
Səhifə yüklənir...
Xidmət haqqında
Qapalı üsulla, qarın nahiyəsində böyük kəsik açmadan aparılan cərrahi müalicə: mioma, kista, sonsuzluq, boru hamiləliyi və orqan sallanması.
Laparoskopiya — qarın nahiyəsində böyük kəsik açmadan, bir neçə kiçik deşik vasitəsilə aparılan cərrahi üsuldur. Kamera daxili orqanları 10–20 dəfə böyüdərək ekrana ötürür, buna görə açıq cərrahiyyə ilə çatmaq çətin olan nahiyələrə də dəqiq müdaxilə etmək mümkün olur. Daxildə icra edilən əməliyyatın həcmi açıq üsulla eynidir — fərq yalnız orqanizmə dəyən zərərdədir.
Qapalı üsul toxumalara daha az zərər verdiyi üçün əməliyyat zamanı qanaxma az olur, xəstə daha az ağrı hiss edir və xəstəxanada qısa müddət qalır.
Ümumi vəziyyəti əlverişli olan hər kəsə laparoskopiya icra edilə bilər. Əməliyyat zamanı pasiyent başı aşağı vəziyyətdə olduğundan şiddətli təngnəfəslik və ciddi ürək problemi olanlarda bu üsul seçilməyə bilər. Çox böyük və çoxsaylı mioması olan qadınlara isə açıq cərrahiyyə daha uyğundur. Qərar hər pasiyent üçün ayrıca, müayinənin nəticələrinə görə verilir.
Əməliyyatdan əvvəl həkim müayinəsi, ultrasəs müayinəsi və laborator analizlər tələb olunur. Menstrual siklin hansı günündə müdaxilənin aparılacağını həkim təyin edir. Qəbul zamanı qəbul etdiyiniz dərmanlar, keçirdiyiniz əməliyyatlar və xroniki xəstəliklər barədə mütləq məlumat verin.
Şikayətlərin dinlənilməsi, ginekoloji baxış və ultrasəs müayinəsi. Laparoskopiyanın sizin halınıza uyğun olub-olmadığı burada müəyyən edilir.
Laborator analizlər, anestezioloqun rəyi və siklin uyğun gününün seçilməsi.
Ümumi anesteziya altında, qarın divarındakı bir neçə kiçik deşik vasitəsilə kamera və alətlərlə icra olunur.
Xəstəxanada qısamüddətli müşahidə, sonra nəzarət qəbulları. Gündəlik həyata qayıdış açıq cərrahiyyəyə nisbətən daha tez baş verir.
Dəridə yalnız bir neçə kiçik deşik açılır, buna görə kosmetik nəticə açıq əməliyyatla müqayisədə xeyli yaxşıdır.
Bəli. Daxildə icra edilən əməliyyatın həcmi açıq cərrahiyyə ilə eynidir, fərq yalnız girişin üsulundadır.
Laparoskopiya həm diaqnostika, həm də müalicə imkanı yaradır: boruların keçiriciliyini yoxlamaq, bitişmələri və endometrioz ocaqlarını təmizləmək mümkündür.
Bəli, lakin gözləmə müddəti müdaxilənin növündən asılıdır və hər pasiyent üçün fərdi təyin olunur. Bunu nəzarət qəbulunda müzakirə edirik.