Səhifə yüklənir...

 
Ana Səhifə Laparoskopik ginekoloji əməliyyatlar
Laparoskopik ginekoloji əməliyyatlar

Uşaqlığın laparoskopik çıxarılması

Dr. İlahə Quliyeva 5 dəq oxunuş
Uşaqlığın laparoskopik çıxarılması
Uşaqlığın laparoskopik çıxarılması üçün göstərişlər (histerektomiya) :

Müxtəlif ginekoloji xəstəliklər qadının əməliyyat edilməli və uşağı çıxarılmasına səbəb olur. Histerektomiya üçün əsas göstərişlər:
Dərman müalicəsinə tabe olmayan davamlı vaginal qanaxmalar 
Uşaqlığın çoxsaylı və iri ölçülü miomaları  (uşaqlığın fibromiomu)
Endometrioz (uşaqlığın daxili toxumasının uyğun olmayan yerdə birləşməsi, uşaqlıq borusunu, qarın boşluğu və s. kimi yerlərdə)
Uşaqlıq xərçəngi (çox vaxt histerektomiya kimya terapiya ilə müşayiət olunur)

2 əsas laparoskopik üsul vardır:

Laparoskopiya ilə birgə vaginal histerektomiya – laparoskopiya ilə histerektomiyanın birgə istifadə edilməsi
Total laparoskopik histerektomiya – bir neçə sayda ola bilən kiçik (0.5-1.5sm) dəliklərdə xüsusi avadanlıqlar və endoskop (video sistem ilə təchiz olunmuş teleskopik boru, hansı ki müdaxilə ediləcək sahəni tam öyrənməyə imkan verir) ilə əməliyyatın aparılması

Həmçinin əməliyyat zamanı qarın boşluğunun sferik qübbə kimi şişirdilir və orqanların manipulyasiyasına mane olmayan karbon dioksid ilə doldurulur.  Bu əməliyyat uşaqlığın tamamilə çıxarılması üçün istifadə olunur. Uşaqlıq kəsilir (uşaqlıq borusu və yumurtalıqlar da zəruri hallarda kəsilir) və uşaqlıq arteriyaları bağlanılır. Kəsilmiş orqanlar vaginada.n xaric edilir

Histerektomiyaya hazırlıq

Planlı şəkildə keçiriləcək əməliyyat üçün aşağıdakı analizlər verilməlidirlər:
Qan analizi (ümumi, kimyavi, qlükoza, laxtalanma, hepatitlər, QİÇS və sifilis, qan qrupu və rezus faktor)
Sidik analizi
Ginekoloji ultrasəs müayyinə və yaxma
Fluoroqrafiya
EKQ
Xroniki xəstəliklərin mövcudluğu hallarında – terapevtin, anestezioloqun rəyi 
Bütün xəstəliklər və mümkün allergik reaksiyaları analiz edən və lazımi anesteziya və onun dozasını təyin edən anestezioloqun müayinəsi də lazımdır.

Əməliyyatın xüsusiyyətləri: 

Əməliyyat 45-120 dəq arası davam edə bilər. Heç bir kəsik aparılmır, 4 dəlik açılır. Qan itkisi olmadan kəsiksiz üsulla uşaqlıq xaric edilir. Stasionar yatış müddəti 1-2 gündür. Pasient əməliyyatın sabahı günü aktivləşdirilir, yeridilir. Əməliyyat sonrası cinsi yaşayış 2 ay ərzində qadağandır.


Dr. İlahə Quliyeva Müəllif Dr. İlahə Quliyeva

Cərrah mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru. Fransada ixtisaslaşıb, Avropa Endoskopik Ginekoloqlar Cəmiyyətinin üzvüdür.

Həkim haqqında
Sayt haqqında

Bütün məqalələrin müəllifi Mama-Ginekoloq: Dr. İlahə Quliyeva-dır.
Bütün hüquqlar qorunur.

Biz sosial şəbəkələrdə
Bizimlə əlaqə

Ünvan: AZ1142, Babək pr-ti 92N, Xətai r-nu, Bakı, Azərbaycan

Telefon: +994 50 365 80 90

E-mail: [email protected]

Copyright © | 2026 Bütün hüquqlar qorunur.