
Səhifə yüklənir...
Genital estetik əməliyyatlar barəsində xanımların ən çox verdiyi suallar və cərrah mama-ginekoloq Dr. İlahə Quliyevanın cavabları.
Bəzi hallarda kiçik cinsiyyət dodaqları böyük cinsiyyət dodaqlarından xaricə çıxırlar və bu da xanımlara diskomfort hissi yaşadır – nəinki psixoloji, həmçinin yeridiyi, alt paltarlarını geyindiyi zaman belə narahatlıqlar yarada bilir. Çox böyük , qıvrım cinsiyyət dodaqları olan zaman gigiyenik qaydalara riayət etməkdə çətinliklər yarana bilir, intim zonanın təmiz saxlanla bilməsi qeyri qənaətbəxş ola bilir, bu da daimi iyli axıntıların olmasına səbəblərdən biridir. Cinsiyyət dodaqlarına gözəl görünüş vermək üçün, diskomfot hissini aradan qaldırmaq, özgüvən hissini artırmaq və daha da cazibəli olmaq üçün xanımlar bu prosedura müraciət edirlər.
Xanımların bədən quruluşu fərqli olur. Cinsiyyət dodaqlarında dəyişikliklər doğuşdan sonra və ya irsi ola bilər.Həmçinin hormonal dəyişikliklər kiçik cinsiyyət dodaqlarının ölçüsünə və rənginə təsirsiz ötüşmür. Buunla əlaqədar yaşa bağlı ölçü dəyişikliyi və qaralmalar ola bilir.
Xeyir, bu çox sadə əməliyyatdır. Yerli və ya ümumi anesteziya altında edilir. Pasient heç bir şey hiss etmir. Əməliyyat 20 dəqiqəyə yaxın davam edir. Sonra tikişlər qoyulur, hansılar ki, 2 həftə sonra sorulur. Əməliyyat günü pasient evinə tam aktiv şəkildə gedir.
Burda bir çox variantlar var. Söhbət artıq dərinin çıxarılmasından getmir. Doğuşlardan sonra yaranmış defektlər, cırılmalar, assimetrik uzanmalar plastika edilib eyni ölçüyə salınır və defektlər aradan qaldırılır, bu da intim zonanın estetik görüntüsünü tam bərpa edir. Bəzi hallarda isə xanımların öz istəkləri ilə ölçü və görüntü dəyişimləri aparılır. Əməliyyat texnikasının bir neçə üsulları mövcuddur: V-şəkilli, Z-şəkilli və düz xətt kəsiyi və s. Bu cinsiyyət dodaqlarının anatomik xüsusiyyətlərindən asılıdır.
Ümumiyyətlə hər növ plastik əməliyyatın mütləq tibbi göstərişiləri yoxdur. Bir çox hallarda bu pasientin istəyi ilə edilir, lakin çox böyük cinsiyyət dodaqları dar geyimlər geyinən zaman, idmanla məşğul olanda, oturaq hallarda ağrı verir ki, bunun müalicəsi yalnız Labioplastika –Kçik cinsiyyət dodaqlarının içildilməsi əməliyyatı ilə mümkündür.
Mən hər zaman qeyd edirəm ki, plastik cərrahiyyə - kosmetoloji terapiyadır. İnsan əməliyyatsız rahat yaşaya bilər və ozundə nəisə dəyişmək arzusu komplekslərdən irəli gəlir. İlk növbədə Labioplastikanı xanımlar özləri üçün edir, özgüvən hissini artırmaq üçün və psixoloji durumunu normallaşdırmaq üçün. Hətta intim zonasını qeyri-estetik saydığına depressiyaya qapılıb, özgüvən hissini itirib və toyunu belə gecikdirən pasientlərlə qarşılaşmışam. Bu əməliyyatla bütün problemləri aradan qaldırmışıq.
2 həftə ərzində cinsi həyatdan və idmandan uzaq durmaq lazımdır.
Uşaqlıq yolunun daraldılması, Vaginoplasika əməliyyatı ən çox tələb olunan və istənilən plastik əməliyyatdır. Bu əməliyyatla xanımlar doğuş travmaları ilə əlaqəli sallanmalar, uşaqlıq yolu genişlənməsi , qazabənzər səslərin gəlməsi və cinsi əlaqə zamanı yaranmış diskomfort hissiyyat, epiziotomiya çapığının kobud görüntüsünü aradan qaldırmış olurlar.Həmçinin, böyük cinsiyyət dodaqlarının böyüdülməsini– lipofillinq (pasientin piyi ilə və ya hialuron turşusu ilə), klitor başlığının kiçildilməsi, “G” nöqtəsinin böyüdülməsi və s. estetik əməliyyatları edirik.
Ən gənc pasientimin 17 yaşı olub, anadangəlmə kiçik cinsiyyət dodaqlarının patologiyasıyla müraciət etmişdir. Bu yaşda yeniyetmələrə yalnız valideynin icazəsi ilə əməliyyat edirik. Ən çox 25-45 yaşlı pasientlər müraciət edir.
Xeyr, heç bir mənfi təsir göstərmir. Bəzi üsullarla hətta intim nahiyyədəki hissiyatı artırırıq.
Xeyr. Adətən pasientlər kiçik cinsiyyət dodaqlarını kiçildilməsinə və adi klassik görünüş əldə etməyi istəyirlər.
Bəzən xanımlar cinsiyyət dodaqlarında 1 mm yaxın kiçiltmə istəyirlər, biz imtina edirik, çünki tam sağlam görünüşü olan dodaqları dəyişməyə ehtiyac yoxdur.
Əvvəllər belə idi. İndiki zamanda xanımlar bu əməliyyata digər çıxış yolu olmadığından və psixoloji durumlarını və estetik görüntülərini bərpa etmək məqsədilə çox rahat şəkildə müraciət edirlər. Bu da onların özəl həyatlarına təsirsiz ötüşmür və müsbət təsirini göstərir.
Son dövrlər bu halla çox rastlaşıram. Həm uşaqlıq yolu daraldılması əməliyyatları üçün, həm də Labioplastika əməliyyatı üçün xanımlarını əməliyyata gətirən həyat yoldaşlarını çox görürük. Əməliyyatdan sonrakı dönəmdə özəl və cinsi həyatlarına birbaşa müsbət təsir etməsi və cütlük arasındakı münasibətlərin istiləşdirməsi səbəbi son illər bu müdaxiləyə marağı artırmışdır. Əslində bu əməliyyat növləri uzun illərdir ki, aparılır. Lakin müasir dövrdə qadın və kişilərin öz orqanizmlərini daha yaxından tanıması və bununla bağlı yaranan problemlərdən qurtularaq daha keyfiyyətli həyat yaşamaq istəkləri bu estetik əməliyyatları gündəmə gətirmişdir.