boynu vasitəsilə, prosesi ekranda izləyərək.

Histeroskopiya — uşaqlıq boşluğunun daxili səthinin müayinəsini və müxtəlif patologiyaların müalicəsini uşaqlıq boynu vasitəsilə həyata keçirən cərrahi üsuldur. Qarın boşluğuna heç bir müdaxilə edilmir: alət təbii yolla daxil olur, həkim isə prosesi ekranda görərək mikrocərrahi işi icra edir.

Diaqnostik histeroskopiya nə zaman aparılır

  • menstruasiya pozuntuları zamanı;
  • sonsuzluğa şübhə yarandıqda;
  • menopauza dövründə qanaxmalar olduqda;
  • polip, törəmə, uşaqlıqdaxili bitişmə kimi patologiyaları dəqiqləşdirmək lazım gəldikdə;
  • hormonal müalicənin nəticəsini qiymətləndirmək üçün.

Müalicəvi histeroskopiyaya göstərişlər

  • poliplərin və digər törəmələrin kəsilib çıxarılması;
  • çox miqdarda uşaqlıq qanaxmaları;
  • endometriumun hiperplaziyası;
  • uşaqlıq arakəsməsinin və bitişmələrin ləğvi;
  • submukoz miomanın çıxarılması;
  • sapı içəri qaçmış uşaqlıqdaxili spiralın çıxarılması.

Əks-göstərişlər

  • cinsiyyət orqanlarının xroniki xəstəliklərinin kəskinləşməsi;
  • hamiləlik;
  • uşaqlıq boynunun xərçəngi;
  • yanaşı gedən xəstəliklər zamanı pasiyentin ümumi vəziyyətinin ağır olması.

Hazırlıq və bərpa

Müdaxilədən əvvəl ginekoloq qəbulu, ultrasəs müayinəsi və analizlər tələb olunur; həkim menstrual siklin ən uyğun gününü təyin edir. Bir sıra histeroskopik müdaxilələr ambulator şəraitdə, xəstəxanada qalmadan icra olunur — bu, bərpa müddətini xeyli qısaldır.

Necə keçir

Müraciətdən nəticəyə qədər

  1. 1

    Qəbul və ultrasəs

    Şikayətlərin qiymətləndirilməsi və uşaqlıq boşluğunun ultrasəslə yoxlanılması.

  2. 2

    Günün seçilməsi

    Histeroskopiya menstrual siklin müəyyən günlərində daha informativ olur — tarixi həkim təyin edir.

  3. 3

    Müdaxilə

    Uşaqlıq boynu vasitəsilə, kəsik açmadan. Prosesi həkim ekranda izləyir və eyni seansda müalicəvi addımı da ata bilir.

  4. 4

    Nəticə və təqib

    Çıxarılan materialın histoloji müayinəsi və nəzarət qəbulu.

Suallar

Tez-tez verilən suallar

Histeroskopiya ağrılıdırmı?

Müdaxilə anesteziya altında aparılır, buna görə pasiyent ağrı hiss etmir. Anesteziyanın növü müdaxilənin həcmindən asılı olaraq seçilir.

Xəstəxanada qalmaq lazımdırmı?

Bir sıra histeroskopik əməliyyatlar ambulator şəraitdə icra olunur və həmin gün evə qayıtmaq mümkün olur.

Histeroskopiya sonsuzluğun müalicəsində necə kömək edir?

Uşaqlıq boşluğundakı polip, arakəsmə və bitişmələr mayalanmış yumurtanın yerləşməsinə mane ola bilər. Histeroskopiya bu maneələri həm aşkar edir, həm də aradan qaldırır.

Mövzu üzrə

Bu bölmədəki yazılar

Uşaqlıq qanaxmasının histeroskopik müalicəsi
Uşaqlıq qanaxmaları zamanı histeroskopiyaUşaqlıq qanaxmaları bir çox xəstəliklərin əlamətidir. Qanaxma həmişə təhlükəlidir, ciddi fəsadlar yarada bilər. Cavan xanımlarda uşaqlıq qanaxmaları uzunmüddət...
Bitişmələrin histeroskopik ləğvi
Uşaqlıq daxili bitişmələr (Aşerman sindromu) – uşaqlıq boşluğunun qismən və ya tam obliterasiyasına gətirib çıxıran uşaqlıqdaxili yapışıqlıqlardır. Uşaqlıqdaxili bitişmələr zamanı hipomenstrual sindro...
Uşaqlıq boşluğundan sapı içəri qaçmış spiralın histeroskopik yolla çıxarılması
Uşaqlıq boşluğunda tez-tez spirallara və onun hissəciklərinə rast gəlinir (məsələn, spiralın ipləri, plastik hissələri və ya metal parçalarına). Nadir hallarda bu elementlərin inkapsulyasiyası baş ver...
Poliplərin histeroskopik yolla çıxarılması
Poliplər uşaqlığın selikli qişasında və boynunda əmələ gələn xoşxassəli törəmələrdir. Xarici görünüşdən onlar ayaqcıqlı çıxıntıları xatırladır, ölçüləri bir neçə millimetrdən santimetrə kimi ola bilər...
Miomarın histeroskopik çıxarılması
Qarının aşağı nahiyəsindəki ağrılar, çox miqdarda qanaxmalar, aybaşının gur və uzuznmüddətli olması submukoz miomanın əlamətləri ola bilər.Bu xoşxassəli törəmədir. Lakin çox vaxt sonsuzluğa səbəb olur...
Sonsuzluğun histeroskopik müalicəsi
HisteroskopiyaEndometrial xəstəliklərin diaqnozu, poliplərin və miomaların çıxarılması, yapışmaların aradan qaldırılması, histeroskopiyadan sonra FİV , uşaqlıq anomaliyaları üçün rekonstruktiv cərrahi...
Miomanın histeroskopik çıxarılması
Miomanın histeroskopik çıxarılmasıMiomalar yerləşmə yerlərinə görə 3 əsas qrupa bölünür: subseroz , interstisial və submukoz miomalar. Subseroz və əzəzlə qatında yerləşən miomalar Laparoskopik üsulla...
Histeroskopik əməliyyatların xüsusiyyətləri
Histeroskopik əməliyyatlarHisteroskopik əməliyyatlar və ya histeroskopiya – qadın cinsiyyət orqanlarının daxili səthlərinin müayinəsini və müxtəlif patologiyalarının və xəstəliklərinin müalicəsini uşa...
Bitişmələrin histeroskopik yolla ləğvi
Bitişmələrin histeroskopik yolla müalicəsiUşaqlıqdaxili sinexiyalar (Aşerman sindromu) –selikli qişanın ayrı-ayrı hissələrinin bir birinə bitişmələrinə deyilir (uşaqlıq boşluğunun tam və ya natamam ob...
Arakəsmənin histeroskopik yolla çıxarılması
Uşaqlıqdaxili arakəsmənin histeroskopik yolla çıxarılmasıUşaqlıqdaxili arakəsmə - uşaqlığın anadangəlmə inkişaf qüsuru nəticəsində əmələ gəlir, bu zaman uşaqlıq boşluğu arakəsməylə iki hissəyə bölünür...
Ambulator əməliyyatlar
Xəstəxanada yatmadan aparılan ambulator ginekoloji əməliyyatlarMüasir avadanlıqlarla aparılan diaqnostika və müalicə üsullari hesabına stasionar şəraitdə kiçik ginekoloji əməliyyatları yarım gün ərzin...

Sualınız var?

Qəbula yazılmaq və ya məsləhət almaq üçün əlaqə saxlayın.

Əlaqə
Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N, Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: +994 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2026 Bütün hüquqlar qorunur.